Məhkəmə qərarları › İş №3(008)-370/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-370/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-370/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əhmədova Göyçək Vahid qızının katibliyi, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Ermənistan SSR-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və on əlavə edilmiş sənədlərə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sabunçu Rayon DYPŞ–nin YNH üzrə baş inspektoru polis kapitanı X1 tərəfindən tərtib edilmiş AP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında aparılan araşdırma nəticəsində müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:36 radələrində idarə etdiyi “KİA RİO” markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.Əliyev küçəsində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayıb, qarşısında dayanmış vəziyyətdə olan “Hyundai Sonata” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, nəticədə hər iki avtomobil zədələnmiş, avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 və sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarət almışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 00:36 radələrində idarə etdiyi “KİA RİO” markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.Əliyev küçəsində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayıb, qarşısında dayanmış vəziyyətdə olan “Hyundai Sonata” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, nəticədə hər iki avtomobil zədələnmiş, avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 və sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarət almışlar. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisədən sonra onu xəstəxanaya aparmışdır. Ona dəymiş zərər ödənilmişdir, şikayti yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertizanın 2778 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 çənə və üst dodaq nahiyyələrinin əzilmiş-cırılmış yaraları, sağ təpə, döş qəfəsi, sol baldır, sağ bud, sağ diz oynağı nahiyyələrinin sıyrıqları, sol diz oynağının şişkinliyi və sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirinən törənmişdir. xx.xx.2022-ci il tarixdə və şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertizanın 2777 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 hər iki gözyuvası ətrafı nahiyyələrin qançırları ilə müşaiyət olunan hər iki göz almalarının ağlı qişasına qansızma, sağ təpə-gicgah-alın nahiyyələrinin və sol baldırın dərialtı hemotomaları, sol bazu, sağ baldır, sağ diz oynağı nahiyyələrinin qançır vəsıyrıqları bərk kut əşyanın təsirindən, burun sol almacıq-yanaq, üst dodaq, çənə nahiyyələrinin İİ dərəcəli termiki yanıqları isə yüksək hərarətin yerli termiki (avtomaşının açılmış qoruyucu yastıqlarının yüksək hərarətinin) təsirindən törənmişdir. xx.xx.2022-ci il tarixdə və şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarinda olan Sabunçu RPİ-nin TŞ-nin cinayət işinin başlanmasinin rədd edilməsi haqqinda qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanmasi rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasi İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tədbirlərinin görülməsi üçün toplanmiş material Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanı törətmiş şəxs Şəxsəməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, onun barəsində İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar