Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3706/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Taleh Allahverdiyevin, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, 07 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, 26 avqust 1993-cü il tarixdə Hacıqabul rayonu, Navahı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Hacıqabul rayonu, Navahı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsindən daxil olmuş MN ******* saylı, 07.09.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs oğlu 07 sentyabr 2021-ci il tarixdə, Sabunçu rayonu Bakıxanov ərazisində yerləşən “Ten 11” çay evində xüsusi karantin rejiminin tələblərini pozaraq, gecə saat 12-dən sonra fəaliyyət göstərmişdir. Bu barədə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, Taleh Allahverdiyev tərəfindən 07.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PBnin sahə inspektoru Taleh Allahverdiyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs oğlu 07 sentyabr 2021-ci il tarixdə, Sabunçu rayonu Bakıxanov ərazisində yerləşən “Ten 11” çay evində xüsusi karantin rejiminin tələblərini pozaraq, gecə saat 12-dən sonra fəaliyyət göstərmişdir. Kafenin icarədarı Şəxs oğlu polis əməkdaşları tərəfindən bölməyə gətirilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, 07 sentyabr 2021-ci il tarixdə karantin qaydalarını bilməyərəkdən pozduğunu etiraf edir. Həmin vaxt onun işlətdiyi çay evi fəaliyyət göstərməmişdir, sadəcə olaraq işdən sonra orada işləyən işçilər çay evində təmizlik işləri aparmışlar. Ailəlidir, himayəsində iki azyaşlı övladı var. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona həbs olmayan inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan sübutlarla və öz etirafı ilə tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində MN ******* saylı, 07.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol Şəxs tərəfindən imzalanmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 07 sentyabr 2021-ci il tarixdə, saat 01:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 2021-ci il 01 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlərinə icazə verilmişdir. İnzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırda koronavirus infeksiyasının zəminində yaranan xüsusi şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil vətəndaşlarımızın və bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları görülən işlərə dəstəyi vacibdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, İXM-nın 211.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməklə cəzalandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs etmənin əvvəli 07 sentyabr 2021-ci il tarixdən saat 01:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-3706/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3706/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver