Məhkəmə qərarları › İş №3(008)-3729/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3729/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3729/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, AR ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində AR İXMnin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: AR ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən vəzifəli şəxs Şəxs tərəfindən Cəmiyyətin işçisi X1 barəsində inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-2285/2025 saylı, xx.xx.2025ci il tarixli, 3-17-5/2-40167/2025 saylı məktublarında nəzərdə tutulmuş tədbirlər görülməmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı AZ 1030, Bakı şəhəri, Nizami rayonu, ünvan 1sı İnzibati Xətalar Məcəlləsinin: 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsi”nə dair 17 mart 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir.” AR İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə -vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. AR İXM-nin 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. AR ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən Cəmiyyətin işçisi X1 barəsində inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-2285/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 40167/2025 saylı məktublarında nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Yəni, şəxsə istinad edilən inzibati xətaya görə Şəxs hüquqi şəxsin rəhbəri olaraq üzərinə düşən öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, vəzifəli şəxs olaraq Şəxs tərəfindən törədilməsi iddia olunan inzibati xəta fiziki şəxs olaraq bilavasitə özünə aid inzibati xəta olmadığından, hüquqi şəxsin fəaliyyəti ilə bağlı olduğundan, hüquqi şəxsin rəhbəri olaraq üzərinə düşən öhdəliyi icra etməməsindən irəli gəldiyindən ona istinad olunan inzibati xətanın törədildiyi yer həmin öhdəliyi icra etməli olduğu yer, yəni hüquqi şəxsin hüquqi ünvanı hesab olunmalıdır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı AZ 1030, Bakı şəhəri, Nizami rayonu, ünvan 2ati xəta hadisəsinin Bakı şəhərinin Nizami rayonu ərazisində törədilməsi nəzərə alınaraq hazırkı materiala məhz Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 110, 129, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: AR ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində AR İXMnin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar