Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3730/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 29 may 2025-ci il tarixli 00100-01459/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə 5030(beş min otuz) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin ünvanına Bakı Bas Gömrük İdarəsinə dəvət olunma barədə 3-33-1100/2-002182/2025 nömrəli, xx.xx.2025- ci il tarixli məktubla müraciət olunmuşdur. Lakin hec bir nümayəndə gəlməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs “AZ CAR SERVİCE" MMC Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “ZS İnşaat” şirkəti ilə bağlanılmış AZ- 035 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə istinad etməklə Bakı Bas Gömrük idarəsində xx.xx.2024-cü il tarixli **********6691 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5030(beş min otuz) ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “ZS İnşaat” şirkətinə ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 5030(beş min otuz) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hüquqi şəxs “AZ CAR SERVİCE" MMC Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “ZS İnşaat” şirkəti ilə bağlanılmış AZ-035 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə istinad etməklə Bakı Bas Gömrük idarəsində xx.xx.2024-cü il tarixli **********6691 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5030(beş min otuz) ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “ZS İnşaat” şirkətinə ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 5030(beş min otuz) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı hüquqi şəxs “AZ CAR SERVİCE" MMC Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “ZS İnşaat” şirkəti ilə bağlanılmış AZ-035 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə istinad etməklə Bakı Bas Gömrük idarəsində xx.xx.2024- cü il tarixli **********6691 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5030(beş min otuz) ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “ZS İnşaat” şirkətinə ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 5030(beş min otuz) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Barəsində protokol tərtib edilən şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, hüquqi şəxs “AZ CAR SERVİCE" MMC Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “ZS İnşaat” şirkəti ilə bağlanılmış AZ-035 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə istinad etməklə Bakı Bas Gömrük idarəsində xx.xx.2024-cü il tarixli **********6691 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5030(beş min otuz) ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “ZS İnşaat” şirkətinə ixrac etmiş, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni xx.xx.2024-cü il tarixdə “AZ CAR SERVİCE" MMC-nin Paşabankdakı hesabına həmin məbləğ tam şəkildə göndərilmişdir.Bu barədə Paşabank tərəfindən hesabdan çıxarış təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 29 may 2025-ci il tarixli 00100-01459/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə 5030(beş min otuz) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin ünvanına Bakı Bas Gömrük İdarəsinə dəvət olunma barədə 3-33- 1100/2-002182/2025 nömrəli, xx.xx.2025- ci il tarixli məktubla müraciət olunmuşdur. Lakin hec bir nümayəndə gəlməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs “AZ CAR SERVİCE" MMC Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “ZS İnşaat” şirkəti ilə bağlanılmış AZ-035 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə istinad etməklə Bakı Bas Gömrük idarəsində xx.xx.2024- cü il tarixli **********6691 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5030(beş min otuz) ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “ZS İnşaat” şirkətinə ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 5030(beş min otuz) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən QOQ “ZS İNSAAT" şirkətinə **********6691 sorğu nömrəli mallar ixrac edilmişdir. Konsiqnasiya əməliyyatları üzrə hesabatdan görünür ki, ixrac edilmiş malların müqabilində idxalçı Şəxs MMC-ə ödənilməli olan vəsaitin ümumi məbləği 5030(beş min otuz) ABŞ dolları təşkil edir. “Paşa bank”ın hesab üzrə çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə QOQ “ZS İNSAAT" LLC-dən 5030 ABŞ dolları(8551 manat) pul Şəxs MMC-nin hesabına köçürülmüşdür. AZ-035 nömrəli 09 fevral 2024-cü il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə QOQ “Rich Group" LLC arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanın 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 ( yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməsini təmin etməlidirlər. Şəxs MMC-nin gömrük qaydaları əleyhinə olan İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 29 may 2025-ci il tarixli 00100-01459/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin çıxışını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən tərtib edilmiş 29 may 2025ci il tarixli 00100-01459/25 nömrəli protokola əsasən Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********6691 saylı gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 5030 (beş min otuz) ABŞ dolları məbləğində vəsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməməsi əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, hüquqi şəxs “AZ CAR SERVİCE" MMC Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “ZS İnşaat” şirkəti ilə bağlanılmış AZ-035 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük idarəsində xx.xx.2024-cü il tarixli **********6691 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5030(beş min otuz) ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “ZS İnşaat” şirkətinə ixrac etmiş, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni xx.xx.2024-cü il tarixdə “AZ CAR SERVİCE" MMC-nin Paşabankdakı hesabına həmin məbləğ tam şəkildə göndərilmişdir.Bu barədə Paşabank tərəfindən hesabdan çıxarış təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş edir. “Paşa bank”ın hesab üzrə çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə QOQ “ZS İNSAAT" LLC-dən 5030 ABŞ dolları(8551 manat) pul Şəxs MMC-nin hesabına köçürülmüşdür.Göründüyü kimi, gömrük bəyannaməsi üzrə mallar xx.xx.2024-cü il tarixdə göndərilmiş, həmin gömrük bəyannaməsi üzrə 5030(beş min otuz) ABŞ dolları dəyərində pul 180 gün keçmədən MMC-nin hesabına göndərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3730/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3730/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver