Məhkəmə qərarları › İş №3(008)-3744/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3744/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3744/2021 10.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Vaqif İrzaquliyevin, barəsində inzibati protokol tərtib edilmiş şəxs X1, zərərçəkmiş şəxs X2, 07 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan-X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon 13-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vət. X6 08.09.2021-ci il tarixdə polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, dəfələrlə çağırışlarına gəlməmişdir. Eyni zamanda, Bakıxanov qəsəbəsi, Ş.Kamil küçəsi, ev 15/74-də kirayədə yaşayan X4 döyərək xəsarət yetirmişdir. Bu barədə Bakı şəhəhəri, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru Vaqif İrzaquliyev tərəfindən MN № ******* saylı və MN № ******* saylı 10 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Vaqif İrzaquliyev göstərmişdir ki, X6 polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Həmçinin Bakıxanov qəsəbəsi, Ş.Kamil küçəsi, ev 15/74-də kirayədə yaşayan X4 döyərək ona bədən xəsarəti yetirmişdir. Bu səbəbdən də X6 barəsində tərəfindən İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolları müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs X6 izahatında göstərmişdir ki, 2021-ci ildə X7 onun işlətdiyi kafeyə müğənni kimi işləməyə gəlmişdir. Onunla arasında qeyri-rəsmi münasibət olmuşdur. 10 iyul 2021-ci ildə onun barəsində şikayət ərizəsi ilə polisə şikayət etdikdən sonra onunla münasibəti olmamış və onun harada olması barədə məlumatı yoxdur. Polis əməkdaşları onun bölməyə çağırdıqda könüllü şəkildə bölməyə getmişdir. Onlara heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, Ehtiramı uzun müddətdir ki, tanıyır. Onun işlətdiyi kafedə müğənni kimi işləmişdir. Onunla qeyri-rəsmi münasibətləri olmuşdur. 21 iyul 2021-ci il tarixdə Ehtiram qohumu ilə birgə onu döyərək ona bədən xəsarətləri yetirmişdir. Ondan şikayətçidir, qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil X1 əməlində İnzibati Xətallar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə üzrə işə xitam verilməsini, İnzibati Xətallar Məcəlləsinin 157-ci maddəsi ilə iş üzrə törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəh., Sabunçu rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında prokurorluğun nümayəndəsinin iştirakı təmin olunmamış və işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı şəh., Sabunçu rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 09 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X6 09 sentyabr 2021-ci il tarixdə saat 19:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, X1 polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib hesab edir ki, X6 İXM-in 157-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 iyul 2021-ci il tarixli qərardan görünür ki, X3 ənsə və təpə nahiyələrinin, sağ süd vəzinin, sağ bazunun və sol budun qançırları, sağ saidin qançır və sıyrıqları, sağ əlin cızığı müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən 10.07.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. Belə ki, məhkəmə iclasında inzibati iş üzrə tərəflərin izahatı və iş materialları ilə X1 İXM-in 157-ci maddəsi ilə törətmiş olduğu inzibati əməl tam sübuta yetirilmişdir. X1 özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Sadıxov Asif Nurəddin oğlunun polis əməkdaşlarının qanuni tələbinə içkili vəziyyətdə tabe olmamasını məsuliyyəti ağırlaşdıran hal hesab edir. X1 əməlində yüngülləşdirən hallar yoxdur. Məhkəmə iclası zamanı iş materialları ilə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Məhkəmə X1 şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Həbs etmənin əvvəli 09 sentyabr 2021-ci il tarixdən, saat 19:45-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar