Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3754/2023 24.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 14:00 radələrində FORD TRANSİT markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında Balaxanı-Mehdiabad yolunda Balaxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən, qarşı yola çıxmaqla manevr qaydasını pozub, yolun döngəli hissəsində əks istiqamətdən hərəkət edən “HYUNDAİ HD-65” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq toqquşmuşdur. Nəticədə avtomobillərə maddi zərər yetirilmişdir və sonuncu avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül bədən xəsarəti və avtomobilinə maddi zərər yetirlimişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Qusar Su” şirkətinin anbarında təxminən 100 ədəd qazlı və qazsız su bağlamaları yükləyib Ziya Bünyatov prospektində obyektə təhvil verilməsi üçün gedirdi. Bu ünvnla həmin günü təxminən saat 14 radələrində qeyd olunan Ford Transit yük maşını ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Mehdibad yolu ilə üzü Balxanı qəsəbəsi istiqamətində təxminən 40-50 km saat sürətlə hərəkətdə olarkən “AKKORD” beton zavodunun qarşısında yolun döngəli hissəsində anidən yük maşınında olan nasazlıqdan sükanı sağa doğru istiqamətləndirə bilmədikdə düz xəttin tələbini pozaraq, idarə etdiyim Ford Transit markalı yük maşınının qabaq sol ön hissəsi ilə qarşı əks yola hərəkətdə olan Hyundai HD markalı **-OJ-*** dövlət qeydiyyt nişanlı yük maşınının sol yan qapı ətrafı hissəsi ilə toqquşaraq YNH-i baş verdi. Hadisə zamanı zərbədn Hyundai HD markalı yük maşını fırlanıb dayandı, idarə etdiyim Ford Transit markalı yük maşını isə hərəkətdə olduğum yolun sol kənarında torpaqlıq sahədə dayandı. Hadisə zamanı o, idarə etdiyi yük maşınında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 və Hyundai HD markalı yük maşını idarə edən şəxs xəsarət aldılar. Aldıqları xəsarətlə bağlı o və Hyundai HD markalı yük maşını idarə edən şəxs ilə birlikdə TTYS-nın vasitəsi ilə 3 saylı ŞKX-na gedərək müayinə olunduq. Ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı- Mehdibad yolu ilə üzü Balxanı qəsəbəsi istiqamətində təxminən 40-50 km saat sürətlə hərəkətdə olarkən “AKKORD” beton zavodunun qarşısında yolun döngəli hissəsində qarşı əks yolda hərkətdə olan Ford Transit markalı **-VD-*** dövlət qeydiyyat nişanlı yük maşını anidən bilmədiyi səbəbdən qarşı əks yola çıxaraq sol ön hissəsi ilə idarə etdiyi yük maşınının sol qapı və ətrafi hissəsindən vurduqda, zərbədən Ford Transit markalı yük maşını hərəkətdə olduqları yolun sağ kənarında bir qədər qarşıda dayandı, Hyundai HD markalı yük maşını isə fırlanaraq yolun əks istiqamətində dayanaraq YNH-i baş vermişdir. Hadisə zamanı o, Ford Transit markalı yük maşını idarə edən adını sonradan bildiyi Şəxs və onun yanında oaln sərnişin xəsrət almışdırlar. O və Şəxs aldıqları xəsarətlə bağlı TTYS-nın vasitəsi ilə 3 saylı ŞKX-na gedərək müayinə olunmuşdurlar. Hazırda barəsində protokol tərtib edilən şəxs Şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2023-cü il tarixli 1297 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 alın nahiyəsinin əzilmiş yarası, sol yanaq nahiyyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə yəni baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Famil Məsimov xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. “Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа” xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 4.5-ci bəndinə əsasən İXM-nin 327.8-ci mаddəsinin sаnksiyаsında “iki” sözü “üç” sözü ilə əvəz edilmiş və həmin maddənin sanksiyasına “idarə etmək hüququ” sözlərindən sonra “аltı аydаn” sözləri əlavə edilmişdir; Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırki inzibati xətanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsindən əvvəl törətdiyindən, həmin vaxt qüvvədə olan norma şəxsin vəziyyətini yaxşılaşdırdığından xx.xx.2023-cü il tarixədək qüvvədə olan İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3754/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3754/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver