Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3781/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 12 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3598/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3598/2021 saylı, xx.xx.2021-ci il tarixli, 17 saylı Notariat Kontorunun 4796 saylı xx.xx.2020-ci il tarixli, Nizami rayonu, Polis İdarəsinin ******* saylı, xx.xx.2021cil il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini qərəzli şəkildə tabe olmamış, 9200 manat məbləğində alimenti, 100 manat məbləğində inzibati cəriməni, 1801,41 manat "xxxx" ASC-yə borcu ödəməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra məmurunun çağırışlarına gəlmədiyindən barəsində axtarış elan edilərək İcra Şöbəsinə gətirilmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3598/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsaəsn verilmiş icra sənədi üzrə ondan hər ay 350 manat məbləğində aliment tutularaq X3 ödənilməsi qərara alınmış, hazırda ödənilməmiş aliment borcu 9200 manatdır. Bundan başqa banka olan borcu da vardır. Bir neçə ildir ki, maddi imkanı olmadığından borcu ödəyə bilmir. İmkanı olduğu halda ödəniş edəcəkdir, hazırda imkanı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3598/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs bir uşağın saxlanması üçün hər ay 350 manat məbləğində aliment tutularaq X3 ödənilməsi qərara alınmışdır; İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3598/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Şəxs 2(011)-3598/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur. Borclunun axtarışı haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, X5 barəsində axtarış elan edilmişdir. xx.xx.2021-cil il tarxili qərar icra edilməsi üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. 28 dekabr 2020-ci il tarxli icra qeydinə əsasən Şəxs 1820 manat 41 qəpik məbləğində pul tutulması qeydə alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2020-cil il tarixli qərarın surətindən görünür ki, 28 dekabr 2020-cil il tarxli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Tələbin könüllü icrası haqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarxili icra sənədini 10 gün müddətinə könüllü icra etməsi xahiş olunmuşdur. İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN ******* seriyalı qərarın surətindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarxidə saat 23:30-da M.X. Şərifli küçəsində tibbi maskadan istifadə etməmişdir. Bununla bağlı 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bir neçə icra sənnədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarxli qərarın surətindən görünür ki, Bakı şəhəri 17 saylı Notariat Kontorunin 4796 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 3598/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli, Nizami Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2021-ci il tarixli, üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3598/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli, icra sənədləri üzrə ümumi icraatda 230753/2020 nömrəli iş ilə birləşdirilmişdir. Həmin icra sənədlərinin icrası Sabunçu Rayon İcra Şöbsinin icra məmuru Gülzar Hüseynovaya həvalə edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X6 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3781/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3781/2023
12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver