Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3784/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X6 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə rəisi, polis polkovnik-leytenantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 11 iyun 2025-ci il tarixli, MN 1575843, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs 10 iyun 2025-ci il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən İstintaq Təcridxanasının yanında uca səslə dövlət əleyhinə təhqiredici ifadələr işlətmiş, saxlanılarkən polisin qanuni tələbinə qəsdən tabe olmayraraq, qaçıb uzaqlaşarkən saxlanılıb Polis Bölməsinə gətirilmiş və 11 iyun 2025-ci il tarixdə Respublika Narkoloji Mərkəzində sidiyin analizi zamanı Şəxs THC (+) narkotik maddə aşkar olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə yaxın yoldaşları ilə birlikdə saat 02:30 radələrində yeyib-içdikdən sonra Zabrat qəsəbəsində yerləşən İstintaq Təcridxanasının qarşısında uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin gün səhər saat 10:00 radələrində Zabrat qəsəbəsində şəhər şosesində mülkü geyimdə ona yaxınlaşan şəxslər özlərini təqdim etdikdən sonra polis vəsiqəsini göstərmişlər. Ona gecə saatlarında İstintaq Təcridxanasının qarşısında uca səslə nalayiq ifadələr işlətdiyini bildirərək törətdiyi inzibati xətaya görə müvafiq araşdırma aparılması üçün 15-ci Polis Bölməsinə getməyini xahiş etmişlər. O həmin vaxt sərxoş olduğunu bildirmiş və onu məsuliyyətə cəlb edəcəklərindən ehtiyat edib onlardan qaçmaq istəyərkən polis əməkdaşları onu tutub saxlamış və 15-ci Polis Bölməsinə gətirmişlər. O həmin vaxt polisin qanuni tələbinə qəsdən tabe olmadığını etiraf etmiş və polisdən üzr istəmişdir. Sorğu zamanı İstintaq Təcridxanasının qarşısında uca səslə nalayiq ifadələr işlətdiyini və narkotik vasitə istifadə etdiyini səmimi etiraf etmişdir. Əməlindən peşman olduğunu və gələcəkdə bu kimi halların bir daha təkrarlanmayacağına söz vermişdir. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-ci PŞ-nin sahə rəisi, polis polkovnik-leytenantı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, 10 iyun 2025-ci il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən istintaq təcridxanasının yanında uca səslə dövlət əleyhinə təhqiredici ifadələr işlətmiş, saxlanılarkən polisin qanuni tələbinə qəsdən tabe olmayraraq, qaçıb uzaqlaşarkən saxlanılıb Polis Bölməsinə gətirilmiş və 11 iyun 2025-ci il tarixdə Respublika narkoloji mərkəzində sidiyin analizi zamanı Şəxs THC (+) narkotik maddə aşkar olunmuşdur. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı X9 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə X3 əməkdaşı X5 02:38-də 102 xidmətinə zəng edərək **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bir neçə şəxsin sərxoş vəziyyətdə X1rşısına gələrək səs-küy yaradaraq uca səslə dövlət əleyhinə təhqir edici ifadələr işlətmələri barədə məlumat vermişdir. Şəxsiyyəti müəyyən edilmiş həmin şəxslərdən biri xx.xx.1993-cü il təvəllüdlü Quliyev X8 rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesində saxlanılan zaman polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmaq istəyərkən tutularaq saxlanılmış və polis bölməsinə gətirilmişdir. Məhkəmə iclasında 010 *** ** ** telefon nömrəsi ilə X10 ilə əlaqə saxlanılmış, o, 102 məlumat mərkəzinə vermiş olduğu izahatını təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş 11 iyun 2025-ci il tarixli, MN 1575843, MN ******* və MN ******* saylı protokollardan görünür ki, Şəxs 10 iyun 2025-ci il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən istintaq təcridxanasının yanında uca səslə dövlət əleyhinə təhqiredici ifadələr işlətmiş, saxlanılarkən polisin qanuni tələbinə qəsdən tabe olmayraraq, qaçıb uzaqlaşarkən saxlanılıb Polis Bölməsinə gətirilmiş və 11 iyun 2025-ci il tarixdə Respublika Narkoloji Mərkəzində sidiyin analizi zamanı Şəxs THC (+) narkotik maddə aşkar olunmuşdur; Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə X3 əməkdaşı X5 02:38-də 102 xidmətinə zəng edərək **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bir neçə şəxsin sərxoş vəziyyətdə X1rşısına gələrək səs-küy yaradaraq uca səslə dövlət əleyhinə təhqir edici ifadələr işlətmələri barədə məlumat vermişdir. Şəxsiyyəti müəyyən edilmiş həmin şəxslərdən biri xx.xx.1993cü il təvəllüdlü Quliyev X8 rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesində saxlanılan zaman polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmaq istəyərkən tutularaq saxlanılmış və polis bölməsinə gətirilmişdir. 11 iyun 2025-ci il tarixli, 3431 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində THC (+) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı, şahidin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 10 iyun 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və tibbi müayinə zamanı narkotik vasitədən istifadə etdiyi aşkar edilmiş, həmçinin xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həbsetmənin əvvəli 10 iyun 2025-ci il tarixdən saat 11:00-dan hesablanmalıdır. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 10 iyun 2025-ci il tarixindən saat 11:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3784/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3784/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver