Məhkəmə qərarları › İş №3(008)-3785/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3785/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3785/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Sabunçu RPİ-nin 15-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Bərdə rayonu, Ləmbəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, təhsili olmayan, usta işləyən, Bərdə rayonu, Ləmbəran kəndində qeydiyyatda olan, Sabunçu rayonu, Zabrat qəsəbəsində, nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Bununla bağlı Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X9 tərəfindən MN seriyalı, № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X9 tərəfindən tərtib olunmuş MN seriyalı, № ******* saylı, xx.xx.2025-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində xx.xx.2025-ci il tarixdə barəsində daxil olmuş 102 məlumatı əsasında küçədə saxlanılaraq polis bölm\sinə dəvət olunan zaman polis əməkdaşından qaçaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X9 tərəfindən tərtib olunmuş MN seriyalı, № ******* saylı, xx.xx.2025-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən Kürdəxanı təcridxanasının yaxınlğında olan zaman ictimai yerdə yüksək səslə nəlayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bununla da, AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X9 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs İXMnin 510, 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iki həftə əvvəl narkotik vasitəsi istifadə etdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə dostları Qalib və Raminlə Zabrat qəsəbəsində yerləşən kafelərin birində spirtli içki qəbul etdikdən sonra evə gedən zaman təxminən saat 02:35 radələrində Kürdəxanı təcridxanasının yaxınlığından keçərkən Qaliblə aralarında mübahisə yaranmış, bir-birinin ünvanına nalayiq ifadələr işlətmişlər, bunu təcridxananın əməkdaşları eşitmiş, onlara irad bildirən zamanı mübahisə yaranmış, kobud danışmışlar. Baş vermiş hadisə ilə bağlı ertəsi gün günorta saatlarında mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq baş vermiş hadisə ilə bağlı onu polis bölməsinə dəvət etmişlər. O bu zaman qaçmış, lakin polis əməkdaşları qaçmasına icazə verməyərək polis bölməsinə gətirmişlər. Əməlindən peşmandır və gələcəkdə bu kimi halların tərarlanmayacağına söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili X8 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə X4 02:38-də 102 xidmətinə zəng edərək ** NX *** d.q.n avtomobil ilə bir neçə şəxsin sərxoş vəziyyətdə X1rşısına gələrək səs küy yaradaraq uca səslə dövlət əleyhinə təhqiredici ifadələr səsləndirmələri barədə məlumat vermişdir. Şəxsiyyəti müəyyən edilərək həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixdə həmin şəxsə yaxınlaşıb onu PB-nə dəvət edən zaman o, tabesizlik göstərərək qaçmağa çalımışdır. Lakin tərəfindən saxlanılaraq PB-nə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 3427 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində THC (+) aşkar olunur, Şəxs kannabinoidlərdən istifadə etmə halları olmuşdur. Lakin hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2025ci il tarixdə saat 02:38-də 102 zəng xidmətindən məlumat daxil olmuşdur ki, X3 markalı, ** NX *** d.q.n avtomobili ilə X2 yaxınlığına gələn bir neçə sərxoş şəxsin səs küy yaratması dövlət əleyhinə təhqiredici ifadələr səsləndirmələri barədə məlumat vermişdir. Odur ki, məlumatın araşdırılması üçün 2 saylı HK-da qeydiyyata alınmasına göstəriş verilməsi xahiş edilmişdir. İnzibati qaydada tutma haqqında AZA seriyalı, 004555 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar, özünün, şahidin izahatı, iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində həmin İXM-nin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 510, 206-cı maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X7 Saxlama Mərkəzinə həvalə olunsun. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar