Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3786/2024 06.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X7 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayonu DYPŞ-nin YNH üzrə inspektoru, polis leytenantı X4 tərəfindən 27 may 2024-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında AP 091372 nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir, ondan ötrü ki, Şəxs Bakıxanov qəsəbəsi, N.İsmayılov prospektində eyni əhəmiyyətli yolların kəsişməsindəki yolayrıcından yolayrıcının keçilmə qaydasını pozub, sağında hərkət üstünlüyünə malik olan “KİA RİO” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə avtomobillərə maddi zərər yetirilmiş və avtomobilində sərnişin qismində ola övladı X3 yüngül bədən xəsarəti almışdır. Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Faiq İsayev tərəfindən 11 may 2024-cü il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə toplanmış material Sabunçu RPİ-nin DYPŞ-si vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, 11 may 2024-cü il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla razı deyil, həmin qərardan məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət vermişdir, xahiş edir ki, hazırki iş üzrə material geri qaytarılsın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən bu inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saat müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, eləcə də iş materialını araşdıraraq hesab edir ki, material geri qaytarılmalıdır. Belə ki, Şəxs ərizə təqdim edərək Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Faiq İsayev tərəfindən 11 may 2024-cü il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında şikayət verdiyini bildirərək, barəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın onun inzibati məsuliyyətə cəlb edilməsi hissəsi ilə razı olmadığını bildirmiş, belə ki, özünü təqsirli hesab etmir, inzibati xəta hadisəsi qarşı tərəfin günahı ilə törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Faiq İsayev tərəfindən 11 may 2024-cü il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə Şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti üzrə yekun qərar qəbul edilmədiyindən, işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində toplanmış material natamam olduğundan və işə baxılıb tamamlamaq mümkün olmadığından həmin material Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin X2ytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə toplanmış material natamam olduğundan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin X2ytarılsın. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3786/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3786/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver