Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3786/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Məhəmməd Hüseynovun iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Pressxebertv.az-ın rəhbəri işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 11 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Sabunçu rayon Prokurorluğunun inzibati binasında səs-küy salaraq işçilərin fəaliyyətinə mane olmuş və iş rejimi qaydalarını pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Məhəmməd Hüseynov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Sabunçu rayon Prokurorluğunun inzibati binasında səs-küy salaraq işçilərin fəaliyyətinə mane olması barədə 13-cü PB-nə məlumat daxil olmuş, bu barədə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Odur ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq hadisənin şahidi olmadığını, akt əsasında protokol tərtib edildiyini, prokurorluğun inzibati binasında hadisənin əks olunduğu hər hansı görüntü və ya hadisənin şahidi olmuş hər hansı şəxsi məhkəməyə təqdim edə bilməyəcəklərini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində Sabunçu rayon Prokurorluğunun inzibati binasında olduğu zaman bir nəfərin səs-küy saldığını, prokurorun onu qəbul etməsini istədyini görmüş, bu proses uzun çəkmiş, lakin prokurorluq əməkdaşları həmin şəxsə məhəl qoymayaraq onunla kobud davranmışlar, o da vətəndaş kimi həmin şəxsə köməklik etməyə çalışmış, əməkdaşlara bildirmişdir ki, həminşəxsin qəbula düşməsinə köməklik etsinlər. Lakin prokurorluğun əməkdaşları ona mübahisə etdiyinə görə polis çağırdıqlarını bildirərək onu Polis Şöbəsinə dəvət etmişlər. Lakin o, ictimai asayişi pozmamışdır. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 11 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Sabunçu rayon Prokurorluğunun inzibati binasında səs-küy salaraq işçilərin fəaliyyətinə mane olmuş və iş rejimi qaydalarını pozmuşdur; Sabunçu RPİ-nin PPXB-nin polis əməkdaşları B/st Ramin Ələkbərov, s/t Ülvi Əzimzadə və s/t Saleh Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsində xidmətdə olduğu zaman növbətçi hissə vasitəsi ilə məlumat verilmiş və Sülh küçəsində yerləşən Sabunçu rayon Prokurorluğuna yaxınlaşmalarına göstəriş vermişdirlər. Onlar dərhal AP 6867 çağırışla həmin ünvana yaxınlaşmışlar orada 1 nəfər vətəndaş növbətçi hissənin qarşısında səs-küy yaradaraq iş rejimini pozduğunu onlara bildirmişdirlər. Həmin vətəndaş 13-cü Polis Şöbəsinə gətirərək NH-yə təhvil vermişdirlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Aktdan görünür ki, həmin akt tərtib edilmişdir ondan ötrü ki, o, Sabunçu RPİ-nin MBnin serjantı Əhmədov Əhməd xx.xx.2025-ci il tarixdə saat 12:01-də özünü jurnalist kimi təqdim edən Şəxs rayon prokurorluğunun inzibati binasına daxil olduqdan sonra iş qyadalarını pozaraq işçilərin fəaliyyətinə mane olub əsassız yerə özü ilə bağlı olmayan vətəndaş müraciəti ilə bağlı səs-küy salaraq iş rejimi qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Məhkəmə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında materialda olan sübutlara ayrı-ayrılıqda yer ayırmağı zəruri hesab edir. Belə ki, tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolda Mənəfov X1 rayon Prokurorluğunun inzibati binasında mübahisə edərək ictimai asayişi pozması göstərilsə də, bu barədə raportu tərtib etmiş polis əməkdaşlarının şahid qismində dindirilməsi üçün məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Protokolu tərtib etmiş şəxs hadisənin şahidi olmadığını, yalnız raporta əsasən protokol tərtib etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Sabunçu RPİ-nin PPXB-nin polis əməkdaşları B/st Ramin Ələkbərov, s/t Ülvi Əzimzadə və s/t Saleh Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsində xidmətdə olduğu zaman növbətçi hissə vasitəsi ilə məlumat verilmiş və Sülh küçəsində yerləşən Sabunçu rayon Prokurorluğuna yaxınlaşmalarına göstəriş vermişdirlər. Onlar dərhal AP 6867 çağırışla həmin ünvana yaxınlaşmışlar orada 1 nəfər vətəndaş növbətçi hissənin qarşısında səs-küy yaradaraq iş rejimini pozduğunu onlara bildirmişdirlər. Həmin vətəndaş 13-cü Polis Şöbəsinə gətirərək NH-yə təhvil vermişdirlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Göründüyü kimi, raportu tərtib etmiş şəxslər belə hər hansı hadisənin şahidi olmadıqlarını, yalnız vətəndaşın səs-küy yaratdığını onlara bildirmələrini göstərmişlər. Bundan əlavə, inzibati xəta haqqında protokolda hadisənin prokurorluğun inzibati binasında baş verməsi göstərilsə də, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə bu barədə videogörüntülərin təqdim edilməsini xahiş etmiş, lakin videogörüntü təqdim edilə bilməyəcəyi bildirilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş aktdan görünür ki, həmin akt tərtib edilmişdir ondan ötrü ki, o, Sabunçu RPİ-nin MB-nin serjantı Əhmədov Əhməd xx.xx.2025-ci il tarixdə saat 12:01-də özünü jurnalist kimi təqdim edən Şəxs rayon prokurorluğunun inzibati binasına daxil olduqdan sonra iş qyadalarını pozaraq işçilərin fəaliyyətinə mane olub əsassız yerə özü ilə bağlı olmayan vətəndaş müraciəti ilə bağlı səs-küy salaraq iş rejimi qaydalarını pozmuşdur. Məhkəmə qeyd edir ki, Akt — müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o bir neçə şəxs və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən tərtib edilir. Məhkəmə qeyd edir ki, yuxarıda sözügedən aktdan görünür ki, akt bir neçə şəxs tərəfindən deyil, yalnız bir şəxs tərəfindən, yəni Əhməd Əhmədov tərəfindən tərtib edilmiş, həmin şəxsin belə aktı tərtib etmək səlahiyyətinin olması ilə bağlı hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 12-ci hissəsində aktın hazırlanması və tərtib edilməsi ilə bağlı tələblərdə aşağıdakılar göstərilmişdir: 77.Aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır.Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur.78. Aktın başlığı həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməli və adlıq halda feli isim ilə ifadə olunmalıdır.79. Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir.80. Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir.81. Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir.82. Aktı hazırlayanların və bu işdə iştirak edənlərin xüsusi rəyləri olduqda, həmin rəylər imzalardan aşağıda və ya ayrıca vərəqdə yazılır. Lakin iş materiallarında olan aktdan bu tələblərə riayət edilmədən tərtib edilməsi müəyyən edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3786/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3786/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver