Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3787/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X10 qızının katibliyi ilə, şikayətçi X2 nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X1 iştirakları ilə, X2 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv olunması və həmin iş üzrə başlanılmış icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv olunması və həmin iş üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra “Orqan”) 20 iyun 2023-cü il tarixli MN ******* nömrəli qərarı (bundan sonra “Qərar”) ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 (bundan sonra “Şəxs”) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İMX”) 253.2,-ci maddəsinə əsasən inzibati qaydada 2000 (iki min) manat məbləğində cərimə, 960(doqquz yüz altmış) manat məbləğində ziyan hesablanmışdır. Qərarın verilməsi üçün əsas isə inzibati araşdırmanın nəticəsində tərtib edilmiş 6 iyun 2023-cü il tarixli MN ******* nömrəli protokol (bundan sonra “Protokol”) olmuşdur. Qeyd edilməlidir ki, protokol tərtib edilərkən, şəxsin iştirakı təmin olunmamışdır. Belə ki, orqan tərəfindən şəxsə göndərilmiş bildirişdə şəxs inzibati araşdırmanın aparılması üçün 31 may 2023-cü il tarixə orqana dəvəti göstərilsə də, həmin bildiriş şəxsə 1 iyun 2023-cü il tarixdə poçt vasitəsilə təqdim edilmişdir. Yəni, faktiki olaraq şəxs araşdırmada iştirak etmək və hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşdur. Sonradan, şəxs qərarın təqdim edilməsinə dair bildirişi almış və orqana müraciət etmişdir. Bildirişdə 20 iyun 2023-cü il tarixi qeyd olunsa da, faktiki olaraq qərar həmin tarixdə tərtib edilməmiş və şəxsə sonradan göndərilmişdir. Şəxs sözügedən qərarı yalnız 2 iyul 2023-cü il tarixdə poçt vasitəsilə almışdır (zərf mənzilin qapısına qoyulmuşdur). Onu da qeyd edirik ki, şəxs inzibati araşdırma üçün əsas olan və sübut kimi toplanmış materiallarının surətlərinin təqdim edilməsini tələb etsə də, onun bu hüququ pozulmuş və iş materiallarının surətləri ona təqdim edilməmişdir. Bildirmək istərdik ki, orqanın istinad etdiyi sübutları əldə edə bilmədiyimizə görə, qərarın əsaslarına dair öz əsaslarımızı irəli sürə bilmirik. Lakin, hər bir halda şəxsin müəyyən sualları var ki, şəxs orqan tərəfindən verilən qərarı aşağıdakılara görə əsassız hesab edir: 1. İXM-nin 75.0.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli hallardan biri inzibati xəta hadisənin olub-olmamasıdır. Aydın deyil ki, orqan inzibati xətanın törədilməsini necə müəyyən etmişdir. 2. İXM-nin 75.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli hallardan biri də inzibati xətanı törətmiş şəxsin müəyyən edilməsidir. Yəni, aydın deyil ki, hətta inzibati xəta törədilmişdirsə də, həmin xətanın məhz şəxs tərəfindən törədilməsi necə müəyyən edilmişdir. 3. İXM-nin 38-ci maddəsinə əsasən qanunverici müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə məqsədilə inzibati tənbehin verilməsi üçün müddət müəyyən etmişdir. Əgər inzibati xəta törədilmişdirsə, aydın deyil ki, orqan inzibati xətanın məhz həmin müddətdə törədilməsini necə müəyyən etmişdir. Öz qərarını qanuni əsaslandırmaq üçün orqan ən azı yuxarıda qoyulmuş suallara cavab verməlidir. Sübut olan iş materialları təqdim olunduqdan sonra, tərəfimizdən digər suallar da qoyulacaq. Ümumiyyətlə, hesab edirik ki, qərarda göstərilmiş hallar üzrə inzibati xəta tərkibi yoxdur və bu səbəbdən başlanılmış icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X5 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X4 barəsində həyətdə olan ağacların kəsilməsi ilə bağlı şikayət daxil olmuş, bununla bağlı araşdırma başlanılmış, akt tərtib edilmiş, foto və video görüntülər əldə olunmuş, dəymiş ziyan hesablanaraq Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinin tələbləri pozulduğundan barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Həmçinin o izahatında bildirmişdir ki, X2 qonşusu X6 vizual olaraq Andrey tərəfindən ağacların kəsilməsini görmüş və həmin hadisənin videogörüntüsünü çəkərək onlara təqdim etmişdir. Odur ki, göstərilənlərə əsasən o, verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X4 tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ünvanında diametri 0,4 sm olan 4 (dörd) ədəd müxtəlif cinsli tinglər qanunsuz kəsilərək məhv edilmişdir. Buna görə də X3 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli 79845 nömrəli akt əsasında yaşıllıqlara dəymiş ziyanın hesablanması ilə bağlı cədvəldən görünür ki, 2 ədəd ərik 480 manat, 1 ədəd çinar 240 manat, 1 ədəd tut 240 manat cəmi 960 manat məbləğində dəymiş ziyan hesablanmışdır. X6 izahatında bildirmişdir ki, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısında öz yaşadığı blokun qabağında, binanın həyətyanı sahəsində təxminən 3 il əvvəl 4 (dörd) ədəd (2 ərik, 1 tut, 1 çinar) ağac tingləri əkmişdir. Əkdiyi ağaclar iki gün əvvəl (xx.xx.2023cü ildə) qonşusu Andrey adlı şəxs tərəfindən kəsilmiş, məhv edilmişdir. Barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə daxil olmuş müraciətdən görünür ki, xx.xx.2023-cü il tarixdə 12:07:02 radələrində X6 məlumat verərək qonşu binanın qarşısındaki ağacların kəsildiyini bildirərək təcili araşdırılmasını istəmişdir. Təqdim edilmiş fotoşəkillərdən görünür ki, X4 4 (dörd) ədəd (2 ərik, 1 tut, 1 çinar) ağac tinglərini kəsərək məhv etmişdir. Təqdim edilmiş 19 may 2023-cü il tarixli 79845 nömrəli aktdan görünür ki, Sabunçu rayonu, ünvan 2 ünvanında yaşayan vətəndaş Cəfərov Ramazan tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli İD-17781 nömrəli “Qonşu binanın qarşısındaki ağacları kəsib” məzmunlu müraciətdə qeyd olunanlar şikayətçinin iştirakı ilə tərflərindən yerində araşdırılmışdır. X7 yazılı izahat verərək yaşadıqları binanın qarşısında təxminən 3 il əvvəl 4 ədəd ting əkdiyini, xx.xx.2023-cü il tarixdə həmin ağacların qonşusu Andrey adlı şəxs tərəfindən kəsilərək məhv edildiyini bildirmiş və ağaclar kəsilən zaman çəkilmiş foto və video material təqdim etmişdir. Sözügedən əraziyə baxış keçirilən zaman 0,4 sm diametrli 2 (iki) ədəd ərik, 1 (bir) ədəd tut, 1 (bir) ədəd çinar tinginin kök boğazından kəsici alət vasitəsilə kəsilərək məhv edildiyi müəyyən edilmişdir. Araşdırma ilə bağlı ağacları kəsdiyi bildirilən ünvan 3 ünvanında yaşayan X4 adlı şəxslə telefon əlaqəsi saxlanılmış (***-***-**- **), lakin o barəsində olan şikayətin qərəzli xarekter daşıdığını, rəsmi dəvət olunmasa araşdırmada iştirak etməyəcəyini bildirmişdir. Ərazidən çəkilmiş fotoşəkillər və şikayətçinin təqdim etdiyi fotoşəkillər Akta əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ünvanında diametri 0,4 sm olan 4 (dörd) ədəd müxtəlif cinsli tinglər qanunsuz kəsilərək məhv edilməsi ilə bağlı X3 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsində inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı qoyulmuş əsaslara məhkəmə ayrı-ayrılıqda yer ayırmağı zəruri hesab edir. İlk olaraq inzibati xəta hadisəsinin olması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 253-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş 19 may 2023-cü il tarixli 79845 nömrəli aktdan görünür ki, Sabunçu rayonu, ünvan 2 ünvanında yaşayan vətəndaş Cəfərov Ramazan tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli İD-17781 nömrəli “Qonşu binanın qarşısındaki ağacları kəsib” məzmunlu müraciətdə qeyd olunanlar şikayətçinin iştirakı ilə tərəflərindən yerində araşdırılmışdır. Sözügedən əraziyə baxış keçirilən zaman 0,4 sm diametrli 2 (iki) ədəd ərik, 1 (bir) ədəd tut, 1 (bir) ədəd çinar tinginin kök boğazından kəsici alət vasitəsilə kəsilərək məhv edildiyi müəyyən edilmişdir. Bunu təsdiq edən fotoşəkillər iş materiallarına əlavə edilmişdir. “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən 4 sm-dək götürülmüş (kəsilmiş), zədələnmiş (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilmiş hər bir ağacın diametri, santimetrlə (torpaq səthindən götürülməklə) və kol üzrə tikinti və abadlaşdırma istisna olmaqla dəymiş ziyanın məbləği 80 manat müəyyən olunmuşdur. Həmin qərarın qeydinə əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağac və kolların, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar üç dəfə artırılmaqla hesablanır. xx.xx.2023-cü il tarixli 79845 nömrəli akt əsasında yaşıllıqlara dəymiş ziyanın ümumi məbləği 960 manat müəyyən edilmişdir. Beləliklə, 4 ədəd ağacların kəsilməsi faktının müəyyən edilməsini, dəymiş ziyanın ümumi məbləğinin 960 manat olmasını, eləcə də yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi, yəni inzibati xəta hadisəsi baş vermişdir. Bundan başqa, verilmiş şikayət ərizəsində inzibati xətanı törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə xx.xx.2023-cü il tarixdə X6 tərəfindən ağacların kəsildiyini bildirərək təcili araşdırılma aparılması barədə müraciət daxil olmuş, hadisə yerinə baxış zamanı X6 izahatında bildirmişdir ki, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısında öz yaşadığı blokun qabağında, binanın həyətyanı sahəsində təxminən 3 il əvvəl 4 (dörd) ədəd (2 ərik, 1 tut, 1 çinar) ağac tingləri əkmişdir. Əkdiyi ağaclar iki gün əvvəl (xx.xx.2023cü ildə) qonşusu Andrey adlı şəxs tərəfindən kəsilmiş, məhv edilmişdir. Barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Bununla bağlı fotoşəkillər və video görüntü təqdim edilmişdir. Həmçinin, təqdim olunmuş fotoşəkillərə və videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş, ağacları kəsən şəxs ilə X3 məxsus şəxsiyyət vəsiqəsində olan fotoşəkidəki şəxsin eyni şəxs olduğu müəyyən edilmişdir. Bundan başqa, şikayət ərizəsində inzibati xətanın məhz həmin müddətdə törədilməsinin necə müəyyən edildiyi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə daxil olmuş müraciətdən görünür ki, xx.xx.2023-cü il tarixdə 12:07:02 radələrində X6 məlumat verərək qonşu binanın qarşısındaki ağacların kəsildiyini bildirərək təcili araşdırılmasını istəmişdir. Eyni zamanda 19 may 2023-cü il tarixli 79845 nömrəli aktdan görünür ki, Sabunçu rayonu, ünvan 2 ünvanında yaşayan vətəndaş Cəfərov Ramazan tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli İD-17781 nömrəli “Qonşu binanın qarşısındaki ağacları kəsib” məzmunlu müraciətdə qeyd olunanlar şikayətçinin iştirakı ilə tərəflərindən yerində araşdırılmışdır. X7 yazılı izahat verərək yaşadıqları binanın qarşısında təxminən 3 il əvvəl 4 ədəd ting əkdiyini, xx.xx.2023-cü il tarixdə həmin ağacların qonşusu Andrey adlı şəxs tərəfindən kəsilərək məhv edildiyini bildirmiş və ağaclar kəsilən zaman çəkilmiş foto və video material təqdim etmişdir. Sözügedən əraziyə baxış keçirilən zaman 0,4 sm diametrli 2 (iki) ədəd ərik, 1 (bir) ədəd tut, 1 (bir) ədəd çinar tinginin kök boğazından kəsici alət vasitəsilə kəsilərək məhv edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X2 İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3787/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3787/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver