Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3789/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X5, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sabunçu rayonu, Kürdəmir qəsəbəsi, Kürdəmir-Pirşağı yolu ilə üzü Zabrat istiqamətində “VAZ 21074” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan hərəkətdə olarkən, qarşısında qırıq-qırıq xəttin üzərində sola dönmək üçün dayanan “Toyota Camry” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, sonra idarəetməni itirərək yolun sağ kənarına çıxıb aşmışdır. Nəticədə Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində olan X9 və X1 yüngül bədən xəsarəti yetirilmiş və hər iki avtomobilə maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Sabunçu DYPŞ YNH üzrə baş inspektoru, polis kapitanı X8 tərəfindən AP ******* seriyalı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YNH üzrə baş inspektoru, polis kapitanı X8 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sabunçu rayonu, Kürdəmir qəsəbəsi, Kürdəmir-Pirşağı yolu ilə üzü Zabrat istiqamətində “VAZ 21074” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan hərəkətdə olarkən, qarşısında qırıq-qırıq xəttin üzərində sola dönmək üçün dayanan “Toyota Camry” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, sonra idarəetməni itirərək yolun sağ kənarına çıxıb aşmışdır. Nəticədə Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində olan X9 və X1 yüngül bədən xəsarəti yetirilmiş və hər iki avtomobilə maddi zərər dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edilmiş şəxs Şəxs özünü Аzərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sabunçu rayonu, Kürdəmir qəsəbəsi, Kürdəmir-Pirşağı yolu ilə üzü Zabrat istiqamətində “VAZ 21074” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını ondan icazəsiz götürüb idarə etmək üçün mağazaya getmişdir. Evin qarşısında mağazanın yanından digər qardaşı Faiq Xəlilov, Mehman və Vüsalı görüb onlarda avtomobilə əyləşmişlər.Bununla da Kürdəxanı qəsəbəsi Kürdəxanı-Pirşağı yolu ilə üzü Zabrat qəsəbəsi istiqamətində sağ tərəfdən 2-ci zolaqla saatda 90 km sürətlə hərəkətdə olarkən, təxminən 2 metr məsafədə Toyota Camry markalı avtomobilin dayanmasını və sola dönüş etməsini gördükdə əyləcdən istifadə edib sükanı sağa doğru istiqamətləndirsədə, idarə etdiyi avtomobilin sol ön hissəsi ilə Toyota Camry markalı avtomobilin arxa sağ qanad hissəsinə dəydikdən sonra zərbədən VAZ-21074 markalı avtomobil yolun sağ hissəsinə doğru aşmışdır, digər avtomobil isə yolun sol hissəsinə doğru getmişdir.Aldığı xəsarətlə bağlı TTYS vasitəsi ilə 3 saylı ŞKX-na gedərək müayinə olunmuşdur, sol ayağının 2 yerdən sınaraq stasionar müalicə alır.O avtomobilin açarını icazəsiz götürərək idarə etmişdir, hadisə zamanı avtomobildə qabaq oturacaqda Vüsal, Faiq və Mehman arxa oturacaqda əyləşmişlər.Hadisədən sonra ona məlum olmuşdur ki, Toyota Camry markalı avtomobili sahibi idarə etməmiş, digər şəxs idarə etmişdir. Konkret olaraq kim olmasını görməmişdir. Nəticədə hər iki avtomobilə maddi zərər dəymiş və avtomobilində sərnişin qismində olan X9 və X1 yüngül bədən xəsarəti yetirilmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizanın 1158 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş Şəxs sol bud-çanaq oynağında bud sümüyünün arxaya şıxığı, sol sirkə kasası damının sol oturaq sümüyünə keçən yerini dəyişən, qapalı sınığı, sol diz oynağı nahiyəsinin, sol budun, qarının, sol qalça və qasıq nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirinən törənmişdir və xx.xx.2023-cü il tarixdə və şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizanın 1114 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş X2 said nahiyəsinin əzilmiş yarası, döş qəfəsi nahiyəsinin qançırı, alın, sol əl və sol diz nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirinən törənmişdir və xx.xx.2023-cü il tarixdə və şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizanın 1113 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş X6 burun sümüyünün yerini dəyişən sınığı və burun nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirinən törənmişdir və xx.xx.2023-cü il tarixdə və şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. X7 adına qeyd olunan arayışda “Döş qəfəsinin əzilməsi” diaqnozu xəsarətlərinin obyektiv əlamətləri ilə (qançır, sıyrıq, yara və s.) əsaslandırılmadığından və şəxsin məhkəmə-tibbi ekspertizası zamanı onun döş qəfəsi nahiyəsində xəsarət aşkar edilmədiyindən bu diaqnozu xəsarət kimi məhkəmə-tibbi qiymətləndirmək mümkün deyil. İş materiallarinda olan Sabunçu RPİ-nin TŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqinda 08 iyun 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanmasi rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasi İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati tədbirlərinin görülməsi üçün toplanmiş material Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 manat miqdarında cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-3789/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3789/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver