Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3789/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 13-cü PŞ-nin baş leytenantı Nəsirli Tərlan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlizadə Səyyad Emil oğlunun iştirakı ilə, 10.01.1998-ci il tarixdə Naxçıvan MR–da doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Naxçıvan MR, Naxçıvan şəhəri, Əcəmi Naxçıvani məhəlləsi, ev 40, mənzil 8 ünvanında qeydiyyatda olmaqla yaşayan – Əlizadə Səyyad Emil oğlunun Əlizadə Səyyad Emil oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əlizadə Səyyad Emil oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 11.06.2025-ci il tarixli MN seriyalı 1973646 №li inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati haqqında 11.06.2025-ci il tarixli MN seriyalı 1973646 nömrəli protokola əsasən Əlizadə Səyyad Emil oğlu şübhəli olduğu üçün 10 iyun 2025-ci il tarixində saat 22:00 radələrində polis əməkdaşları tərəfindən şöbəyə gətirilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinə aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin baş leytenantı Tərlan Nəsirli izahatında göstərmişdir ki, 10.06.2025-ci il tarixdə Sabunçu RPİ–nin PPX əməkdaşları ərazidə xidmət edərkən 1 (bir) nəfər şəxsin özünü şübhəli apardığını görərək ona yaxınlaşıb özlərini təqdim etmiş, ondan şəxsiyyətini təsdiq edən sənədi istəmiş və şəxsiyyəti üzərində olmadığı üçün 14-cü PŞ-nə dəvət etmişlər. PŞ-də məlum olmuşdur ki, həmin şəxs Əlizadə Səyyad Emil oğludur və o bölmədə olarkən narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Şəxs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinəyə aparılmışdır. Müayinə zamanı onun sidiyindən THC (+) müsbət aşkar olunmuş, narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də, Əlizadə Səyyad Emil oğlu barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 11.06.2025-ci il tarixli MN seriyalı 1973646 №li inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə məsuliyyətə cəlb edilməsini xahiş edir. Tərtib etdiyi protokolu müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Əlizadə Səyyad Emil oğlu izahatında göstərmişdir ki, narkotik vasitə olan marixuananını bir dəfə istifadə etdib və daimi istifadəçi deyil. Törətdiyi əməldən səmimi peşmandır. Bir daha narkotik vasitədən istifadə etməyəcəyinə söz verir. Göstərilən halları və peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 11 iyun 2025-ci il tarixli, 3441 nömrəli rəyindən görünür ki, Əlizadə Səyyad Emil oğlunun sidiyindən THC (+) müsbət aşkar olunmuş, lakin hal-hazırda narkomaniyadan əziyyət çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Əlizadə Səyyad Emil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı ilə yanaşı digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Əlizadə Səyyad Emil oğlunun məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də Əlizadə Səyyad Emil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlizadə Səyyad Emil oğlunun təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Əlizadə Səyyad Emil oğlunun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki Əlizadə Səyyad Emil oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İş üzrə həmçinin müəyyən edilmişdir ki Əlizadə Səyyad Emil oğlu 10.06.2025-ci il tarixdə, saat 22:10-da inzibati qaydada tutulmuşdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117 və 128-140-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Əlizadə Səyyad Emil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Əlizadə Səyyad Emil oğlu məhkəmə iclas zalından dərhal azad edilsin. Əlizadə Səyyad Emil oğlu ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-3789/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3789/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver