Məhkəmə qərarları › İş №3(008)-3797/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3797/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3797/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, icbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin olunmamışdır. Nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 469.2-ci maddəsində nəzərdə tutula inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, təqdim olunan materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. AR İXM-nin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Tərtib olunmuş inzibati xəta haqqında protokolda icbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən Şəxs MMC-nin xx.xx.2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması faktının müəyyən edildiyi qeyd edilsə də, bunu təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən bir dəfə inzibati xəta haqqında protokol qeyd edilən çatışmazlığın aradan qaldırılması üçün geri qaytarılmasına baxmayaraq yenidən müvafiq sənədlər əlavə edilmədən inzibati xəta haqqında protokol məhkəməyə göndərilmişdir. Bu isə bir daha onu göstərir ki, qeyd edilən çatışmazlığın işə mahiyyəti üzrə baxılması zamanı da tamamlanması mümkün deyil. Eyni zamanad məhkəmə qeyd edir ki, Şəxs MMC DƏMX-nin Bakı şəhər İdarəsinə ünavanlanmış müraciətində işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etdiyini bildirmişdir. Bu isə inzibati orqan tərəfindən bunun əksinin mövcudluğunu təsdiq edən sənədin təqdim edilməsini şərtləndirir. Bundan başqa AR İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin qanunvericiliyin qeyd edilən tələbi də inzibati orqan tərəfindən pozularaq inzibati xəta haqqında protokol onun tərtib edildiyi vaxtdan 5 ay keçəndən sonra göndərilmişdir. Hazırda isə AR İXM-nin 469.2-ci maddəsi həmin Məcəllədən çıxarılmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə qanunvericiliyə edilən dəyişikliyə əsasən İXM-nin 469.2-ci maddəsi İXM-dən çıxarılmış və əvəzində İXM-nə 469-1-ci maddəsi, yəni istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi görə inzibato xəta nəzərdə tutan yeni maddə əlavə edilmişdir. Məhkəmənin inzibati xəta haqqında protokoldan kənara çıxaraq şəxsə digər maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsini istinad etmək kimi yaxud inzibati xəta haqqında işlərə baxarkən şəxsin əməlini digər maddəyə tövsif etmək kimi səlahiyyəti yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun və ona əlavə olunmuş sənədlərin səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinə qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin AR İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar