Məhkəmə qərarları › İş №3(008)-3798/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3798/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3798/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 may 2025-ci il tarixli qərardan və inzibati xəta haqqında 13 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs 07 may 2025-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ sahəsi 238 saylı BTK, 1850 saylı bağda olarkən həmin torpaq sahəsinin ona məxsus olmasını iddia edən Şəxs onun üzərinə hücum çəkərək onu döymüşdür. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 13 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin sahə inspektoru polis kapitanı X7 13 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ sahəsi, 28ci dalan, 1718 nömrəli bağ sahəsi ulu babasının adına olan arxiv sənədinə əsasən Zərərçəkmiş şəxs sahibi olduğunu iddia etdiyi torpaq sahəsi ona məxsusdur. Bununla bağlı Sabunçu RPİ 15-ci PB-də araşdırmaları da olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 13 radələrində ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ sahəsi 28-ci dalan, 1718 nömrəli bağ sahəsinə gedərkən torpaq sahəsində traktor işlədiyini və torpaq sahəsində olan ağacları çıxartmasını görüb işi saxlamışdır. Traktoru torpaq sahəsindən çıxartdıqdan təxminən 1 saat sonra Zərərçəkmiş şəxs həmin ünvana gəlmişdir. Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər işlətmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə nəticəsində o, Zərərçəkmiş şəxs vurmamışdır, sadəcə onu itələyərək getməsini istəmişdir, eyni zamanda Şəxs qeyd etmişdir ki, 07 may 2025-ci il tarixdə Sabunçu Rayon 15-ci Polis bölməsində təhqiqatçı polis kapitanı Yasin Ağayev tərəfindən ondan alınan izahatda onun Zərərçəkmiş şəxs vurması ilə bağlı etriafı olmayıb, amma izahatda onun Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmağı qeyd edilmişdir. O izahatda yazılanı təkzib edir və hadisə zamanı ona kömək etmək məqsədi ilə onun yanına gəlmiş dostu qonşusu Tərlanında hadisəyə şahid olduğunu bildirmişdir. Şəxs göstərilənlərə əsasən məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs üzrlü səbəbdən məhkəmə iclasına gəlməmiş, zərərçəkmiş şəxsin onlayn qaydada məhkəmə iclasına qoşulması təmin edilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 13 radələrində ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ sahəsi 28-ci dalan, 1718 nömrəli bağ sahəsinə abadlıq işləri üçün işlətdiyi traktorun işinə maeə yaradan Şəxs ilə söhbət etmək üçün həmin ünvana getmiş və orada Şəxs ona nalayiq ifadələr işlədərək onu sifət nahiyəsindən yumruqla vurmuşdur. Mübahisə zamanı Şəxs yanında başqa bir şəxsin olduğunu və eyni zamana mübahisəyə Xəzər adlı traktor sürücüsünün də şahid olduğunu qeyd edərək, Şəxs şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqında qərarda olan Zərərçəkmiş şəxs izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ sahəsi, 238 saylı BTK, 1850 saylı bağı almışdır və həmin 12 sot torpaq sahəsi onun adınadır. Lakin həmin torpaq sahəsinin ona məxsus olmasını iddia edən Şəxs 2025-ci ilin mart ayından onu narahat edir. Bu barədə də onların əvvəllər də Sabunçu RPİ 15-ci PB-də araşdırmaları olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 13 radələrində ona məxsus həmin torpaq sahəsində gələcəkdə tikinti işləri gördürmək məqəsədilə torpaqı düzləməsi üçün traktor salmışdır. Şəxs onun orada olmamağından istifadə edərək traktoru özbaşına həmin torpaq sahəsindən çıxartmışdır. Bu barədə traktor sürücüsü onz zəng edərək məlumat verdikdən sonra özü həmin torpaq sahəsinə yaxınlaşmışdır. Şəxs etdiyə əmələ görə etiraz etdikdə üzərinə hücum edərək sağ əli ilə sifət nahiyəmə bir dəfə vuraraq ünvanına nalayiq sözlər işlətmişdir. Bundan sonra bu barədə DİN-nin 102 Zəng Mərkəzi Xidmətinə məlumat vermişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqında qərarda olan barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ sahəsi, 28-ci dalan, 1718 nömrəli bağ sahəsi ulu babasının adına olan arxiv sənədinə əsasən Zərərçəkmiş şəxs sahibi olduğunu iddia etdiyi torpaq sahəsi ona məxsusdur. Bununla bağlı Sabunçu RPİ 15-ci PB-də araşdırmaları da olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 13 radələrində ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ sahəsi, 28-ci dalan, 1718 nömrəli bağ sahəsinə gedərkən torpaq sahəsində traktor işlədiyini və torpaq sahəsində olan ağacları çıxartmasını görüb işi saxlamışdır. Traktoru torpaq sahəsindən çıxartdıqdan təxminən 1 saat sonra Zərərçəkmiş şəxs həmin ünvana gəlmişdir. Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər işlətdi və aralarında münaqişə yaranmışdır. Münaqişə nəticəsində Zərərçəkmiş şəxs sifət nahiyəsinə sağ əli ilə bir dəfə yumruq vurmuşdur. Şəxs ifadəsində hadisə zamanı qonşusu X1 da orada olduğun bildirmişdir, buna görə də məhkəmə X1 onlayn qaydada məhkəmə iclasına qoşulması təmin edilmiş, X1 şəxsiyyətin təsdiq edən vəsiqəsi hakim tərəfindən yoxlanılaraq şəxsin şəxsiyyəti eyniləşdirilmiş, hüquqları izah olunmuş, bilə bilə yalan ifadə verməsinə görə məsuliyyət daşıdığı bildirilmişdir. X2 tərəflər ilə hər hansısa bir qohumluq əlaqəsinin və onlarla ədavətinin olmadığını, Şəxs ilə uzun müddət qonşu olduğunu bildirmiş və ifadəsində hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs vurmadığını sadəcə onu itələdiyinin şahidi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı Xəzər adlı traktor sürücüsünün də orada olduğun bildirdiyinə görə məhkəmə X5 onlayn qaydada məhkəmə iclasına qoşulmasını təmin etmiş, X5 şəxsiyyətin təsdiq edən vəsiqəsi hakim tərəfindən yoxlanılaraq onun şəxsiyyəti eyniləşdirilmiş, hüquqları izah olunmuş, bilə bilə yalan ifadə verməsinə görə məsuliyyət daşıdığı bildirilmişdir. X8 tərəflər ilə hər hansısa bir qohumluq əlaqəsinin və onlarla ədavətinin olmadığını bildirmiş və ifadəsində hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs sillə ilə vurduğunu, bundan sonra Zərərçəkmiş şəxs polisə zəng etdiyini, qısa müddət sonra oraya sahə müvəkkilinin gəldiyini, hətta sahə müvəkkilinin “siz Zərərçəkmiş şəxs vurmusuzmu” sualına Şəxs cavabında “bəli” vurmuşam deyərək etiraf etdiyinin şahidi olduğunu bildirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqında qərara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3 xx.xx.2025-ci il tarixli 953 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol çənə nahiyəsinin qançırı müəyyən edilmiş, xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, bədənin əlçatan nahiyəsində yerləşdiyindən özü və ya kənar şəxs tərəfindən yetirilə bilər, törənmə müddəti qərarda göstərilin xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin təhqiqat zamanı verdiyi izahatı ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında Zərərçəkmiş şəxs vurmadığını və ona hər hansı xəsarət yetirmədiyini qeyd etsə də, həmin izahat həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar