Məhkəmə qərarları › İş №3(008)-380/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-380/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-380/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X1, Barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi “Femida” vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən AR İXM-nin 544.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə 05 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 19 may 2023cü il tarixli, 207/FN nömrəli qərar icra edilməmiş, bununla da MMC tərəfindən AR İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasına iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi “Femida” vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 19 may 2023-cü il tarixli, 207/FN nömrəli qərarın Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2-1(112)-10620/2023 saylı qərarı ilə etibarsız hesab olunduğunu, bu səbəbdən də inzibati xəta hadisəsinin ümumiyyətlə mövcud olmadığını, bununla yanaşı, inzibatə xəta ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 05 iyun 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 19 may 2023-cü il tarixli, 207/FN nömrəli qərar icra edilməmiş, bununla da MMC tərəfindən AR İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş “Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında” 19 may 2023-cü il tarixli, 207/FN nömrəli qərardan görünür ki, "ELC AQRO” MMC-nin 06 mart 2023-cü il tarixli, İDo ********* və 10 mart 2023-cü il tarixli, İdo ********* nömrəli müraciətlər əsasında idxal olunan ümumi çəkisi 40740 kq ərzaq kartof partiyasının dövriyyəsinin dayandırılması, həmin məhsul partiyasının 10 gün müddətində geri çağırılması və həmin müddət bitdikdən sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi qərara alınmışdır. 19 may 2023-cü il tarixli, 3-44-1/2-1-5076/23 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş “Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında” 19 may 2023-cü il tarixli, 207/FN nömrəli qərar 10 gün müddətində icra olunması üçün "ELC AQRO” MMC-nin hüquqi ünvanına və rəsmi mail ünvanına göndərilmişdir. MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2-1(112)-10620/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş “Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında” 19 may 2023-cü il tarixli, 207/FN nömrəli qərar etibarsız hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, "ELC AQRO” MMC-nin AR İXM-nin 544.2-ci maddəsi ilə təqsirli olması yuxarıda sadalanan sənədlərlə tam olaraq öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin göstərdiyi “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 19 may 2023-cü il tarixli, 207/FN nömrəli qərarın Bakı İnzibati Məhkəməsində mübahisələndirilməsi, sözügedən qərarın Bakı İnzibati Məhkəməsi tərəfindən etibarsız hesab edilməsinə və bu səbəbdən inzibati xəta hadisəsi olmadığı halda MMC-nin inzibati məsuliyyətə cəlb edilməsinin qanunsuz olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, qanuni qüvvəyə minmiş inzibati qərarın mübahisələndirilməsi və həmin qərarın etibarsız hesab olunmasına dair hələ qanuni qüvvəyə minməmiş məhkəmə qərarının mövcud olması özü-özlüyündə birmənalı şəkildə inzibati xəta hadisəsinin olmaması qənaətinə gəlməyə imkan verən hal kimi qiymətləndirilə bilməz. Məlumdur ki, səlahiyyətli orqan həmin qərarı yuxarı instansiya məhkəməsində, daha sonra isə ali instansiya məhkəməsində mübahisələndirmək hüququna malikdir, belə olan halda birinci instansiya məhkəməsinin inzibati qərarın etibarsız hesab olunmasına dair qərar qəbul etməsi hələ inzibati xəta hadisəsinin olmaması qənaətinə gəlmək üçün əsas deyildir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə əsasən bu Qanunun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır. Həmin Qanunun 76.2-ci maddəsinə əsasən inzibati şikayətin verildiyi hallarda, şikayət olunan inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 19 may 2023-cü il tarixli, 207/FN qərarın icrasının dayandırılmadığını, həmin qərarın etibarsız hesab olunmasına dair məhkəmə qərarının hələ qanuni qüvvəyə minməməsini və səlahiyyətli orqan tərəfindən mübahisələndirilmək imkanın olmasını nəzərə alaraq hesab edir ki, sözügedən inzibati qərar icra edilmədiyindən "ELC AQRO” MMC-nin əməlində AR İXM-nin 544.2-ci maddəsinin tərkibi olmuşdur. Lakin məhkəmə müvafiq inzibati xətanın 05 iyun 2023-cü il tarixdə aşkar edildiyini (inzibati xəta haqqında protokolun tərtib edildiyi gün əsas götürülməklə) və həmin tarixdən etibarən inzibati məsuliyyətə cəlb etmə üçün qanunla nəzərdə tutulmuş 04 aylıq müddətin keçdiyini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53.1.6-cı maddələsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Hazırki işin hallarından görünür ki, müvafiq inzibati xəta 2023-cü ilin iyun ayında aşkar edilmiş, lakin inzibati xətanın aşkar edildiyi gündən qanunla müəyyən edilmiş 04 aylıq müddət keçmişdir ki, bu da inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olmasına dəlalət edən haldır. Odur ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən AR İXM-nin 544.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən AR İXM-nin 544.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar