Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3808/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 iclas katibliyi ilə, Şikayətçi Əİiyeva Adelə Kamil qızının nümayəndəsi X3 iştirakı ilə, Şikayətçi Əİiyeva Adelə Kamil qızının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsi tərəfindən EQ/17921800 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Əİiyeva Adelə Kamil qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin EQ/17921800 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyətçi kimi qardaşına verilən etibarnamə ilə X1na nəqliyyat vasitəsinin idarə edilməsinə dair "mobil- notariat" tətbiqi vasitəsi ilə elektron qaydada Bakı şəhər 34 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təstiq edilmiş və reyestrdə 7E- 8496 № ilə qeyd olunmuş etibarnamə vermişdir. X1 etibarnamə əsasında **-MK-*** qeydiyyat nişanlı X12 Avto-Nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti ilə idarə edərkən saat 16.22-də dayanma və durma qaydalarının pozulması nəticəsində İXM 346.1 və 332.2-ci maddələrinə əsasən EQ/17760186 saylı Protokol tərtib edilmşdir. 332.2-ci maddənin tətbiq edilməsi əsası guya həmin vaxt nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilmişdir. Növbəti gün xx.xx.2023-cü il tarixində Pirşağı istiqamətində X2 nəqliyyat vasitsini idarə edərkən saat 10:47:43 saniyəsində Pirşağı-Novxanı yolun Neft baza sanatoriyasının yaxınlığında və saat 10:48:31 saniyəsində Pirşağı- Novxanı yolunda 112 nömrəli tam orta məktəbin qarşısında, İXM 332.3 və 332.2-ci maddələri ilə X7 adma eyni gündə EQ/17762590 -300 AZN və EQ/17762584 - 300 AZN cərimələr qeyd olunmuşdur. Qeyd edilən vaxtda nəqliyyat vasitəsini o idarə etməmiş, etibarnamə əsasında X1 idarə etmişdir. Qeyd edilən cərimələrdən məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə SMS bildiriş təqdim edildikdən sonra məlumatı olmuşdur. Bununla əlaqədar dəfələrlə müraciətlər edilsə də cavablar verilməmiş, qərarlar təqdim edilməmişdir. Hətta məhkəmə tərəfindən qərar olmadığından şikayət ərizəsi geri qaytarılmışdır. Məhkəmə şikayəti geri qaytardıqdan sora yenidən DYP müraciət etsə də yenidən müraciəti elektron etməyi təklif etdilər. Məcbur elektron müraciət edərək qərarların surətin tələb etmişdir. Yenə də müraciətinə 16.03.24-cü il tarixli məktubla xx.xx.2024-cü il tarixdə cavab verilərək qərarların surəti təqdim edilməmişdir. xx.xx.2024cü il tarixdə müraciət və cavab məktubu ilə yenidən qəbula gedərək qərarların verilməsini tələb edilmiş, qərarlar olmadığından məhkəməyə şikayət verə bilmədiyi başa salınmışdır. Müraciəti yenidən araşdırıldı, haqlı olduğundan 28.03.24-cü il tarixdə 29.10.23 və 30.10.23-cü il trixli qərarlar elektron çıxarış edilərək təqdim edilmişdir. Bu zaman məlum olmuşdur ki, 3 inzibati qərardan başqa eyni vəzifəli şəxs tərəfindən əlavə xx.xx.2023-cü il tarixdə EQ/17921800 və EQ/17921919 saylı inzibati qərarlar da yazılmışdır. Həmin elektron Qərarlar da mənə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Qərarlar əldə edilənədək X1 cərimələrin səbəbini araşdırıdıqda bildirilmişdir ki, etibarnamə olmadan nəqliyyat vasitəsi idarə edildiyi üçün cərimələr yazılıb, etibarnamənin olduğu deyilsə də, ləğv edilmədiyi bildirilsə də, elketron bazada belə problemlər olduğu bildirlərək məhkəməyə müraciət etmək tövsiyyə edilmiş, lakin nə protokol, nə qərar təqdim edilməmişdir. Qeyd edilənələrə əsasən EQ/17921800 saylı protokol, həmin protokol əsasında qəbul edilmiş 07.11.23 tarixli İnzibati tənbeh vemə barədə qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçi Əİiyeva Adelə Kamil qızının nümayəndəsi X6 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək EQ/17921800 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü iltarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əİiyeva Adelə Kamil qızı xx.xx.2023-cü il tarixində saat 21:18-də “X12” minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 21 km/saat həddində aşmağa görə, bu məcəllənin 332.2-ci maddəsində nəzərdə tututlmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü iltarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əİiyeva Adelə Kamil qızı xx.xx.2023-cü il tarixində saat 21:18-də “X12” minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 21 km/saat həddində aşmağa görə, bu məcəllənin 332.2-ci maddəsində nəzərdə tututlmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, EQ/17921800 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. Belə ki, təqsirliliyi sübutetmə yükü protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Əİiyeva Adelə Kamil qızının şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin EQ/17921800 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Əİiyeva Adelə Kamil qızının şikayəti qismən təmin edilsin. Əİiyeva Adelə Kamil qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsilə inzibati xəta törətməsinə dair DİN Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş EQ/17921800 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3808/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3808/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver