Məhkəmə qərarları › İş №3(008)-381/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-381/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-381/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əhmədova Göyçək Vahid qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə X1 10 yanvar 2023-cü il tarixli, EQ 12754400 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayətə 26 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 10 yanvar 2023-cü il tarixli, EQ 12754400 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. X2 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə müvafiq qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 bildirdi ki, o Bakıxanov qəsəbəsinin girişində “Lukoyl” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində yerləşən şəxsi mülkiyyətində olan fərdi yaşayış evində - Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi ev 19-da yaşayır. O, həmişə evə gedərkən “Lukoyl” yanacaqdoldurma məntəqəsinin qarşısında sola dönməyə icazə verən qırıq-qırıq xətdən dönüb evinə getmişdir. Təxminən keçən ilin may ayında Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsində (“Lukoyl” YDM-nin çıxış hissəsində) BNA tərəfindən yol işarələri yenilənən zaman movcud qırıq-qırıq xətt (1.11 nişanlama xətti) sola dönməni qadağan edən düzünəüfüqi xətlə əvəz edildi və bütün qonşular məcburiyyət qarşısında qalaraq yolu uzadaraq evlərinə getməli olmuşlar. Ona görə də, o və qonşular kollektiv ərizə ilə bu fakt barədə müvafiq qurumlara müraciət etdikdən sonra, xx.xx.2022-ci il tarixli məktubla BNA rəsmi cavab verərək bildirdi ki, Bakıxanov qəsəbəsi istiqamətindən “Lukoyl” yanacaqdoldurma məntəqəsinin çıxış hissəsində 1.11 nişanlanma xətti (Bakıxanov qəsəbəsi istiqamətindən hərəkət edən nəqliyyat vasitələrinin sola hərəkətinin təmin edilməsi) təşkil edilmişdir. BNA cavab məktubunu icra etmiş və 1.11 nişanlanma xətti - yəni sola dönməyə icazə verən (qırıq-qırıq) xətt bərpa edilmişdir. Beləliklə də, kollektiv şikayət təmin edildi və yaşadığı evə dönməyə icazə verən nişanlanma xətti bərpa edildi. xx.xx.2023-cü il tarixdə radar tərəfindən ona həmin yerdən dönməyinə görə EQ 12751697 nömrəli protokol tərtib edilmişdir ki, bu da açıq qanunsuzluqdur. Çünki başqa bir yerdə o heç bir yol hərəkəti qaydasını pozmamışdır. Bütün göstərilənlərə əsasən məhkəmədən 10 yanvar 2023-cü il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə şikayət verən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X2 barəsində 10 yanvar 2023-cü il tarixli, EQ 12754400 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 10 yanvar 2023-cü il tarixli, EQ 12754400 saylı inzibati inzibati protokol əsasında qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli qərara görə X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, 08- 09638/ROL-06600/4 saylı məktubundan görünür ki, Ramiz Qəmbərov küçəsində (Bakıxanov qəsəbəsi istiqamətindən, “Lukoil” yanacaqdoldurma məntəqəsinin çıxış hissəsində) 1.11 nişanlama xətti (Bakıxanov qəsəbəsi istiqamətindən hərəkət edən nəqliyyat vasitələrinin sola hərəkətinin təmin edilməsi) təşkil edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinin tələbinə əsasən X1 şikayəti təmin edilməli və X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətanın törədilməsini müəyyən edən sübutlar aşkar edilmədiyindən, əksinə iş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, 08-09638/ROL-06600/4 saylı məktubuna əsasən Ramiz Qəmbərov küçəsində (Bakıxanov qəsəbəsi istiqamətindən, “Lukoil” yanacaqdoldurma məntəqəsinin çıxış hissəsində) 1.11 nişanlama xətti (Bakıxanov qəsəbəsi istiqamətindən hərəkət edən nəqliyyat vasitələrinin sola hərəkətinin təmin edilməsi) təşkil edildiyindən, həmin məktubdan 2 aydan çox müddət sonra, yəni 03 oktyabr 2022-ci il tarixdə həmin yerdən sola dönmə əməliyyatını həyata keçirən X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibi mövcud olmadığından Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 10 yanvar 2023-cü il tarixli, EQ 12754400 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməli, səlahiyyətli orqan tərəfindən işin icraatı üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan aparıldığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidi. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair 10 yanvar 2023-cü il tarixli, EQ 12754400 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar