Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3817/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X7 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Prokurorluğundan daxil olmuş 13 iyun 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan X12 xx.xx.2025-ci il tarixdə X2 Şəxsnə məxsus olan 118B marşrut xəttinə **-SM-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü kimi buraxdığında görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) görülməsinə cəlb etməklə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Sabunçu rayon prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas X13 izahatında göstərmişdir ki, hüquqi şəxs Şəxs onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan X12 xx.xx.2025-ci il tarixdə X2 Şəxsnə məxsus olan **-SM-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü kimi 118B xəttinə buraxdığında görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) görülməsinə cəlb etməklə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunan hallar X1 və X4 izahatları, həmçinin elektron prokurorluq informasiya sistemindən çıxarılmış Şəxs MMC-yə məxsus əmək müqaviləsi məlumatları ilə təsdiq olunur. Belə ki, X8 və X14 verdikləri izahatlarda X1 hüquqi şəxs Şəxs nümayəndəsi X16 tərəfindən əmək müqaviləsi bağlanmadan işlərin icrasına cəlb olunduğunu bildirmişlər. X3 məxsus əmək müqaviləsi məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan göründüyü kimi, o, heç bir zaman rəsmi qaydada Şəxsndə əmək fəaliyyəti göstərməmişdir. X16 izahat verməsi üçün dəfələrlə rayon prokurorluğuna dəvət olunsa da, izahat verməkdən imtina etmiş və dəvətlərə baxmayaraq rayon prokurorluğuna gəlməmişdir. Bu barədə müvafiq arayış tərtib edilərək materiala əlavə olunmuşdur. Bundan əlavə, 31 mart 2025-ci il tarixində vətəndaş X8 Şəxs direktoru X16 tərəfindən MMC-yə məxsus **-SM-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü vəzifəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin icrasına cəlb edilmişdir. Həmin faktla əlaqədar olaraq, 30 iyun 2025-ci il tarixində X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs direktoru X16 barəsində 3500 (üç min beş yüz) manat məbləğində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmuşdur. Qanuni təmsilçi Röyal adlı sürücüdən məlumatları olmadığını bildirsə də, Şəxs direktorunun, dispetçerinin və sürücücün imzası və şirkətin möhürü ilə təsdiqlənmiş yol vərəqəsindən görünür ki, Şəxs tərəfindən X3 01 mart 2025-ci il tarixdən 31 mart 2025-ci il tarixədək şəhərdaxili və şəhərətrafı sərnişindaşıma avtonəqliyyat üçün yol vərəqəsi verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X16 izahatında göstərmişdir ki, Şəxs müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Cəmiyyət öz işçilərini müstəqil qaydada təyin edir və onlarla əmək müqaviləsi bağlayır. Şirkətin balansında nəqliyyat vasitəsi mövcud olmayıb, fəaliyyət icarə müqaviləsi əsasında götürülmüş nəqliyyat vasitələri ilə həyata keçirilir. Yol-nəqliyyat hadisəsinə səbəb olmuş avtobus X5 icarə əsasında götürülmüşdür. Cəmiyyətin əməkdaşları arasında X8 barədə hər hansı məlumat mövcud deyil və ona nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilməmişdir. Hadisə baş verən gün həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti Cəmiyyətin sürücüsü Anara məxsus olmuşdur. Lakin Anar ailəvi səbəblərlə əlaqədar avtobusu özbaşına, rəhbərliyin razılığı olmadan Röyala təhvil vermişdir. Nəticədə nəqliyyat vasitəsi hadisə zamanı Röyal tərəfindən idarə olunmuşdur. Hadisədən sonra sürücü Anar Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Bu səbəbdən onun barəsində əlavə tədbir görülməmişdir. O, prokurorluğun izahat üçün dəvət etməsindən xəbərdar olduğuna görə avtodəstə rəhbəri X6 göndərmişdir. Lakin məsələnin bu qədər ciddi xarakter daşıdığını bilməmişdir. X9 geri qayıtdıqdan sonra məlumat vermişdir ki, prokurorluq əməkdaşı ona istintaq hərəkətlərinin düzgün aparılmadığını bildirmişdir. Qəza törədilən nəqliyyat vasitəsini Samir adlı şəxs idarə etmişdir. Həmin nəqliyyat vasitəsinin idarə olunmasında bəzən Anar digər sürücü Samiri əvəz etmişdir. Samirə əməkhaqqı birbaşa nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən ödənilmişdir. Samir və Anar ilə mülkiyyətçi arasında əmək müqaviləsi bağlanmamış, onlar əməkhaqqını mülkiyyətçidən nağd şəkildə almışlar. Mülkiyyətçi Samirə nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini etibarnamə əsasında vermişdir. Təəssüf ki, tərəflər arasında rəsmi müqavilə münasibətləri rəsmiləşdirilməmişdir. Mülkiyyətçi digər xətt üzrə fəaliyyət göstərən işçilərlə əmək müqaviləsi bağlamışdır. Lakin Samir etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etdiyindən onunla əmək müqaviləsi bağlanmasına ehtiyac duyulmamışdır. Nəqliyyat vasitələrinin hərəkəti və idarə olunmasına onun şəxsən özü tərəfindən birbaşa nəzarət etmək mümkün olmamışdır. Samirin avtobusu başqa şəxsə verdiyi barədə Şəxs MMC-nin məlumatı olmamış, bu haldan xəbərdar olsaydı, belə bir vəziyyətin yaranmasına qətiyyən imkan verilməzdi. Gün ərzində nəqliyyat vasitələrinin yol vərəqələrinə dispetçer tərəfindən imza atılır və onların icrasına nəzarət dispetçer tərəfindən həyata keçirilirdi. Yol vərəqələrinin çoxluğu səbəbindən onun bu məsələlərlə bağlı bilavasitə məlumatı olmamışdır. X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh tətbiqi haqqında qərardan xəbərsizdir, çünki bu barədə ona zəng edilməmiş və ya çağırış göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şəxs direktoru X16 bildirmişdir ki, qəza törətmiş avtobusu digər günlərdə idarə edən Samir adlı sürücü ilə də əmək müqaviləsi bağlanılmamışdır. Buna həmin sürücülərə mülkiyyətçi tərəfindən verilmiş etibarnamənin yetərli olması düşüncəsi səbəb olmuşdur. Yanılmaqla hesab etmişdir ki, etibarnamə və yol vərəqəsi varsa əmək müqaviləsinə zərurət yoxdur. 01 mart 2025-ci il tarixdən 31 mart 2025-ci il tarixədək hadisə günü qəza törətmiş Röyal adlı şəxsə Şəxs MMC tərəfindən 1 aylıq onun imzası və şirkətin möhürü ilə yol vərəqəsi verilməsi ilə bağlı isə bildirmişdir ki, həmin yol vərəqəsini məhkəmə iclasında görmüşdür. Sürücülərin sayının çoxluğundan o boş vərəqə imza atır, möhür vurur, sürücülərin adları isə sonradan əlavə olunur. Sürücü 1 gün işləsə belə yol vərəqəsi 1 aylıq verilir. Yəni Röyala 1 aylıq yol vərəqəsi verilsə də, onun barədə həqiqətən də məlumatı olmamışdır və dispetçer ona bu barədə məlumat verməmişdir. Ətrafındakı insanlar onun etibarından sui-istifadə etmişlər. Belə ki, dispetçer Röyal adlı sürücüdən məlumatı olmadığını bildrsə də, indi belə bir yol vrəqəsi ortaya çıxır. Yol vərəqəsini gördükdən sonra deyəcək bir sözü yoxdur, qəbul edir ki, X3 şirkət tərəfindən yol vərəqəsi verilmişdir və bu davranışlarına görə dispetçer vəzifədən azad olunacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, o, Şəxsndə avtodəstə rəhbəri vəzifəsində çalışır və nəqiyyat vasitələrinin qaraja girişçıxışına və onların fəaliyyətinə nəzarət edir. Hadisə baş verən gün hadisə yerinə getmiş, daha sonra polis bölməsinə çağırılmışdır. Orada avtobusun mülkiyyətçisi Mahirə sürücünü o təyin etdiyinə görə məsuliyyətin Mahirə aid olduğunu bildirsə də, Mahir razılaşmamış və marşrut xəttinin Şəxs MMC-yə aid olduğunu əsas gətirərək buna görə Şəxs MMC-nin məsuliyyət daşıdığını bildirmişdir. O, hər gün səhər saatlarında nəqliyyat vasitələrinin fəaliyyətə başlaması zamanı yol vərəqələrinin sürücülərin üzərində olubolmamasına nəzarət etmiş, lakin Röyal adlı şəxsi əvvəllər görməmiş və onun fəaliyyəti barədə məlumatı olmamışdır. Ümumiyyətlə isə, o bütün sürücüləri tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərmişdir ki, o, Şəxsndə dispetçer vəzifəsində çalışmış, vəzifə öhdəliklərinə müəssisəyə məxsus nəqliyyat vasitələrinin hərəkətini idarə etmək, fəaliyyətini tənzimləmək və nəzarət etmək daxil olmuşdur. Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü Samir olmuş, o, nəqliyyat vasitəsini aldıqları şəxs tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyindən onunla əmək müqaviləsi bağlanılmamışdır. Sürücülərin əmək haqları əlbəəl Şəxs MMC tərəfindən verilmişdir. Hər gün fəaliyyətdə olan nəqliyyat vasitələrinin sürücüləri müşahidə edilmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı Samir ilə əlaqə saxlanılmış və o, qəzanı törətmədiyini bildirmişdir. Samirin dediyinə görə, həmin vaxt vacib işi olduğundan idarəetməni Röyal adlı şəxsə həvalə etmişdir. Röyal ilk dəfə həmin nəqliyyat vasitəsini idarə etmiş, həm dispetçer, həm də rəhbərlik onu tanımamışdır. Məlumata görə, Röyal ilə Samirin şəxsi tanışlığı mövcud olmuşdur. Samirdən və Samirinin avtobusu idarə etmək üçün verdiyi Röyaldan başqa avtobusu hər hansı sürücü idarə etməmişdir. Məhkəmə iclasına videokonfrans formatında qatılan iş üzrə şahid qismində dindirilmiş X17 izahatında göstərmişdir ki, Şəxs direktoru X10 tanımır. Şəxs ilə oğlu vasitəsilə əlaqə saxlanılmış və onlara aid olan iki avtobus Şəxsnə təqdim edilmişdir. Həmin avtobusların sürücüləri tərəflərindən təyin edilmiş, fəaliyyətləri isə etibarnamə əsasında həyata keçirilmişdir. **-SM-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüləri olaraq Röyal və Samir fəaliyyət göstərmişdir. Qeyd edilən dövrdə Röyal yalnız 10 gün çalışmış, yeni işə qəbul edildiyi üçün onunla əmək müqaviləsi bağlanmamışdır. Əmək münasibətləri tərəflərin razılığı ilə müəyyən bir müddətdən sonra rəsmiləşdirilə bilərdi. Eyni zamanda, Şəxs ilə tərəflər arasında hər hansı icarə müqaviləsi və ya fəaliyyət qaydalarını tənzimləyən yazılı razılaşma mövcud olmamışdır. Məhkəmə iclasına videokonfrans formatında qatılan iş üzrə şahid qismində dindirilmiş X20 izahatında göstərmişdir ki, Röyal 118 B marşrit xəttində 10-15 gün müddətində avtobus sürücüsü vəzifəsində çalışmışdır. O, nəqliyyat vasitəsini X8 ilə növbəli şəkildə idarə etmiş və Röyal onu əsasən nahar fasilələrində əvəz etmişdir. Röyalın iş qrafiki gündə təxminən 3–4 saat təşkil etmişdir. Bu səbəbdən o, ehtiyat sürücü statusunda fəaliyyət göstərmişdir ki, bu da mövcud qaydalara uyğun olaraq əsas sürücülərin müvəqqəti əvəz olunmasını nəzərdə tutur. Əməkhaqqı sabit olmayıb, əsas sürücünün dispetçerə təqdim etdiyi günlük plan əsasında müəyyən olunmuşdur. Röyal da gündəlik etdiyi dövriyyə sayına uyğun olaraq avtobusda yığılmış yol haqlarından etdiyi hər dövrəyə görə müəyyən edilmiş məbləğdə pul götürmüşdür. Günün sonunda isə Samir öz əmək haqqını götürəndən sonra günlük planı dispetçerə təqdim etmişdir. Röyalın məhz həmin gün avtobusu idarə etməsindən məlumatları olmaya bilər, amma ümumilikdə Röyalın həmin xəttdə avtobusu idarə etdiyini bilirdilər və bundan məlumatlı idilər. Çünki o özü şəxsən dispetçerə bu barədə məlumat vermişdir. Onun özünün də Şəxs MMC ilə əmək müqaviləsi olmamışdır. X1 məhkəmə iclasında elan olunmuş Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə verilmiş 21 mart 2025-ci il tarixli izahatında X8 bildirmişdir ki, Şəxsnə məxsus olan “Daevvo” markalı **-SM-*** saylı dövlət nömrə nişanlı avtobosu yol vərəqəsi və CD dərəcəli sürücü vəsiqəsi ilə idarə edərək 118 B nömrəli sərnişin avtobusunda sürücü işləyir. Şəxs ilə aralarında əmək müqaviləsi bağlanılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 iyun 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan X12 xx.xx.2025-ci il tarixdə X2 Şəxsnə məxsus olan **-SM-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü kimi 118B xəttinə buraxdığında görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) görülməsinə cəlb etməklə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Elektron prokurorluq informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X8 Şəxsndə rəsmi əmək müqaviləsi əsasında fəaliyyət göstərməmişdir. İnzibati tənbeh vermə haqqında 30 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, Şəxs direktoru X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə olunmuşdur. Şəxs yol vərəqəsindən görünür ki, Şəxs tərəfindən X3 01 mart 2025-ci il tarixdən 31 mart 2025-ci il tarixədək şəhərdaxili və şəhərətrafı sərnişindaşıma avtonəqliyyat üçün yol vərəqəsi verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs qeydiyyata alınmış, VÖEN-i **********, Qanuni təmsilçisi X11r. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. X15 və digər şəxslərin ifadələri X1 Şəxsnə məxsus olan 118 B marşrut xəttində **-SM-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü kimi fəaliyyət göstərdiyini təsdiq edir. X8 növbəli qaydada əsas sürücünü əvəz etmiş, 1 aylıq yol vərəqəsi ilə təmin olunmuşdur. Üstəlik Şəxs nümayəndəsi tərəfindən yol nəqliyyat hadisəsi 31 mart 2025-ci il tarixdə baş verən zaman Samir adlı sürücünün avtobusu özbaşına Röyal adlı sürücüyə verdiyi bildirilsə də, hadisədən 1 ay öncədən yəni 01 mart 2025-ci il tarixdən 31 mart 2025-ci il tarixədək Şəxs tərəfindən X3 şəhərdaxili və şəhərətrafı sərnişindaşıma avtonəqliyyat üçün yol vərəqəsi verilmişdir. Əgər Şəxs MMC həqiqətən də X1 həmin avtobusu idarə etməsindən məlumatsız idisə yol vərəqəsi verilməməli, əgər X8 avtobusu yalnız həmin gün idarə etmişdisə yol vərəqəsi 01 mart 2025-ci il tarixdən deyil 31 mart 2025-ci il tarixdən verilmiş olmalı idi. Bundan başqa Şəxsndə dispetçer kimi fəaliyyət göstərən X14 məhkəmə iclasında Röyal adlı sürücünü tanımadığını bildirsə də, Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə 31 mart 2025-ci il tarixdə verdiyi izahatında X1 Şəxsndə sürücü işlədiyini və X3 müvəqqəti olaraq ehtiyat sürücü kimi işləməyə icazə verdiyini bildirmişdir. X20 da dispetçerin X1 Şəxsnə məxsus olan 118 B marşrut xəttində **- SM-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü kimi fəaliyyət göstərdiyindən məlumatlı olduğunu təsdiq etmişdir. Bütün qeyd olunanlar X8 ilə Şəxs arasında əmək münasibətlərinin mövcudluğunu sübut edir və işəgötürənin onu işə cəlb etməsini inkar etməsinə baxmayaraq hüquqi məsuliyyətini istisna etmir. Şəxsnə məxsus olan 118 B marşrut xəttində **-SM-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün özbaşına avtobusu Şəxs barəsində heç bir məlumatı olmadığı X3 verməsi ilə bağlı bəyanatı bu sübutlar və yol vərəqəsi ilə təkzib olunur. Bundan başqa, həmin avtobusun Şəxs razılığı ilə Samir adlı şəxs tərəfindən idarə olunduğu bildirilsə də, Samir adlı sürücü ilə də əmək müqaviləsinin bağlanılmadığı həm şirkətin qanuni təmsilçisinin, həm də Samirin özünün, həm də şirkətdə dispetçer vəzifəsində çalışan X4 izahatları ilə təsdiq olunmuşdur. Avtobus sürücülərinin icazəni Şəxsndən alması, günlük planı öz əmək haqqını götürdükdən sonra Şəxsnə təqdim etməsi, sürücülərin Şəxsnə məxsus 118B saylı marşrut xəttində çalışmaları həmin sürücülər və Şəxs arasında faktiki əmək münasibətlərinin mövcud olduğunu təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-3817/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3817/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver