Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3818/2025 21.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi, X7 iştirakı ilə, X7 Bakı şəhəri Sabunçu rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayon X11 Şöbəsinin 10 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon DYPŞ Polis Polkovnik X1 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 343- 1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, Guliev Asiph xx.xx.2025-ci tarixdə, saat 11:39-da Bakı şəhəri, Babək (Zabrat), 53 ərazidə “Hyundai İ 30” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına, bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 343-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, sözgedən inzibati qərarda qeyd edilmiş inzibati xətaları törətməmişdir. Tibbi müayinə olunmaqdan da imtina etməmişdir. Həmin vaxt o, sərxoş da olmamışdır. Dərhal Respublika Narkoloji Mərkəzinə gedib, saat 12:40-da müayinə olunmuşdur. Müayinənin nəticəsinə əsasən verdiyi analizdə narkotik maddələr aşkar edilməyib. Göründüyü kimi Sabunçu Rayon DYPŞ Polis Polkovnik X2 onun barəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səhvə yol vermişdir. Odur ki, onun 600 manat məbləğində cərimə olunmağı haqqında Sabunçu Rayon DYPŞ Polis Polkovnik X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X8 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək ümumiyyətlə heç bir qayda pozuntusuna yol vermədiyini, tibbi müayinə olunmaqdan imtina etmədiyini, narkotik vasitələrdən istifadə etmədiyini, analiz verməsinin həmin an mümkün olmadığını, biraz gözləmələrini bildirdiyini, lakin onun barəsində əsassız olaraq protokol tərtib edildiyini, dərhal Respublika Narkoloji Mərkəzinə gedib, saat 12:40-da müayinə olunduğunu, müayinənin nəticəsinə əsasən verdiyi analizdə narkotik maddələr aşkar edilmədiyini, Bakı şəhəri Sabunçu rayon X11 Şöbəsi tərəfindən barəsində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirmişdir. Bakı şəhəri Sabunçu rayon X11 Şöbəsinin 10 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, Bakı şəhəri, Babək (Zabrat), 53 ünvanında “HYUNDAİ İ30” minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayindən imtina etməsinə görə Asiph Guliev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 343-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Sabunçu rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 01 iyun 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Asiph Guliev tərəfindən Bakı şəhəri, Babək (Zabrat), 53 ünvanında “HYUNDAİ İ30” minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 343-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; 01 iyun 2025-ci il tarixli 1/747 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Asiph Guliev analiz verməkdən imtina etmişdir; 01 iyun 2025-ci il tarixli 1/5338 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Asiph Gulievdə sidik analizi (-) neqativ və narkotik maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. 343-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda Asiph Gulievin konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayindən imtina etdiyindən o, Azərbaycan Respublikası İXM-nin 342.5-ci və 343-1.1-ci maddələri ilə təqsirli bilinmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli elektron qərara əsasən Bakı şəhəri, Babək (Zabrat), 53 ünvanında “HYUNDAİ İ30” minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, bu Məcəllənin 333- 1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayindən imtina etməsinə görə Asiph Guliev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 343-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Asiph Guliev izahat verərək ümumiyyətlə heç bir qayda pozuntusuna yol vermədiyini, tibbi müayinə olunmaqdan imtina etmədiyini, narkotik vasitələrdən istifadə etmədiyini, analiz verməsinin həmin an mümkün olmadığını, biraz gözləmələrini bildirmiş, lakin onun barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Dərhal Respublika Narkoloji Mərkəzinə gedib, saat 12:40-da müayinə olunmuşdur. Müayinənin nəticəsinə əsasən verdiyi analizdə narkotik maddələr aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu rayon X11 Şöbəsi tərəfindən barəsində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirmişdir. 01 iyun 2025-ci il tarixli 1/5338 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Asiph Gulievdə sidik analizi (-) neqativ və narkotik maddələr aşkar edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 10 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xətanın Asiph Guliev tərəfindən törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon X11 Şöbəsinə bildiriş göndərilsə də, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Asiph Gulievin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 343-1.1-ci maddələri ilə qəbul edilmiş Bakı şəhəri Sabunçu rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3818/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3818/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver