Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3825/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində “KİA RİO” minik markalı 90SR858 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramana istiqamətindən üzü Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olarkən sürücülük hüququ olmadan avtomobili idarə edib qarşı yola çıxmaqla manevr qaydasını pozmuş və əks istiqamətdən düzünə hərəkət edən “Opel Astra” minik markalı 77BB589 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurub toqquşmuş, nətcəfə hər iki avtomobil zədələnmiş və sonuncu avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Sabunçu DYPŞ YNH üzrə baş inspektoru, polis kapitanı X5 tərəfindən AP ******* seriyalı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YNH üzrə baş inspektoru, polis kapitanı X5 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində “KİA RİO” minik markalı 90SR858 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramana istiqamətindən üzü Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olarkən sürücülük hüququ olmadan avtomobili idarə edib qarşı yola çıxmaqla manevr qaydasını pozmuş və əks istiqamətdən düzünə hərəkət edən “Opel Astra” minik markalı 77BB589 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurub toqquşmuş, nətcəfə hər iki avtomobil zədələnmiş və sonuncu avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edilmiş şəxs Şəxs özünü Аzərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində bacısı xəstə olduğu və əcili tibbi yardımla əlaqə zamanı təcili xəstəxanaya gəlməli olduqlarını bildirdiyindən “KİA RİO” minik markalı 90SR858 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramana istiqamətindən üzü Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşı yola çıxmaqla manevr qaydasını pozduğundan əks istiqamətdən düzünə hərəkət edən “Opel Astra” minik markalı 77BB589 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurmuşdur. Özü Vətən müharibəsi iştirakçısıdır, Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdəki xidmətləri üçün medalla təltif edilmişdir, tutduğu əməldən peşimandır. Bu səbəbdən yüngül cəza verilməsini xahiş edi. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizanın 1487 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş Şəxs X1 sol saidin əzilmiş yarası və alın nahiyyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirinən törənmişdir və xx.xx.2023-cü il tarixdə və şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarinda olan Sabunçu RPİ-nin TŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqinda 04 iyul 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanmasi rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasi İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati tədbirlərinin görülməsi üçün toplanmiş material Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərəfindən Şəxs əməlindən peşiman olmasını, İİ Qarabağ Mübaribəsi iştirakçısı olmaqla Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdəki iştirakı ilə əlaqədar medalla təltif edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almaqla əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 manat miqdarında cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-3825/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3825/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver