Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3843/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi ilə, X4 tərəfindən Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28468344 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28468344 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Belə ki, X4 tərəfindən Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28468344 saylı inzibati tənbeh vermə haqqında qərarı iş materiallarına əlavə edilməmişdir Bununla yanaşı, Azərbaycan Respublikası Baş X10 İdarəsinin X4 barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli EQ 28468344 saylı inzibati tənbeh vermə haqqında qərarının X4 tərəfindən hansı tarixdə əldə etməsinə dair sənəd iş materiallarında mövcud deyildir. Bununla da Şikayətçi X1 inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürüb-ötürmədiyini müəyyən etmək mümkün olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X4 barəsində Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28468344 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. Hakim:Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-3843/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3843/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver