Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3851/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 28110297 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni mülkiyyətçisidir. Həmin nəqliyyat vasitəsinin idarə olunması üçün rəsmi qaydada X5 notarial təsdiq edilmiş etibarnamə vermiş və nəqliyyat vasitəsini hazırda o, idarə edir. Cərimələrin daha ona gəlməsini əngəlləmək üçün DYP-nin məsləhət gördüyü üzrə etibarnaməyə xx.xx.2025 tarixində xitam verib yenisi ilə əvəz etmişlər. Şikayəti onunla bağlıdır ki, ** RT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, idarə etmir, qanuni mülkiyyətçisidir. Etibarnamə ilə X9 idarə edir lakin onun cərimə balları ilə ona gəlir dəfələrlə adiyatı üzrə DYP nə müraciət etmiş, şikayətinə baxılmamış, protokol nömrəsi EQ 28110297 protokolun qərar tarixi xx.xx.2025 dir həmən gündən bir gün sonra da DYP saytından şikayət yazsa da bir aya yaxındır ki heç bir nə zəng nədə məktub gəlmiyib biz bilirik ki Azerbaycan Respublikası qanunvericiliyində 15 gün ərzində şikayətə baxılmalıdır. Bundan başqa ona eyni qaydada 3 protokol göndərilmişdir ki hər birindən həm DYP nə həm də məhkəməyə şikayət yazmışdır. xx.xx.2025 tarixində yazılmış protokollarla bağlı X9 ilə birlikdə DYP nə getmiş məsələni bildirdik lakin bizə cəriməni ödəməyi təklif etdilər və ya yenidən şikayət edin Tağıyev Fərhadda şikayət yazsın siləcəklər dedilər və sizə cərimə gəlməsini istəmirsizsə etibarnaməni ləvğ edib yenidən etibarnamə verin həmən adama düzələcək biz elədə etdik həmən günü orda şikayətdə yazdıq etibarnamənidə natariusda yenilədik onlardan yenə dövlət rüsumu alındı. Bu necə hal necə vəziyyətdir ki o, haqlı olduğu halda hər dəfə əlavə xərclər çəkir DYP nə gedir yenə əlavə xərc çəkir rüsum ödətdirirlər onlara ki texniki problem belə aradan qalxır belədə işinə biganəlik olar lazım olanda cərimələri dəqiqliyi ilə saatla dəqiqə ilə kmlərcə uzaqdan çəkib sənə mailinə nömrənə göndərən DYP i və onun əməkdaşları indi səhvən ona göndərdikləri cərimələri silib texniki problemi aradan qaldıra bilmir ?! Yoxsa bunu edirlər ki vətəndaş bezsin cəriməni ödəsin ?! Hansı qanun onlara icazə verir ki vətəndaşın hüquqlarını bu qədər açıq aydın pozur və ona biganə qalırlar. Deyirlər hara istəyirsən şikayət elə belə olduğu təqdirdə onda nəqliyyat vasitəsini cərimə meydançasına aparsalar belə hara lazımdır sübutlarla şikayət edəcəkdir. Məhkəməsən onun barəsində tərtib edilmiş protokolların qərarını ləvğ edilməsini xahiş edir. Çünki siz araşdırmaq üçün DYP nə göndərdikdə onlar işə baxmır məhkəmə onları məhkəməyə çağırsa belə dəvətə məhəl qoymur məhkəmə zalına gəlmir heç bir açıqlama vermədən protokolu istədiyi vaxtda məhkəmənin qərarı olmasına baxmayaraq nəqliyyat vasitəsini saxlama əmri verir daha sonra həmin əmri ləvğ edir protokolu yenidən qüvvəyə mindirir və bununla bağlı ona heç bir izah və ya zəng olunmur ki səbəb nədir sübutları varmı ki nəqliyyat vasitəsini o, idarə etmişdir?! Onlar ondan sübut istəməli tərəf deyil ona sübutu onlar təqdim etməli orqandır ki filan vaxt filan tarixdə nəqliyyat vasitəsini siz idarə etmisiz filan maddəyə əsasən sizə protokol yazılıb o, sə DYP nə sübutla X9 ilə yaxınlaşmışdır ki, avtomobili idarə edən şəxs budur və o da bunu danmır qəbul edir ki cərimələri o edib. Bunu etmək onun borcu deyildi ama etdi bəlkə silərlər ancaq yenə işlərinə biganə yanaşıb heçnə etmədilər loru dildə desə yola verirlər vətəndaşı incidirlər. 902 və 102 dəfələrlə şikayət etmiş baxılmayıb baş prakrorluğa yazmış onlarda DYP nə işə baxmaq üçün göndərirlər DYP də bunların heç birinə baxmır qanun onun tərəfində olsa da o hər dəfə əlavə xərc çəkir DYP nə getməli olur vaxt itirir və mənəvi olaraq psixoloji sarsıntı, stress keçirdir, bununla bağlı tədbir görməyinizi yazıb sizdən xahiş edirəm bu protokoldan başqa da əlavə eyni iki protokolda var onların haqqında da ayrı sənədlə məhkəməyə şikayət yazacağam xahiş edirəm protokolların ləvğ qərarını verəsiniz əks halda qərarla razı olmadığım halda Apellyasiya Məhkəməsinə və ya cənab Prezidentə müraciət edəcəyini bildirmək istəyir. **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tətbiq olunmuş inzibati cərimənin (bal ilə birlikdə) qərarının qismən yox tam şəkildə ləğv olunmasına qərar verilməsi, bu texniki uyğunsuzluğun aradan qaldırılması və gələcəkdə onun adına bu avtomobillə bağlı cərimələrin yönləndirilməməsi üçün aidiyyəti qurumlara göstəriş verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək əlavə olaraq bildirmişdrir ki, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun qohumu X7 məxsusdur, sadəcə nəqliyyat vasitəsini sonuncu etibarnamə əsasında əldə etdiyindən öz adına rəsmiləşdirə bilməmiş, onun adına rəsmiləşdirmişlər. Nəqliyyat vasitəsini idarə etmək üçün X6 etibarnamə vermiş və nəqliyyat vasitəsini Tağıyev Fərhad idarə etmişdir. Buna baxmayaraq cərimələr onun barəsində tərtib olunmuşdur. Yol hərəkəti qaydalarını Tağıyev Fərhad pozmasına baxmayaraq cərimə ilə bağlı qərarlar onun barəsində tərtib olunmuşdur. Məhkəmədən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, **-RT-*** dövlət qeydiyyat nişanlı BMW 520 minik markalı nəqliyyat vasitəsi ona məxsusdur, sadəcə nəqliyyat vasitəsi Tağıyev Qasimin adına rəsmiləşdirilmiş, ona isə nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı etibarnamə verilmişdir. Hazırki iş üzrə tarixi və yeri dəqiq xatırlamasa da, avtobus zolağında nəqliyyat vasitəsini idarə etmişdir. Ona görə hesab edir ki, X3 barəsində tətbiq edilmiş cərimə qərarı ləğv olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 28110297 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx.xx.2025-ci il tarixdə, saat 08:11-də Sabunçu rayonu, şəhər şossesində “BMW 520” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsinə görə AR İXM-nin 327.1-1ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə-yüz manat məbləğində cərimə edilir. AR DİN Baş Dövlət Yol Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq hadisəni ilə bağlı kifayət qədər sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin qərarda X4 xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini idarə edərək inzibati xəta törətdiyi qeyd edilsə də, X10 həmin vaxt nəqliyyat vasitəsini idarə etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən X9 nəqliyyat vasitəsini etibarnamə əsasında özünün idarə etdiyini, əslində nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. İnzibati xətanın baş verməsi anını özündə əks etdirən foto şəkildən nəqliyyat vasitəsini idarə edən şəxsin kim olmasını müəyyənləşdirmək mümkün deyil. Protokolu tərtib edən BDYPİ isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və inzibati xətanın törədilməsini təsdiq edən sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş şəxsin səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməli, inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən əlavə araşdırma aparılmaqla həmin nəqliyyat vasitəsinin hərəkət istiqaməti müəyyən olunaraq videomüşahidə kameraları vasitəsilə qeydə alınmış görüntülərə baxış keçirilərək həmin tarixdə nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyi müəyyən olunmalı və bundan sonra nəqliyyat vasitəsini idarə edən şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X8 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28110297 nömrəli inzibati tənbeh vermə haqqında qərar iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan qəbul edildiyindən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, onun barəsində AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28110297 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 28110297 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli
Məhkəmə qərarları › İş №3(008)-3851/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3851/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver