Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3858/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X10 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhər X10 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ona 03 iyul 2023-cü il tarixdə təqdim edilmişdir. Bunu iş materiallarında olan Bakı şəhər X10 İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarda yuxarı sol qismində qeyd olunmuş tarix təsdiq edir. Bundan başqa, qərarın tarixinin xx.xx.2023-cü il tarixli olmağına baxmayaraq qərar xx.xx.2023-cü il tarixdə tərtib edilərək qəbul edilmiş və ona təqdim edilmişdir. Cərimə olunmağı barədə məlumat belə ona SMS radar proqramı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Bakı şəhər X10 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, ilk öncə onun saxlanılma səbəbi araşdırılmalı, həmin səbəbə görə barəsində protokol tərtib edilib-edilməməsi yoxlanılmalıdır. İş materiallarında onun saxlanılması səbəbini təsdiq edən hər hansı sənəd və ya mötəbər sübut yoxdur. YPX əməkdaşlarının istifadəsində olan nəqliyyat vasitələrində video görüntü kameraları yerləşdirilir. Həmin kamera görüntüləri vətəndaşa təqdim edilməmişdir. Vətəndaş heç bir səbəb olmadan saxlanılmış və şəxsiyyəti alçaldılaraq təhqir edilmişdir. Bu özbaşınalıq və qanunsuzluqla bağlı Prokurorluğa və Daxili İşlər Nazirliyinə müvafiq şikayət ərizələri yazılmış, hazırda araşdırma aparılır. Belə polis əməkdaşlarının mövcudluğu, vətəndaşlara bu cür münasibət göstərən, yuxarıdan aşağı baxan məmurların hələ də heç bir nəticə çıxarmaması çox böyük təssüf doğurur və ölkədə aparılan islahatları kölgə altına salır. Belə ki, hadisə aşağıdakı qaydada olmuşdur: o, saxlanılan zaman orada iki polis əməkdaşı olmuşdur, xx.xx.2023-cü il tarixdə **-YP-*** nömrəli yol patrul xidmətinin avtomobili onu saxlayaraq, idarə etdiyi “Lada Priora” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üstündə olan sport yayların qadağan olduğunu və maşını cərimə meydançasına aparacağını bildirmidir. O, qanuni protokolu istədikdə otağa yaınlaşmağını demişdir. O da protokolu tələb etmiş və 102 xidmətinə 2-ci zəngindən sonra protokol yazılmışdır. Həmin vaxt özünü müdafiə etmək və tabesizlik etmədiyini bildirmək üçün video çəkmişdir. Bu zaman inspektor Vladik Mirzəmmədov yaxınlaşaraq maşınına yumruq zərbəsi endirərək video çəkdiyi üçün onu hədələmişdir. Vəzifəsindən sui-istifadə edərək şəxsiyyətini alçaltmışdır. Bundan sonra maşını cərimə meydançasına evakuator vasitəsi ilə aparmışlar. Elə həmin X10 İdarəsinə və prokuraturaya şikayət ərizəsi vermiş, lakin prokurorluqdan nümayəndə X9nin etdiyi əməldə cinayət tərkibi olmadığı üçün heç bir şey edə bilməyəcəklərini açıqlamışdır. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazovada öz şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətinə baxılması üçün dəfələrlə 102 xidmətinə zəng etmiş, 3 dəfə o, özü Baş X10 İdarəsinə yaxınlaşmışdır. Son gedişində xx.xx.2023-cü il tarixdə dəftərxanadan işinin Atif Şükürlüdə olduğunu öyrənmiş və ona yaxınlaşmağını demişlər. Oda ona işə baxacağını, amma yenədə get Arzumanlı Arzumanla danış o, xitam verə bilər sənin işivə demişdir. O da yaxınlaşmış və Arzumanlı Arzuman ona bildirmişdir ki, Bakı balaca şəhərdi ya dost olacağıq ya da düşmən demişdir. Get maşını necə var elədə götür, cəriməni ödəyərsən şikayətinidə geri götür ya da nə bilirsən elə. Yaxşı deyib otaqdan çıxmışdır. Atif müəllimin otağına qalxana qədər sms radar proqramından protokolun qərara mindiyi barədə sms gəlmişdir. Heç bir araşdırma olmadan ona heç bir qanun götərilmədən iştirakı olmadan qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə qərar çıxdığı halda, qərar tarixini xx.xx.2023-cü il tarixli kimi qeyd etmişlər. Onun şikayətinə baxılmır, X9nin vəzifəsindən sui-istifadə edərək etdiyi qanunsuz hərəkətlərlə bağlı olan şikayəti hələ də cavabsız qalmışdır. Kamera görüntüləri təqdim edilməlidir. Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru, polis leytenantı X1 onun barəsində saxta yollarla tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:52-də o, guya İXM-nin 342.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol və qərar qəbul edilərkən tərəfindən hansı normativ tələblərin pozulması, hansı avandılığın quraşdırılması göstərilməmiş, bu hal əsaslandırılmamışdır. Formal mülahizə irəli sürülərək, qanunvericilik normaları kobud şəkildə pozularaq qərar qəbul edilmişdir. Hətta qərarın qəbul edilməsi və günün sonunadək elektron informasiya sisteminə yüklənməsi barədə qanunvericliyin tələbləri belə kobud şəkildə pozulmuşdur. Şikayətə əlavə edilmiş sübutlarla da təsdiq olunur ki, qərarın tarixinin xx.xx.2023-cü il olmasına baxmayaraq, 6 gün sonra elektron qaydada informasiya sisteminə yerləşdirilmiş, yerləşdirildikdən sonra ona sms gəlmişdir. Tərtib olunmuş protokolun və qərarın əsassızlığı ilk öncə bu cür prosessual pozuntularla təsdiq edilir. Şifahi olaraq onu sport purjunlara görə cərimələndiyini bildirmişlər. Göründüyü nə qanunda, nə də ki, təlimatda sport purjunların qadağan olması barədə heç bir göstəriş yoxdur. Belə olan halda, onun qanunsuz olaraq cərimələnməsi hüquqi dövlətin vətəndaşı kimi onu hüquqlarının kobud pozuntusuna səbəb olmuşdur. Beləliklə, düzgün quraşdırılan original sertifikatı sport yaylara görə cərimə tətbiq etmək qanuna ziddir. Bunların heç biri protokolda öz əksini tapmamışdır. Protokolda qanunvericilikdə nəzərdə tutulmuş tələblər pozulduğundan həmin protokolun heç bir hüquqi qüvvəsi ola bilməz. Məhkəmə iclasında X5 şikayət ərizəsində qeyd etdikləri ilə eyni məzmunda izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərarla ona 150 manat məbləğində cərimə cəzası təyin edilmiş və hadisənin görüntüləri ona təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X9 İdarəsinin YPX baş inspektoru, polis leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Bakı şəhər X9 İdarəsinin polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 11:52-də Əli Vəliyev 145 küçəsində idarə etdiyi “Vaz 21705 minik” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin normativ tələblər pozulmaqla avadanlığının dəyişdirilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* qərarla X3 İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X5 izahatında bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərarla ona 150 manat məbləğində cərimə cəzası təyin edilmiş və hadisənin görüntüləri ona təqdim edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3858/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3858/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver