Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3866/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 16 avqust 1988-ci il tarixdə Rusiya Federasiyasının Kemerov vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Yardımlı rayonu, Ostayır Ə/D, Ostayır kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə AP seriyalı ******* nömrəli, 04 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 01 may 2025-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Yaşayış massivində “Kia Sorento” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin “BC” dərəcəli sürücülük vəsiqəsinə malik olan sürücüsü Şəxs tərəfindən idarə olunması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş, X8 və X3 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 01 may 2025-ci il tarixdə saat təxminən 10:00 radələrində “Hyundai Elantra” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu üzərində, iki istiqamətli üç zolaqlı yolda, birinci zolaqda üzü Maştağa istiqamətində saatda təxminən 45-50 kilometr sürətlə hərəkət edərkən, anidən qarşısına çıxan “Kia Sorento” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ və arxa sağ qapı hissəsinə çırpılaraq toqquşma baş vermişdir. Hadisə zamanı zərərçəkmiş sürücü baş nahiyyəsindən xəsarət almışdır. Lakin, hadisə ilə əlaqədar tərəflər arasında hər hansı bir şikayət və tələb irəli sürülməmiş, zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, o, 01 may 2025-ci il tarixdə, saat təxminən 10:00 radələrində “Kia Sorento” markalı, **-LR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edrkən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Yaşayış massivindən ara yol vasitəsilə Zabrat–Maştağa magistral yoluna çıxarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, o, əks istiqamətli yola keçmək məqsədilə baş yola çıxarkən, sağ tərəfdən gələn nəqliyyat vasitələrinin birinin ona yol verməsindən istifadə edərək hərəkətini davam etdirmiş, lakin həmin vaxt baş yolun birinci hərəkət zolağı ilə Maştağa istiqamətində hərəkətdə olan “Hyundai Elantra” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun idarə etdiyi avtomobilin ön sağ və arxa sağ qapı hissəsinə çırpılmışdır. Hazırda onlara dəymiş ziyan tamamilə ödənilmiş və Şəxs qarşı hər hansı bir şikayət və tələb irəli sürülməmişdir. Həmçinin bildirir ki, hadisə zamanı "Hyundai Elantra" markalı avtomobildə olan digər sərnişin onun arvadıdır. Arvadı da hadisə ilə əlaqədar heç bir şikayət və tələb irəli sürməmişdir. Yəni, hər iki tərəf — həm sürücü, həm də sərnişin, zərərçəkmiş şəxslər olaraq, hadisə ilə bağlı hüquqi baxımdan hər hansı bir tələb və şikayət verməmiş və dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X1 07 iyul 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X8 tərəfindən ona vurulmuş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X5 04 iyul 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X8 tərəfindən ona vurulmuş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 23 may 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Hyundai Elantra” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X4” X9 02 may 2025-ci il tarixli 893 nömrəli ekspert rəyindən görünür ki, X5 bədən səthində aşkar edilmiş xəsarətlərsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X4” X9 02 may 2025-ci il tarixli 894 nömrəli ekspert rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlərsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş AP seriyalı ******* nömrəli, 04 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 01 may 2025-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Yaşayış massivində “Kia Sorento” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin “BC” dərəcəli sürücülük vəsiqəsinə malik olan sürücüsü Şəxs tərəfindən idarə olunması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş, X8 və X3 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxin on qarşı heç bir şikayət və tələbinin olmamasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-3866/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3866/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver