Məhkəmə qərarları › İş №3(008)-3867/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3867/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3867/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abulfat Dadaşovun iştirakı ilə, 27 iyul 1953-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində müvəqqəti qeydiyyatda olan Abulfat Dadaşov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abulfat Dadaşov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə AP seriyalı ******* nömrəli, 12 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs 06 may 2025-ci il tarixdə saat təxminən 16:00 radələrində idarə etdiyi “Kia Rio” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı şosesi boyunca Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən manevr qaydasını pozaraq “Mercedes Benz” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və nəticdə həmin nəqliyyat vasitəsinin sürücüsü X3 yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs Maşallah oğlu izahatında göstərmişdir ki, o, 06 may 2025-ci il tarixdə, saat təxminən 16:00 radələrində öz idarəsində olan “Kia Rio” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində, konkret olaraq Kürdəxanı qəsəbəsinin Kürdəxanı şosesi boyunca, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Hərəkət zolağı üzrə irəlilədiyi zaman yolun müəyyən hissəsində sola dönmə manevri həyata keçirməyə qərar vermiş və həmin manevri icra etdiyi anda, qarşıdan əks istiqamətdən hərəkətdə olan “Mercedes Benz” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı digər nəqliyyat vasitəsi ilə toqquşma baş vermişdir. Toqquşmanın nəticəsində hər iki nəqliyyat vasitəsinə müəyyən dərəcədə texniki ziyan dəymiş, hadisə yerində yol hərəkət təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlər görülmüşdür. Hadisə nəticəsində zərər çəkmiş ilə aralarında qarşılıqlı razılıq əldə olunmuş, tərəflər barışmış və zərərçəkmiş şəxsin barəsində hər hansı şikayəti qalmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, 06 may 2025-ci il tarixdə, saat təxminən 16:00 radələrində idarə etdiyi nəqliyyat vasitəsi ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən Kürdəxanı şosesi ilə – iki istiqamətli, iki hərəkət zolaqlı yolda – Zabrat qəsəbəsi istiqamətində ikinci zolaq üzrə hərəkətdə olmuşdur. Hərəkət zamanı nəqliyyat vasitəsinin təxminən saatda 50-60 km sürətlə baş yol üzrə hərəkət etmişdir. Hərəkətdə olduğu zaman, əks istiqamətdən gələn və “Kia Rio” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəfil şəkildə sola doğru manevr etməsi nəticəsində, qarşısıalınmaz vəziyyət yaranmış və idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin ön hissəsi ilə qarşıdan sola dönən həmin nəqliyyat vasitəsinin ön hissəsinə toqquşma baş vermişdir. Nəticədə yol-nəqliyyat hadisəsi qeydə alınmış, hadisə zamanı baş nahiyyəsindən xəsarət almışdır. Hazırda qeyd olunan yolnəqliyyat hadisəsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmuş, Şəxs tərəfindən vurulmuş zərər könüllü qaydada ödənilmiş, hadisə ilə bağlı hər hansı şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin polis mayoru Altay Məmmədovun 23 may 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Kia Rio” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. İnzibati xəta haqqında AP seriyalı ******* nömrəli, 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 06 may 2025-ci il tarixdə saat təxminən 16:00 radələrində idarə etdiyi “Kia Rio” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı şosesi boyunca Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən manevr qaydasını pozaraq “Mercedes Benz” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 950 nömrəli, 07 may 2025-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, X3nda sol gicgahtəpə nahiyəsinin dərialtı hematoması-sıyrığı; təpə və sol əl nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 06 may 2025-ci il tarixdə və şəraitdə, yəni, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə saölamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Abulfat Dadaşov tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxin on qarşı heç bir şikayət və tələbinin olmamasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abulfat Dadaşova İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Abulfat Dadaşov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar