Məhkəmə qərarları › İş №3(008)-3869/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3869/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3869/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Şərur rayonu, Dizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Sabunçu rayon X3 Şöbəsindən daxil olmuş 11 iyun 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “KİA SORENTO” minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2025-cİ il tarixdə saat 12:00-da narkotik vasitə istifadə etməklə nəqliyyat vasitəsini idarə etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə mülkiyətində olan “KİA SORENTO” minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zabrat qəsəbəsində hərəkətdə olan zaman YPX inspektoru tərəfindən saxlanılmış, şübhəli olduğundan YPX-nin inspektoru tərəfindən həkim müayinəsinə aparılmış, müayinədən sonra narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Lakin o həmin aktla razılaşmamış, Nərimanov rayonunda yerləşən “Referans” klinikasına getmiş, həkim müayinəsindən keçdikdə narkotik vasitə istifadə etməsi aşkar edilməmişdir. Həmin analizin özəl müəssisə tərəfindən alındığı əsas gətirilmiş bu səbəbdən o, Bakı şəhər narkoloji mərkəzə gedərək analiz vermişdir. O heç vaxt narkotik vasitə istifadə etməmişdir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 iyun 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “KİA SORENTO” minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2025-cİ il tarixdə saat 12:00-da nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə nəqliyyat vasitəsini idarə etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; xx.xx.2025-ci il tarixli, 1/832 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs THC (+) müəyyən olunmuşdur; 11 iyun 2025-ci il tarixli 1/1728 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin müayinə aktından görünür ki, Şəxs sidik nümunəsində THC (+), BAR (+) aşkar olunur; 10 iyun 2025-ci il tarixli Referans Klinik labaratoriya mərkəzinin analiz nəticələrindən görünür ki, Şəxs marixuana(THC) test nəticəsi neqativ olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin 11 iyun 2025-ci il tarixli 5396 nömrəli aktından görünür ki, Şəxs müayinə zamanı hər hansı narkotik vasitədən istifadə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə–altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. xx.xx.2025-ci il tarixli, 1/795 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən göstərilən maddə narkotik vasitələrin siyahısına daxildirlər və müayinə nəticəsində Şəxs marixuana narkotik vasitəsindən istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə mülkiyətində olan “KİA SORENTO” minik markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zabrat qəsəbəsində hərəkətdə olan zaman YPX inspektoru tərəfindən saxlanılmış, şübhəli olduğundan YPX-nin inspektoru tərəfindən həkim müayinəsinə aparılmış, müayinədən sonra narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Lakin o həmin aktla razılaşmamış, Nərimanov rayonunda yerləşən “Referans” klinikasına getmiş, həkim müayinəsindən keçdikdə narkotik vasitə istifadə etməsi aşkar edilməmişdir. Həmin analizin özəl müəssisə tərəfindən alındığı əsas gətirilmiş bu səbəbdən o, Bakı şəhər narkoloji mərkəzə gedərək analiz vermişdir. O heç vaxt narkotik vasitə istifadə etməmişdir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, 1/832 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs THC (+) müəyyən edilməsinə baxmayaraq, elə həmin gün Referans Klinik labaratoriya mərkəzində analiz vermiş, hər hansı narkotik vasitədən istifadə etməsi müəyyən edilməmişdir, eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin 11 iyun 2025-ci il tarixli 5396 nömrəli aktına əsasən də Şəxs müayinə zamanı hər hansı narkotik vasitədən istifadə müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən orqanın sübut kimi istinad etdiyi sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə bağlı ziddiyyətli hallar aşkar edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, barəsində iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, bütün ziddiyyətli hallar onun xeyrinə həll edilməli olduğundan, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar