Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3871/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, X1 iştirakı ilə, X4 Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 18:50 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, 307-sayh orta məktəb yolunda ona məxsus “Mercedes Benz,” markalı 99 EC 51 l dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman Sabunçu rayon Yol Polis İdarəsinin ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən polis serjantları Samir və Əhmədov Altay adlı şəxs onu saxlamışlar. Onu hansı səbəbə görə saxladıqlarını soruşduqda Əhmədov Altay onun avtomobilində 10 yaşlı uşağı olmasına baxmayaraq onun xəbəri olmadan avtomobili sürərək naməlum istiqamətdə uzaqlaşmışdır. Bununla bağlı o 102 xidmətinə zəng vururaraq məlumat verdikdən sonra onlar xidməti avtomobili ilə onun azyaşlı övladını gətirmişlər. Polislər ona sərxoş olduğunu bildirdilər. Bundan sonra onu Maştağa qəsəbəsində yerləşən Narkoloji Mərkəzə apardılar. Sabunçu DYPİ-nin əməkdaşı Samir adlı şəxs ondan qabaq həkimin yanına daxil olduqdan sonra onu çağırdılar. X3 olmağını yoxlamış və qərəzli şəkildə onun içkili olmağı barədə rəy vermişdir. Bununla bağlı o, öz iradını bildirib. Bundan sonra onun avtomobilini protokol tərtib etmədən cərimə meydançasına yerləşdirmişlər. xx.xx.2025-ci il tarixdə o, sərxoşluq halının təyini məqsədi ilə Nizami metrosunun yanında yerləşən “Respublika Narkoloji Mərkəzinə” müraciət etmişdir. Orada onu müayinə etdikdən sonra içkili olmadığı barədə xx.xx.2025-ci il tarixli 2/25861 saylı protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixdə o, Sabunçu rayon DYPnin 10-cu otağına yaxınlaşaraq içkili olmamağıyla bağlı protokolu polis əməkdaşına təqdim etmişdir. Lakin polis bu potokolun keçərsiz olduğunu qeyd edərək avtomobilin buraxılması üçün ondan 800 manat rüşvət tələb etmişdir. O inzibati xəta törətməyib və AR İX Məcəlləsinin 329.1-ci və 331.1-ci maddələrinin tələblərini pozmayıb. Bununla bağlı aidiyyatı qurumlara xx.xx.2025-ci tarixdə müraciət etsədə bu güııə kimi heç bir nəticəsi olmamışdır. Hesab edir ki, Sabunçu RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən onun barəsində xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol əsasında xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir.Göstərilənləri nəzərə alaraq məhkəmədən hadisənin tam obyektiv araşdırılaraq hüquqi qiymət veriməsi ücün həmin ərazidə olan müşahidə kamera video görüntülərinin götürülməsini və iş materiallarına əlavə edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki barəsində tərtib edilmiş protokol və qərar əsassızdır. O, içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etməmişdir. İşdən çıxıb uşağı məktəbdən götürüb evə gedən zaman polislər onu saxlamışlar. İçkili olmadığı halda ekspertə içkili olması barədə rəy yazdırmışlar. Göstərilənlərə əsasən məhkəmədən Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq qərarı tərtib etmiş Sabunçu Rayon DYPŞ səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu Rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 09 may 2025-ci il tarixdə X2 qəsəbəsi, Oktyabr küçəsi ərazisində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə və nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxaş vəziyyətdə idarə olunmasına görə AR İXM-nin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/589 saylı, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 19:03-də müayinə olunan zaman onda alkoqolun konsentrasıyasının 0,438% promil olduğu və nəticədə alkoqol sərxoşluğu vəziyyəti-sərxoş olduğu qeyd edilmişdir. Respublika Narkoloji Mərkəz X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2/25861 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 21:15-də müayinə olunan zaman ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 sorğuya verilən xx.xx.2025-ci il tarixli, № xx/xx-7889 saylı məktubunda qeyd edilmişdir ki, qanda alkoqolun konsentrasiyası orta hesabla saatda 1,0-2,0 promil azalır. Bunları nəzərə alaraq 2 saat 10 dəqiqə ərzində X4 hər iki yoxlanışı nəticəsi arasında ziddiyyət aşkarlanmamışdır. Göründüyü kimi eyni tarixdə müxtəlif vaxtlarda aparılmış hər iki müayinənin nəticələrinin müayinə aktlarında göstərilən qaydada yəni bir halda sürücünün sərxoş, digər halda isə ayıq olmasının mümkünlüyü istisna olunmur. X6 nəqliyyat vasitəsini idarə edən zaman sərxoş vəziyyətdə olmadığını təsdiq edən mötəbər sübut təqdim etmədiyindən şikayət əsaslı hesab edilə bilməz. İnzibati tənbeh vermə haqqında qərar, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akt əsasında müəyyən olunur ki, X6 09 may 2025-ci il tarixdə nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxaş vəziyyətdə idarə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X4 İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Sabunçu RPİ DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Sabunçu RPİ DYPŞ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-3871/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3871/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver