Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3872/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, D.Əliyeva Y/M ünvanında yaşayan – Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində “Mercede Benz C200” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Buzovna yolunda hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayıb, qarşısındakı “Kia Ceed” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, sonra idarətməni itirərək əks istiqamətli hərəkət zolağına çıxaraq əvvəlcə hərəkətdə olan “Nissan X-trail” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə və sonrea yolun sol hissəsində dayanmış vəziyyətdə olan “Mitsubshi Pajero” minik markalı, **-UN-*** və “Opel Astra” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə çırpılıb dayanmışdır. Nəticədə avtomobillərə maddi zərər yetirilmiş və “Nissan X-trail” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan azyaşlı X1 yüngül bədən xəsarəti yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Sabunçu RPİ-nin DYPŞnin YNH üzrə baş inspektoru polis kapitanı X5 tərəfindən AP ******* seriyalı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində “Mercede Benz C200” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Buzovna yolunda hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayıb, qarşısındakı “Kia Ceed” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, sonra idarətməni itirərək əks istiqamətli hərəkət zolağına çıxaraq əvvəlcə hərəkətdə olan “Nissan X-trail” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə və sonrea yolun sol hissəsində dayanmış vəziyyətdə olan “Mitsubshi Pajero” minik markalı, **-UN-*** və “Opel Astra” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə çırpılıb dayanmışdır. Nəticədə avtomobillərə maddi zərər yetirilmiş və “Nissan X-trail” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan azyaşlı X1 yüngül bədən xəsarəti yetirilmişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur. Hadisə zamanı xəsarət almamışdır. Hadisədən sonra onu ilkin olaraq yaşadığı evə, daha sonra isə xəstəxanaya aparmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə və zərərçəkmiş şəxslərə rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbər verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsi səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət göndərilməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 64.3cü maddəsinə əsasən zərərçəkmiş şəxslərin və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materillarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati tədbirlərin görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-yə göndərilmişdir. Bundan başqa iş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 1290 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert rəyindən görünür ki, X3 oğlunda sol göz konyuktivasında və ağlı qişada qansızma ilə müşayiət olunan sol göz yuvasıətrafı-almacıq yanaq nahiyəsinin dərialtı hematoması, çənə və sağ kürək nahiyələrinin sıyrıq və qançırı müəyyən edildi. Xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsvir hissəsində göstərilən xx.xx.2023-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, onun nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdulaşdırılmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-3872/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3872/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver