Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3877/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə 13 iyul 2023-cü il tarixli 00100-01791/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qevdiyyatda olan Şəxs MMC tərəfindən **********2442 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd “DOOSAN S420LC AZ-10X-826” markalı tamdönər tırtıllı ekskavator yükü xx.xx.2016-cı il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. Sonradan Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş xx/xx/015105 qeydiyyat nömrəli ərizə əsasında sözügedən gömrük bəyannaməsində qeyd edilən yükün müvəqqəti ixrac müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2021-ci il tarixində bitməsinə baxmayaraq **********2442 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd “DOOSAN S420LC AZ-10X-826” markalı tamdönər tırtıllı ekskavator yükünün müvəqqəti ixrac müddəti bitməmiş "xxxx" MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********2442 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən 1 (bir) ədəd “DOOSAN S420LC AZ-10X-826" markalı tamdönər tırtıllı ekskavator yükünün müvəqqəti ixrac müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, həmin malın təkrar idxal gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı Şəxs MMC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 1 (bir) il 11 (on bir) ay 12 (on iki) gün sonra, yəni xx.xx.2023-cü il tarixdə **********9534 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və gömrük orqanına təqdim edilmişdir. “Dəmiryolservis" MMC tərəfindən **********2442 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd “DOOSAN S420LC AZ-10X-826” markalı tamdönər tırtıllı ekskavator yükünün xx.xx.2023-cü il tarixli **********9534 sorğu nömrəli təkrar idxal gömrük bəyannaməsinə əsasən ümumi dəyəri 330482,89 (üç yüz otuz min dörd yüz səksən iki manat səksən doqquz qəpik) manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 hüquqlarını təmsil etdiyi hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək səlahiyyətli orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxıldığını bildirərək inzibati iş üzrə icraata itam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X4 tərəfindən tərtib edilmiş 13 iyul 2023-cü il tarixli 00100-01791/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən **********2442 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd “DOOSAN S420LC AZ-10X-826” markalı tamdönər tırtıllı ekskavator yükü xx.xx.2016-cı il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. Sonradan Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş xx/xx/015105 qeydiyyat nömrəli ərizə əsasında sözügedən gömrük bəyannaməsində qeyd edilən yükün müvəqqəti ixrac müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2021-ci il tarixində bitməsinə baxmayaraq **********2442 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd “DOOSAN S420LC AZ-10X-826” markalı tamdönər tırtıllı ekskavator yükünün müvəqqəti ixrac müddəti bitməmiş "xxxx" MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Malların müvəqqəti ixrac müddətinin uzadılmasına dair xx.xx.2020-ci il tarixli xx/xx/015105 qeydiyyat nömrəli ərizədən görünür ki, Şəxs 01 (bir) il müddətində malları geri qaytarmağı öz öhdəliyinə götürmüşdür. Bakı Baş Gömrük İdarəsinin Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********2442 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2021-ci il tarix kimi müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə Şəxs tərəfindən **********2442 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd “DOOSAN S420LC AZ-10X-826” markalı tamdönər tırtıllı ekskavator yükü xx.xx.2016-cı il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. Sonradan Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş xx/xx/015105 qeydiyyat nömrəli ərizə əsasında sözügedən gömrük bəyannaməsində qeyd edilən yükün müvəqqəti ixrac müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2021-ci il tarixində bitməsinə baxmayaraq **********2442 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd “DOOSAN S420LC AZ-10X-826” markalı tamdönər tırtıllı ekskavator yükünün müvəqqəti ixrac müddəti bitməmiş "xxxx" MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Şəxs barəsində gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 13 iyul 2023cü il tarixli 00100-01791/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 499.1.5-ci maddəsinə əsasən bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, Şəxs ünvanına daxil olmuş 1 (bir) ədəd “DOOSAN S420LC AZ- 10X-826” markalı tamdönər tırtıllı ekskavator yükünün **********2442 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2016-cı il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsini, həmin yüklərin uzadılmış müvəqqəti idxal müddətinin xx.xx.2021-ci il tarixində bitməsini, lakin **********2442 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddətinin uzadılması barədə Şəxs tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilmədiyini və göstərilən vaxtdan inzibati məsuliyyətə cəlb edilmə üçün nəzərdə tutulmuş bir il müddətin keçdiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3877/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3877/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver