Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3880/2024 05.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X13 oğlunun katibliyi, zərərçəkmiş şəxslər X1, X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X7 iştirakları ilə, xx.xx.1990-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu RPİ 12-ci PŞ-dən daxil olmuş 05 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində X2 və digər qaziləri, şəhidləri söymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “milana 1990” adla “Tiktok” sosial şəbəkəsində qeydiyyatdan keçmiş profilin sahibi Şəxs canlı yayım açaraq şəhidləri və qaziləri nalayiq ifadələr işlədərək təhqir etmişdir. O, həmin şəxsə bu barədə xəbərdarlıq etsə də həmin şəxs buna məhəl qoymaraq təhqirlərinə davam etmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Vətən müharibəsi iştirakçısıdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində “milana 1990” adla “Tiktok” sosial şəbəkəsində qeydiyyatdan keçmiş profilin sahibi Şəxs canlı yayımda qaziləri və şəhidləri nalayiq ifadələr işlədərək təhqir etmişdir. O, həmin şəxsə bu barədə xəbərdarlıq etsə də həmin şəxs buna məhəl qoymaraq təhqirlərinə davam etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Tiktok” sosial şəbəkəsində “milana1990” adı ilə qeydiyyatda olduğu hesabı ilə canlı yayım başlatmışdı. Canlı yayımın gedişi zamanı tanımadığı bir nəfər şəxs ona yazaraq onunla tanış olmaq istədiyini bildirmişdir. O, həmin səhifəni qara siyahıya ataraq yazdıqlarına məhəl qoymamışdır. Bir qədər sonra həmin şəxs saxta sosial hesab yaradaraq yenidən canlı yayımda onu söymüşdür. O da həmin şəxsin özünə qarşı nalayiq ifadələr söyləmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 05 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində X2 və digər qaziləri, şəhidləri söymüşdür. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi məqsədilə aidiyyatı əməkdaşa tapşırıq verilmişdir. İş materillarına əlavə olunmuş DVD diskə baxış keçirilərkən Şəxs qaziləri, şəhidləri nalayiq ifadələrlə təhqir etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, zərəçəkmiş şəxslərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Bağırova X5 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-3880/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3880/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver