Məhkəmə qərarları › İş №3(008)-3885/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3885/2023

22.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3885/2023 22.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru Xəzər Məmmədov tərəfindən tərtib edilmiş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokollar və sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3 və 100.1.4-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilir. Lakin iş materiallarından aydın olur ki, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilən zaman barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi göstərilməmiş, eyni zamanda inzibati xətanın törədildiyi vaxt (saat) göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edilən nöqsanlara görə məhkəmə hesab edir ki, həmin inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs barəsində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsindən daxil olunmuş inzibati xəta haqqında protokol əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə geri qaytarılsın. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar