Məhkəmə qərarları › İş №3(008)-3893/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3893/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3893/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi Şikayət verən şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri BPİ X6 İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolundan şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məmmədov X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri BPİ X6 İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixində ona məxsus “Mercedes Benz" markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilindən sənədi götürüb düşən zaman yol polis əməkdaşının maşını ona yaxınlaşıb sənədləri tələb etmiş və o sənədlərimi təqdim etdikdən sonra sərxoşluğun müayinəsi ilə əlaqədar onlarla getməyi bildirmişdir. O maşını idarə etmədiyini bildirsə də, sərxoşluq aktı aldıqdan sonra sürücülük vəsiqəsini və maşının açarını ondan alıb maşının cərimə meydançasına akt tərtib etmədən yerləşdirmiş, protokolun surətini vermədən sabah 30 nömrəli otağa yaxınlaşmağını bildirmişlər. Bir neçə gün sonra yuxarıda göstərilən ünvanda olsa da, onun xəbəri olmadan inzitbati xəta haqqında prtokol tərtib olunduğunu bildirmişlər. O, elektron cərimə protokolunu xx.xx.2023-cü il tarixində kabinetim vasitəsilə əldə etmişdir. Qeyd edilənlərə əsasən, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun qanunsuz hesab edərək ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolundan verilən şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayət verən şəxsin mövqeyini dinləyib, iş materiallarını araşdıraraq X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri BPİ X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolundan verdiyi şikayətin geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri BPİ X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolundan verdiyi şikayət geri qaytarılsın. Hakim Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar