Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3893/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızı, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrik Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən tərtib edilmiş 00800-00809/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli protokolda göstərilmişdir ki, AZCOSMETİCS GROUP" MMC ilə "ALDABBAGH MAHMOOD QUSAY" ilə olan razılaşmaya əsasən, ümumi gömrük dəyəri 1464 manat (ümumi invoys dəyəri 861.20 ABŞ dolları) olan 61 kq "Saç üçün vasitələr: Melissea adlı saç boyaları" adlı yük xx.xx.2024-cü il tarixli **********0403 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12 2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən, gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Şəxs tərəfindən isə ixrac edilən 861.20 ABŞ dolları olan mallara dair vəsait onların müvəkkil bankdakı hesabına köçürülməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati icraat zamanı hüquqi şəxsin nümayəndəsinə onun hüquqları, vəzifələri və icraatın predmeti haqqında zəruri məlumatlar verilməli, həmin şəxs icraat zamanı iştirak etmək imkanı ilə təmin olunmalıdır. Hüquqi şəxsə qarşı inzibati icraat onun məlumatı və müdafiə imkanı olmadan aparıldıqda, bu, prosessual hüquqlarının pozulması və müdafiə imkanının məhdudlaşdırılması deməkdir. Lakin təqim olunmuş materillardan barəsində icraat aparılan hüquqi şəxsin ümumiyyətə onun brəsində inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib olunmasından xəbərdar olması şübhə doğurur. Belə ki, iş materiallarından Şəxs MMC –yə məktublar göndərildiyi görünsə də, həmin məktubların çatdırılması ilə bağlı hər hansı təsdiqedici sənəd və ya şirkətin səlahiyyətli nümayəndəsinin məlumatlı olması ilə bağlı telefonoqram və ya arayış iş materiallarına əlavə olunmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, Şəxs MMC-nin prosesdən kənarda qalması, inzibati icraatın obyektiv və şəffaf aparılması prinsiplərinə ziddir və barəsində inzibati icraat aparılan şəxsin hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin prosesdən kənarda qalması və inzibati icraatın iştirakı olmadan aparılmasını nəzərə alaraq, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikası Dövlət Gömrik Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında material işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-3893/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3893/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver