Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3896/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Əkbərli Əkbər borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2648/2019 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx xxxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq, hər ay cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. İcra sənədi icra şöbəsinin icraatına daxil olmuşdur. Borclu Şəxs bu günki tarixədək 2195 manat borcu yaranmışdır. Qeyd olunanları nəzərə alıb və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun olaraq, borclu şəxs Məmmədov X10 Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, fərdi əməklə məşğul olduğunu, yalnız iş olduqda ödəniş etdiyini, hal hazırda ödəmək imkanı olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən tələbkar X2 Yusif Hafis oğlunun mütəmadi ödəniş etmədiyini, borcu ödəməyəcəyi təqdirdə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İş materiala əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2648/2019 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx xxxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq, hər ay cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs icra sənədini qərəzli şəkildə icra etmir, belə ki, hazırda borclu olduğu 2195 manatın müqabilində ödəniş etmək niyyəti yoxdur, icra məmurunun xəbərdarlıqlarına məhəl qoymamışdır və bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli hesab edilməlidir. Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, borcundan ödəniş etmək niyyətində olmamasını, icra sənədini icra etməkdən faktiki boyun qaçırdığını, məsuliyyəti yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati həbs tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan X12 Saxlanılması Məntəqəsinə həvalə edilsin Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №3(008)-3896/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3896/2020
25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver