Məhkəmə qərarları › İş №3(008)-3897/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3897/2020

10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3897/2020 10.12.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin İTÜBİ polis mayoru Elmar Əbilov tərəfindən xx xxxxxx 2020-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs ASC-ə xx xxxxxx 2020-ci il tarixdə sorğu göndərilərək, mülkiyyətində olan “Kia Cerato” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş sürücü barəsində məlumat verilməsi tələb olunmuşdur. Şəxs ASC qanunvericiliklə müəyyən olunmuş müddət ərzində bu məlumatı Sabunçu RPİ DYPŞ-nə təqdim etməmişdir. Şəxs ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, təmsil etdiyi şirkət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Şəxs ASCə məxsus olan “Kia Cerato” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü barədə DYP-nin sorğusu qanunla müəyyən edilmiş vaxt ərzində tərəflərindən cavablandırılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixində DYP-dən daxil olmuş sorğu tərəflərindən xx.xx.2020-ci il tarixində cavablandırılmış və müddətin keçməsinə yol verilməmişdir. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb hesab edir ki, əməldə inzibati xəta hadisəsi yoxdur və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şəxs ASC-ə Dövlət X2 nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatların təqdim edilməsi barədə sorğu göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, həmin sorğu Şəxs ASC tərəfindən xx.xx.2020-ci il tarixdə cavablandırılmış və Sabunçu Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0-53.0.1.-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, sübutetmə yükü inzibati xəta haqqında protokol tərtib edən inzibati orqanın üzərində olduğu üçün inzibati xəta haqqında iş materiallarla birlikdə sübuta yetirilmədiyindən və İXM-nin 53.0.1-ci maddəsinə əsasən Şəxs ASC-nin əməlində inzibati xəta hadisəsi olmadığından, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar