Məhkəmə qərarları › İş №3(008)-3904/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3904/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3904/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ İş № 3(008)-3904/20245 Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi QƏRAR (inzibati xəta haqqında iş üzrə) 24 iyun 2025-ci il Bakı şəhəri Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərli Turanə Afrəddin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx xxxxx 1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:30 radələrində polis əməkdaşlarına tabesizlik etmiş, güc tətbiq edilərək şöbəyə gətirilərkən oradada öz əməllərinə davam etmişdir. Bununla da, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:30 radələrində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, şöbəyə gətirilərkən öz əməlin burada da davam etdirmişdir. Bununla da, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis kapitanı X2 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:30 radələrində Sabunçu Rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsində pub-restoranında dava-dalaş düşmüş əməliyyat qrupumuz ora gedərkən bir şəxs spirtli içkinin təsiri altında ictimai asayişi pozaraq səs-küy salaraq qanuni işimizə mane olmuşdur. Şəxsə özümüzü təqdim edərək özünü cəmiyyət içində normal aparmağını bildirdik. Bundan sonra həmin şəxs polisin qanuni tələbini qəsdən pozaraq daha da yüksək səslə təhqiramiz sözlər işlətməyə və polisin ünvanına nalayiq ifadələr işlətməyə başladı. Həmin şəxsdən sakitləşməsini və şöbəyə yaxınlaşmasını xahiş etsək də, avtopatrula əyləşməkdən yayınaraq qaçmağa cəhd göstərərək qəsdən tabe olmadı. Biz həmin şəxsin fiziki güc tətbiq edərək şöbəyə gəlişini təmin etdik. Şöbədə müəyyən olundu ki, həmin şəxs Şəxsdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 23:30 radələrində Sabunçu Rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsində pubrestoranında ictimai asayişi pozmuş, səs-küy salmışdır. Lakin polis əməkdaşlarına qarşı itaətsizlik göstərmədiyini, polisin əmrlərinə tabe olduğunu bildirmişdir. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şahid qismində çağırılmış polis leytenatı X3 ifadəsində bildirmişdir ki, saat 23:30 radələrində Sabunçu Rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsində pub-restoranında əməliyyat qrupumuz ilə birlikdə iş başında olarkən bir şəxs spirtli içkinin təsiri altında ictimai asayişi pozan hərəkətlər edərək səs-küy salaraq qanuni işimizə mane oldu. Şəxs avtopatrula əyləşdirməkdən yayınaraq qaçmağa cəhd göstərdi, maşında olarkən yüksək səslə ünvansız nalayiq ifadələr işlətməkdə davam etmişdir. Şahid qismində çağırılmış polis leytenatı X4 ifadəsində bildirmişdir ki, saat 23:30 radələrində Sabunçu Rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsində pub-restoranında əməliyyat qrupumuz ilə birlikdə iş başında olarkən bir şəxs spirtli içkinin təsiri altında ictimai asayişi pozan hərəkətlər edərək, səs-küy salaraq qanuni işimizə mane oldu. Şəxsi avtopatrula əyləşdirərkən müqavimət göstərdi, maşında olarkən yüksək səslə ünvansız nalayiq ifadələr işlətməkdə davam etdi. Həmçinin şöbədə olarkən əməkdaşlarımıza qarşı aqressiv davranışlar etmiş, müayinəyə aparılarkən belə həmin hərəkətlərini davam etirmişdir. Şahid qismində çağırılmış polis baş leytenatı Həsənov Cavid ifadəsində bildirmişdir ki, şəxs bölmədə olarkən dəfələrlə yüksək səslə nalayiq ifadələr işlətmiş, polisin əmrlərinə qarşı itaətsizlik göstərmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:30 radələrində Sabunçu Rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsində polis əməkdaşlarına tabesizlik etmiş, güc tətbiq edilərək şöbəyə gətirilərkən orada da öz əməllərinə davam etmişdir, polislərin əmrinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-cİ il tarixdə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir “İnzibati qaydada tutma haqqında” 23 iyun 2025-ci il tarixli, AZA 018182 saylı protokoldan görünür ki, Şəxs 23 iyun 2025-ci il tarixdə, saat 23:50-də tutulmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2025-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokollar Şəxs özünü qismən təqsirli bilməsi ilə bağlı izahatı və iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həbs etmənin əvvəli 23 iyun 2025-ci il tarixdən, saat 23:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 23 iyun 2025-ci il tarixdən, saat 23:50-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar