Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3905/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 Rafiq oğlunun sədrliyi, X10 qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Bakı şəhər Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı şəhər Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində sürücü Məmmədov Vəfadarın idarə etdiyi **-BZ-*** dövlət nişanlı “VAZ 2101” markalı avtomobil ilə sərnişin qismində əyləşərək Bilgəh Nardaran yolu istiqamətində hərəkət edirdilər. Bakı şəhəri, Bilgəh Nardaran yolunda, saat 00:30 radələrində sərnişin kimi əyləşdiyi “VAZ 2101” markalı avtomobili YPX əməkdaşı saxladaraq ona bildirdi ki, guya ki, avtomobili o, içkili halda idarə etmiş, daha sonra yerdəyişmə etmişdir. Halbuki həmin vaxtı sürücü Məmmədov Vəfadar adlı şəxs idi. Həmin vaxt sürücü Məmmədov Vəfadar adlı şəxs dəfələrlə YPX əməkdaşına bildirdi ki, avtomobili o, özü idarə etmişdir. Lakin bütün bunlara YPX əməkdaşı məhəl qoymayaraq onu alkotester müayinəsindən keçirdi. Daha sonra avtomobilin sürücüsü Məmmədov Vəfadar adlı şəxsi də tibbi müayinədən keçirdi. Bir müddət sonra YPX əməkdaşından müayinənin nəticələrinin surətlərini onlara verməsini tələb etdi. Bu an YPX əməkdaşlarından biri onu öz YPX avtomobilinə mindirərək Sabunçu rayon YPİ-nə apardı. Orada sənədləri tələb etdi. O isə tabesizlik göstərməmək üçün öz sənədlərini YPX əməkdaşına təqdim etdi. Daha sonra “VAZ 2101” markalı avtomobilin sürücüsü Məmmədov Vəfadar ona zəng vuraraq bildirdi ki, hadisə yerində qalan digər YPX əməkdaşı həmin avtomobili cərimə meydançasına aparıb, həmçinin bildirdi ki, öz sənədlərini təkidlə YPX əməkdaşına verməyə çalışsa da, YPX əməkdaşı onun sənədlərini götürməyib və bildirib ki, protokolu yanındakı oğlana, yəni ona yazacaq. Beləliklə, bir müddət sonra xx.xx.2025-ci il tarixində barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib olunmuşdur. Daha sonra isə həmin İXP ******* saylı protokol əsasında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar tərtib olunmuşdur. Beləliklə, onun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 400 manat cərimə olunduğunu bildirdilər. Həmin qərarı xx.xx.2025-ci il tarixində əldə etmişdir. Həmin qərarın əsassız və qanunsuz olduğundan ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 (video konfrans vasitəsilə) izahatında göstərmişdir ki, dostları ilə birlikdə Bilgəh Daçnikdə dənizkənarında yerləşən açıq hava məkanlarının birində əyləşmişdirlər. Orada Vasif içki qəbul etdiyindən marketə getmək üçün avtomobili ayıq sürücü kimi o, idarə etmişdir. Öz avtomobili dənizin kənarında qumda batdığı üçün onlar Ramin adlı dostunun avtomobili getmək qərarına gəlmişlər. Ramin özü isə başqa avtomobil ilə onların arxasınca gəlirdi. Bu zaman YPX əməkdaşları saxlayaraq sərxoş vəziyyətdə olub-olmaması ilə bağlı yoxlanış etmək istədik də, o içkili olmadığını bildirib yoxlanmışdır. Lakin, polis əməkdaşı “mənim işim sənin yanındakı ilədir” deyərək Vasifə yaxınlaşmışdır. Onlar avtomobili idarə edən sürücünün içkili olub-olmaması məsələsinin zəruri olduğunu, sərnişini yoxlamaq kimi məsələnin olmamasını bildirsələr də, polis əməkdaşları buna məhəl qoymayaraq etiraz etmişdirlər. O, bir tərəfdən polis əməkdaşı ilə danışıb, digər tərəfdən avtomobilin sahibi Raminə zəng edib əlaqə saxlamağa çalışsa da, Ramin zəngi cavablamamışdır. Bu zaman arxaya çönəndə görmüşdür ki, polis əməkdaşı Vasifi maşına əyləşdirib heç bir məlumat vermədən aparır. Daha sonra başqa əməkdaş onlara aid avtomobili icazəsiz sürərək oradan uzaqlaşmışdır. Bir daha qeyd edir ki, həmin gün Raminə məxsus olan VAZ 2101 markalı avtomobili Vasif yox, o idarə etmişdir və polis əməkdaşları onları saxlayarkən sükan arxasında o olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər Sabunçu rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər Sabunçu rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının və şahidin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon DYPŞ-nin yol patrul xidməti inspektoru X6 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X2 Nardaran yolunda xx.xx.2025-ci il tarixində, saat 01:45-də “VAZ 2101 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixində, saat 01:45-də Bilgəh Nardaran yolunda “VAZ 2101 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən idarə olunmuşdur. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmur. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən X5 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki, X5 həmin inzibati xətaya aidiyyəti olmadığını göstərmişdir. Habelə iş üzrə aşkar edilmiş inzibati xətanın məhz X5 tərəfindən törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas göstərilmədən X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İş üzrə tədqiq edilmiş hallar məhkəmədə X3 inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, onun barəsində Bakı şəhər Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №3(008)-3905/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3905/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver