Məhkəmə qərarları › İş №3(008)-3910/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3910/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3910/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərli Turanə Afrəddin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X5, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Ağdaş rayonu, Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Sülh küçəsi, ev 8, ünvanında qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Sabunçu Rayon Məhkəməsinin 2(008)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən qalıq borc 940 (doqquz yüz qırx) manat pulun zərərçəkmiş Zərərçəkmiş şəxs xeyrinə ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən MN № ******* saylı, 25 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 izahatında göstərmişdir ki, Şəxs Sabunçu Rayon Məhkəməsinin 2(008)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən qalıq borc 940 (doqquz yüz qırx) manat pulun zərərçəkmiş Zərərçəkmiş şəxs xeyrinə ödənilməsindən yayınır. Borclu Şəxs icra vərəqəsi üzrə tələbi bu günə qədər icra etmədiyi üçün tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Borclu icra vərəqəsi üzrə cəmi 190 manat ödəniş etmiş, 940 manat ödənilməmiş borcu qalmışdır. Tərtib etdiyi protokolu müdafiə edir. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X2 və X6 üzərinə, iddiaçı Zərərçəkmiş şəxs barəsində şikayət ünvanladıqları Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının rəhbərliyinə və Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyinə sadalanan, iddiaçı Zərərçəkmiş şəxs şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən hesab edilmiş məlumatların təkzib edilməsi, 1000 (min) manat pulun zərərçəkmiş Zərərçəkmiş şəxs xeyrinə ödənilməsindən, həmçinin ödənilmiş dövlət rüsumuna görə 130 (yüz otuz) manat məbləğində pul vəsaitini müştərək qaydada iddiaçının xeyrinə tutulmasından yayınır. İcra ilə əlaqədar ilk olaraq şəxsin qeydiyyat ünvanına bu barədə məlumat göndərilmişdir. Məlum olmuşdur ki, şəxslər həmin ünvanda yaşamırlar. Şəxslər barədə axtarış verdikdən sonra məlum olmuşdur ki, onlar faktiki olaraq Balaxanı ərazisində yaşayırlar. Faktiki ünvanları məlum olduqdan sonra şəxsən özü yaşayış ünvanlarına gedərək icraata başlamaq haqqında qərarı onlara təqdim etmişdir. 29 oktyabr 2024-cü il X3 və X1, iddiaçı Zərərçəkmiş şəxs şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən hesab edilmiş məlumatların təkzib edilməsi və üzrlü hesab edilməsi üçün Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının rəhbərliyinə və Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyinə müraciət ünvanlamışlar. Şəxs elektron sistemdə iş yeri və aylıq 80 manat məbləğində şəxsə ödəniş edilməsi göstərildiyi üçün həmin iş yerinə -"xxxx" MMC-yə bununla bağlı sorğu ünvanlanmış, bir neçə dəfə bu barədə məktub ünvanlansa da onlara geri dönüş etməmişlər. Həmçinin elektron sistemdə cavabdehin adına minik markalı iki avtomobil göstərildiyi üçün hər iki avtomobilin üzərinə məhdudiyyət qoyulması üçün 13 iyun 2024-cü il tarixdə Baş Dövlət Yol Polis İdarəsinə müraciət edilmişdir. 23 oktyabr tarixində hər iki avtomobilin üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət edilmiş, gələcəkdə həmin avtomobillərin hərrac vasitəsilə satışa çıxarılması məhkəmədən xahiş edilmişdir. 8(008)-707/2024 saylı xx.xx.2024-ci il tarixli Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, “MERSEDES BENZ 190” minik markalı dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borcun ödənilməsi məqsədilə həbs qoyulması ilə bağlı qərar qəbul edilmişdir. Daha sonra qərarın icrası üçün Baş Dövlət Yol Polis İdarəsinə avtomobilin saxlanaraq cərimə meydançasına aparılması üçün müraciət ünvanlamışlar. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı var, qərarın icrasından yayınmır, sadəcə işləmədiyindən və maddi imkanı olmadığından ödəniş edə bilmir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, icra sənədi uzun müddətdir ki, icra olunmur. Çox cüzi məbləğlər ödənilir ki, həmin məhkəmə qərarında hissə-hissə icra nəzərdə tutulmamışdır. Əgər şəxs qərardan narazı idisə şikayət verə bilərdi. Şikayət verilməyib və qərar qanuni qüvvəsini aldığı halda tərəf məhkəmə qərarının icrasından qərəli şəkildə yayınır. Məhkəmə qərarının tam şəkildə icra olunmasını və şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edirəm. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Cavabdehlər Şəxs və X4 iddiaçı Zərərçəkmiş şəxs vurduqları mənəvi ziyana görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 130 (bir yüz otuz) manat məbləğində pul vəsaitinin müştərək qaydada iddiaçının xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan 17 may 2024-cü il tarixli qərardan görünür ki, icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan 17 may 2024-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası haqqında borcluya məlumat verilmişdir. İş materiallarında olan 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan 28 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, borclunun axtarışı haqqında qərar icra olunması üçün AR DİN Bakı şəhər Sabunçu RPİ-nə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi "Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən qanunla müəyyən edilmiş qaydada yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs maddi vəziyyətinin aşağı olması səbəbindən icra sənədini icra etmədiyini göstərsə də, məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin həmin arqumentinin məhkəmə aktının icrasız qalmasının üzrlü halı kimi qiymətləndirilməsinin mümkün olmadığını qeyd edir. Bundan savayı, Şəxs məhkəmə iclasında icra sənədinin icra edilməməsini maddi imkanının olmaması ilə əlaqələndirsə də, AR Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qətnamənin icrasına möhlət verilməsi, qətnamənin hissə-hissə icrasına və ya onun icra üsulunu və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək imkanının olduğu halda bunu da etməmişdir ki, bu hal da onun öz öhdəliklərinin icrasına etinasız yanaşmasının göstəricisidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verilməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, dövlət adından çıxarılmış məhkəmə aktı ilə müəyyən edilmiş məbləğin hissə-hissə ödənilməsi borclunun şəxsi mülahizələri ilə deyil, müvafiq məhkəmə qərardadı ilə müəyyən edilməli olan haldır ki, hazırki halda belə bir məhkəmə qərardadı iş materiallarına əlavə edilməmiş, barəsində inzibati qaydada icraat aparılan şəxsin isə bununla bağlı hər hansı addım atması (məhkəməyə hissə-hissə icra ilə bağlı müraciət etməsi) müəyyən edilməmişdir. Odur ki, göstərilənlərə əsasən, məhkəmə Şəxs müdafiəsi üçün irəli sürdüyü dəlilləri tam əsassız hesab edir. Göstərilən hallar onu deməyə əsas verir ki, Şəxs məhkəmə iclasında icra sənədinin icra etməməsinin səbəbi kimi hər hansı üzrlü hala istinad edə bilməmiş, icra sənədinin icraya yönəldilməsindən sonra cüzi ödəniş edilmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar