Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3918/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Samir Əzizovun, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daşkəsən Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli, 2(030)-551/2015 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada 8343 ABŞ dolları əsas, 2365 ABŞ dolları faiz və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.008 ABŞ dolları məbləğində kredit borcunun milli valyuta ilə ekvivalenti məbləğində pul vəsaitinin, habelə 30,0 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Şəxs icra vərəqəsində göstərilən tələbi icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və beləliklə Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Sabunçu rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən 13 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs "xxxx" ASC-yə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Samir Əzizov məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, icra sənədi xx.xx.2016-cı il tarixdə şöbənin icraatına daxil olmuş həmin tarixdə də tərəflərindən icraata başlama haqında qərar qəbul olunaraq icra edilməsi bildirişlə birlikdə borclu Şəxs icra sənədində göstərilən ünvanına göndərilmişdir. Tələbin könüllü icrasına dair bildiriş borclunun özü tərəfindən imza olunmaqla qəbul edilmişdir. Borclu bu günədək icra sənədi üzrə heç bir ödəniş etməmiş və bu halın üzürlü səbəbdən baş verməsinə dair hər hansı təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədi üzrə borclu olduğunu qəbul edir, lakin qətnamədə göstərilən məbləği birdəfəyə ödəməyə maddi imkanı yoxdur.İcra sənədi üzrə borcunu hissə-hissə ödəməyə hazırdır. Son olaraq barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iş materialları ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli omasının sübuta yetirilmədiyini qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşkəsən Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli, 2(030)-551/2015 saylı icra sənədindən görünür ki, cavabdehlər Şəxs və X1 müştərək qaydada 8343 ABŞ dolları əsas, 2365 ABŞ dolları faiz və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.008 ABŞ dolları məbləğində kredit borcunun milli valyuta ilə ekvivalenti məbləğində pul vəsaitinin, habelə 30,0 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş və həmin bildirişin Şəxs tərəfindən qəbul edilməsi öz imzası ilə təsdiq olunmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 8(030)-217/2018 saylı qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli, 2(030)-551/2015 saylı icra vərəqi üzrə borclu-Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olan Şəxs ölkədən getmək hüququnun müvəqqəti, yəni icra sənədi tam icra edilənədək məhdudlaşdırılması qərara alınmışdır. Şəxs Daşkəsən rayon icra və probasiya şöbəsində verdiyi izahatdan görünür ki, o, maddi vəziyyəti ağır olduğundan borcu ödəyə bilmədiyini, ona vaxt verildiyi təqdirdə hər ay təxminən 40 manata yaxın məbləğdə ödəniş edə biləcəyini göstərmişdir. Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru Daşqın Həsənəliyev tərəfindən qəbul edilmiş “Borclunun axtarışı haqqında” 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Göründüyü kimi, iş materialları ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək məhkəmə qətnaməsini üzürlü səbəblər olmadan icra etməməsi iş materiallarında olan sübutlarla, o cümlədən, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici ifadəsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini hissə-hissə icra etməyə hazır olduğunu bildirərək qətnamənin icrasından qəsdən yayınmadığına istinad etsə də, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, Daşkəsən Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli, 2(030)-551/2015 saylı icra sənədindən görünür ki, icra vərəqəsində gğstərilən məbləğin birdəfəlik ödənilməsi nəzərdə tutulmuş və borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair hər hansı sənəd iş materiallarına əlavə edilməmiş və məhkəmə baxışı zamanı da belə bir sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, müvafiq icra sənədinin verilməsindən kifayət qədər uzun müddət keçmiş, lakin borclu tərəfindən qətnamənin icrası üçün hər hansı tədbir görülməmişdir ki, bu da onun məhkəmə qətnaməsini qəsdən və hər hansı üzürlü səbəb olmadan icra etmədiyinə dəlalət edir. Borclu məhkəmə iclasında qətmənin icra edilməməsini maddi imkanının olmaması ilə əlaqələndirsə də, AR Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qətnamənin icrasına möhlət verilməsi, qətnamənin hissə-hissə icrasına və ya onun icra üsulunu və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək imkanının olduğu halda bunu etməmişdir ki, bu hal da onun öz öhdəliklərinin icrasına etinasız yanaşmasının göstəricisidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verilməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Odur ki, göstərilənlərə əsasən, məhkəmə Şəxs müdafiəsi üçün irəli sürdüyü dəlilləri tam əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin əməlini etiraf edərək səmimi peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-3918/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3918/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver