Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-392/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ filialının nümayəndəsi X1 iştirakı ilə, MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Sabunçu RPİ X5 Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ X5 Şöbəsindən daxil olmuş 16 noyabr 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən və bu zaman inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndəsi X2 Bakı şəhəri Sabunçu RPİ X5 Şöbəsi tərəfindən göndərilmiş sorğunun hüquqi şəxsin ünvanına çatdırılmadığını, hüquqi şəxsin Abdulov adlı işçisinin olmadığını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin edilməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.. Məhkəmə inzibati işə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ X5 Şöbəsi tərəfindən MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-na ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nın rəsmi qeydiyyat ünvanına göndərilmiş və 02 oktyabr 2023-cü il tarixdə “Abdulov” soyadlı şəxs tərəfindən imza edilərək qəbul olunmuşdur. Poçt qəbzinin üzərində olan ştrix-kod (SX010774067AZ) Azərpoçt elektron sisteminin poçt göndərişlərinin izlənməsi bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Bakı Şəhəri Sabunçu RPİ X5 Şöbəsindən MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nın ünvanına göndərilən məktubun ünvana çatması barədə məlumat tapılmamışdır. MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nın direktoru tərəfindən tərtib edilərək hüquqi şəxsin möhürü ilə təsdiq edilməklə elektron kabinet vasitəsi ilə yerləşdirilmiş etiraz ərizəsindən görünür ki, hüquqi şəxsin direktoru MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-da Abdulov soyadlı əməkdaşın olmadığını və sorğunun hüquqi şəxsin ünvanına çatdırılmadığını bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən AR İXM 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır ki, belə olan halda inzibati xəta haqqında iş üzrə icraata AR İXM 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdıraraq, qanunvericiliyin tələblərini rəhbər tutaraq səlahiyyətli orqan tərəfindən məhkəməyə tərəfindən müvafiq inzibati xətanın törədilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi, təqdim edilmiş sənədlərin isə mötəbər olmamaqla ziddiyyətli olması qənaətinə gəlir. İlk növbədə iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin xəbərnamədə polis şöbəsi tərəfindən göndərilmiş məktubun “Abdulov” soyadlı şəxs tərəfindən qəbul edilməsi və xəbərnamədə həmin şəxsin imzası öz əksini tapsa da həmin şəxsin kimliyi, həqiqətən də onun aidiyyəti olan şəxs olub-olmaması müəyyən edilməmiş qalmış, əksinə hüquqi şəxsin dierktoru tərəfindən elektron kabinet vasitəsi ilə təqdim edilmiş etirazda göstərilənlərlə də MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-da Abdulov soyadlı əməkdaşın olmaması müəyyən edilmişdir. Bununla yanaşı, poçt qəbzinin üzərində olan ştrix-kod (SS821136425AZ) Azərpoçt elektron sisteminin poçt göndərişlərinin izlənməsi bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Bakı Şəhəri Sabunçu RPİ X5 Şöbəsindən MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nın ünvanına göndərilən məktubun ünvana çatması barədə məlumat tapılmamışdır. Göründüyü kimi, MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nın AR İXM 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübut iş materiallarına əlavə edilməmişdir ki, belə olan halda MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nın həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyil. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nın təqsiri AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmiş və sübut qismində yalnız iş materiallarında olan inzibati xəta haqqında protokola istinad etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Göstərilən bu hallar, MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən Azərbaycan Respublikası İXM 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə və inzibati xətanın mötəbər sübutlarla təsdiq edilməməsinə dəlalət edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən Azərbaycan Respublikası İXM 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: MAKRO 2020 EĞİTİM TEKNOLOJİLERİ İNŞAAT TAAHHÜT İÇ VƏ DİŞ TİCARET ANONİM ŞİRKETİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-392/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-392/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver