Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3922/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və vəkili X6, tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1 və vəkili X4 iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Ağcabədi rayonu, Ovşar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan – Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı Apellyasiya Məhkəməsini 2(103)-81/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindəki 276406,26 manat qalıq borcunun ödənilməsi ilə bağlı tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Bu barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən MN № ******* saylı, 26 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru X5 göstərmişdir ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsini 2(103)-81/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə olan 276406,26 manat qalıq borcunu tələbkar "xxxx" ASC-yə ödənilməsindən üzrsüz səbəbdən yayınır. Ona görə də Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Ümumiyyətlə qeyd olunan icra vərəqi üzrə icra tədbirləri xx.xx.2022-ci il tarixdən həyata keçirilsə də, hazırkı vaxta qədər heç bir icra sənədi tam icra olunmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində qeyd olunan 276406,26 manat qalıq borcunun ödənilməsindən yayınmır. Sonuncu 500 manat məbləğində ödənişi 18 iyul 2023-cü il tarixində etmişdir. Qalıq borcuna görə xx.xx.2023-cü il tarixdə əmək haqqında yönəlmə olmuşdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X9 göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində qeyd olunan 276406,26 manat qalıq borcunun ödənilməsi ilə bağlı zəruri tədbirlər onun tərəfindən həyata keçirilir. Sonuncu 500 manat məbləğində ödənişi 18 iyul 2023-cü il tarixində etmişdir. Qalıq borcuna görə xx.xx.2023-cü il tarixdə əmək haqqında yönəlmə olmuşdur. Həmçinin Şəxs mülkiyyətində olan “Vaz 21074” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması ilə bağlı təqdimat verilmişdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" ASC-nin vəkili X8 göstərmişdir ki, Şəxs tərəfindən 500 manat ödəniş olunması və onun mülkiyyətində olan “Vaz 21074” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması borcun ödənilməsinə kifayət etməyəcəkdir. Onun kifayət qədər imkanı var və qərəzli olaraq icra sənədinin icrasından yayınır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə olan 276406,26 manat qalıq borcunun tam şəkildə ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs bank tərəfindən borcun ödənilməsinə yetərli vaxt verilməsini və kifayət qədər imkanı olmasına baxmayaraq icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə olan 276406,26 manat qalıq borcunun tam şəkildə ödənilməsini xahiş edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 nömrəli, xx.xx.2018-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, Şəxs iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 378317,26 manat məbləğində kredit borcu, 294944 manat məbləğində kreditə borcu, 40000 manat məbləğində dəbbə pulu (penya), cəmi 713261,26 pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalı, tələb Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh Şəxs məxsus ünvan 2 ünvanında 0,07263 hektar torpaqda yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.m yaşayış, 207,79 kv.m köməkçi sahədən yaşayış binasına yönəldilməli, ipoteka predmeti olan cavabdeh Şəxs məxsus ünvan 2 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.m yaşayış, 207,79 kv.m köməkçi sahədən ibarət yaşayış binasının ilkin satış qiymətinin 450000 manat müəyyən edilməli, ipoteka predmeti olan ünvan 2 ünvanında 63 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.m yaşayış, 207,79 kv.m köməkçi sahədən ibarət yaşayış binası açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay - cavabdeh Şəxs əmlakı tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin əmlakdan məcburi qaydada çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü surətdə icra olunması üçün 10 gün müddət təyin olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Şəxs tələbin yerinə yetirilməsi üçün xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 8(008)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın surətindən görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şəxs ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən icra tələbi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin depozit hesabına 500 manat ödəniş olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs mülkiyyətində olan “Vaz 21074” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması ilə bağlı təqdimat verilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən- icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyats ızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Göründüyü kimi, hazırki vəziyyətdə Şəxs əməlində İXM-nin 528.1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta hadisəsinin mövcudluğu təsdiq olunur. Belə ki, icra məmuru Bakı Apellyasiya Məhkəməsini 2(103)-81/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə olan 276406,26 manat qalıq borcunun ödənilməsi ilə bağlı bildirişi hələ xx.xx.2022-ci il tarixdə borcluya ünvanlayaraq könüllü surətdə icra olunması üçün 10 gün müddət təyin edilmişdir. Lakin Şəxs tərəfindən icra sənədi 500 manat məbləğində ödənişi 18 iyul 2023-cü il tarixində etmiş və qalıq borcuna görə xx.xx.2023-cü il tarixdə əmək haqqında yönəlmə olsa da, hazırkı vaxtadək hər hansı bir məbləğdə pul tutulmamışdır. Şəxs həm icra şöbəsinə verdiyi yazılı izahatda, həm də hazırkı məhkəmə iclasındakı izahatında icra vərəqəsində göstərilən tələbin onun tərəfindən tam şəkildə ödənilməsinə baxmayaraq həmin icra vərəqəsi üzrə yenidən ondan pul tələb olunmasını göstərmişdir ki, bu da icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra olunmamasına dəlalət edir. Eləcə də, icra sənədi üzrə tələbin təmin olunması məqsədilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə Şəxs vəkili X6 bildirdikləri ilə əlaqədar məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs çox yaxşı anlayır ki, mülkiyyətində olan həmin “Vaz 21074” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil dəyərindən dəfələrlə artıq olan məbləğdə borcun ödənilməsinə kifayət etməyəcəkdir. Belə olan halda əmlak üzərinə həbsin qoyulması onun Bakı Apellyasiya Məhkəməsini 2(103)-81/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə göstərilən tələbin icra olunmamasında qərəzliliyini ortadan qaldıra bilməz. Odur ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs yaşını, tələbin qismən ödənilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs kifayət qədər müddət ərzində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsini tam icra etmədiyindən onun əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsin tərkibi yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə Şəxsnın şəxsiyyətini, iş üzrə yüngülləşdirən halları, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-3922/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3922/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver