Məhkəmə qərarları › İş №3(008)-3935/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3935/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3935/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, 24 dekabr 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 112, mənzil 63-də yaşayan-X2 Bakı şəhər BPİ X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı protokolunun ləğv olunmasına dair ərizəsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 Bakı şəhər BPİ X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokolunun ləğv edilməsinə dair Bakı şəhər Sabunçu rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. X3 yol hərəkəti qaydalarının tələblərini pozduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməsinə baxmayaraq Bakı şəhər BPİ X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasının Bakı şəhər BPİ X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işin baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şikayətçi X3 izahatında göstərmişdir ki, barəsində tərtib edilmiş protokolla və həmin protokol əsasında qəbul edilmiş qərarla razı deyil. Şikayətinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə ərizəyə baxaraq müəyyən etdi ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, protokol əsasında qəbul edilmiş qərardan şikayət nəzərdə tutulduğu halda X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub, QƏRARA ALDİM: X2 Bakı şəhər BPİ X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokolunun ləğv olunmasına dair verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar