Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3942/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Gədəbəy rayonu, Qoşabulaq Ə/D, Qoşabulaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə AP seriyalı ******* nömrəli, 24 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs 09 may 2025-ci il tarixdə saat təxminən 13:30 radələrində idarə etdiyi “İveco” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində hərəkətdə olarkən manevr qaydasını pozaraq “Daewo Nexia” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə zərərçəkmiş X3 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 09 may 2025-ci il tarixdə saat təxminən 13:30 radələrində idarə etdiyi “İveco” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində hərəkətdə olarkən manevr qaydasını pozaraq “Daewo Nexia” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə zərərçəkmiş X3 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Yolnəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxsə müvafiq sığorta şirkəti tərəfindən ödəniş edilmiş, həmçinin tərəfindən əlavə olaraq 500 (beş yüz) manat məbləğində maddi kompensasiya verilmişdir. Buna baxmayaraq, zərərçəkmiş şəxs barışığa razılıq verməmiş və ona dəymiş zərərin tam ödənilməsini tələb edərək, hadisə nəticəsində işləmədiyi 2 (iki) ay üçün maddi vəsaitin, yəni əldən çıxmış faydanın ödənilməsini istəyir. O, ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün yalnız sürücülük fəaliyyəti ilə məşğul ola bilir və bu fəaliyyət onun yeganə gəlir mənbəyidir. Lakin yol-nəqliyyat hadisəsindən dərhal sonra onun sürücülük vəsiqəsi polis əməkdaşları tərəfindən alındığı üçün, həmin tarixdən etibarən faktiki olaraq işləmək və qazanc əldə etmək imkanından məhrum olmuşdur. Halhazırda sürücülük fəaliyyəti ilə məşğul ola bilmədiyindən və davamlı gəlir əldə etmədiyindən, dəymiş zərərin ödənilməsini təmin etmək imkanına malik deyil. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, 09 may 2025-ci il tarixdə saat təxminən 13:30 radələrində idarə etdiyi“Daewo Nexia” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində hərəkətdə olarkən “İveco” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi manevr qaydasını pozaraq onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Nəticədə zərərçəkmiş ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxsə sığorta şirkəti tərəfindən həm sağlamlığına, həm də nəqliyyat vasitəsinə dəymiş ziyana görə müvafiq ödəniş edilmişdir. Bundan əlavə, hadisəyə səbəb olmuş digər nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona 500 (beş yüz) manat məbləğində əlavə ödəniş olunmuşdur. Lakin hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış, bu səbəbdən təxminən 2 (iki) ay müddətində əmək qabiliyyətini itirmiş və işləmək imkanı olmamışdır. Nəticə etibarilə, həmin dövr ərzində daimi gəlir əldə edə bilmədiyindən, üzərində olan kredit öhdəliklərini yerinə yetirə bilməmiş və bu öhdəliklər üzrə gecikmələr yaranmışdır. Gecikmiş ödənişlərə görə hesablanmış faizlər və əlavə cərimələr onun üçün əlavə maddi çətinliklərə səbəb olmuşdur. Yalnız ona dəymiş ziyanın, yəni işləmədiyi müddət üzrə aylıq məvacibin və kredit ödənişlərinə görə yaranmış gecikmə məbləğinin tam şəkildə qarşı tərəf tərəfindən ödənilməsi halında barışığa razılıq verəcək. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş AP seriyalı ******* nömrəli, 24 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 09 may 2025-ci il tarixdə saat təxminən 13:30 radələrində idarə etdiyi “İveco” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində hərəkətdə olarkən manevr qaydasını pozaraq “Daewo Nexia” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə zərərçəkmiş X3 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 04 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “İveco” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 1031 nömrəli, 23 may 2025-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, X1 bədən səthində aşkar olmuş xəsarətlər-sağmalığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, zərərçəkən şəxsə müəyyən qədər ödəniş edilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsa İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-3942/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3942/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver