Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3943/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 24 iyun 2025-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə saat təqribən 21 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi “BMW- 316” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobili ilə Sabunçu rayonu, Heydər Əliyev prospektindən A.Əsədullayev küçəsinə çıxıb hərəkət edərkən manevr qaydasını pozub, yolu sağdan sola keçən piyada X4 vurmuş, nəticədə piyada yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, “BMW-316” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobili, sürücülük vəsiqəsi ilə, “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 29 aprel 2025-ci il tarixdə saat təxminən 21 radələrində avtomobillə Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə hərəkət edərək sağ köməkçi yola daxil olaraq Zabrat istiqamətində hərəkət edərək telefon zəngi gəldiyi üçün avtomobili saxlamış və telefonla danışıb qurtardıqdan sonra ara küçəyə daxil olmaq üçün avtomobili saxlamış və telefonla danışıb qurtardıqdan sonra ara küçəyə daxil olmaq üçün avtomobili saatda 5-10 km sürətlə arxaya doğru hərəkət etdirərkən yolun sağ kənarından sola doğru keçmək istəyən piyadaçı qadını idarə etdiyi avtomobilin arxa hissəsi ilə vurmuşdur. Avtomobili dərhal saxlayıb onun vəziyyəti ilə maraqlanmışdır. Piyada qadın X5 ona heç bir xəsarət almadığını bildirmişdir. Avtomobili geriyə verdiyindən onun sürəti az olmuş, demək olar ki olmamışdır. Ona görə də hesab edir ki, zərərçəkmiş şəxsdə xəsarətlərin olması real görünmür. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi də yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxslərə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X6 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarının surətindən məlum olur ki, X2 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “BMW” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 916 saylı ekspert rəyinin surətindən görünür ki, X1 dirsək oynağı nahiyəsinin sol bazuya və sol saidə keçən dərialtı hematoması; sağ əlin sıyrığı; sağ dirsək oynağı nahiyəsinin və sağ baldırın qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2021-cü il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2031-ci il tarixədək qüvvədə olan B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsdə hər hansı xəsarətin olmamasına dair mövqeyi ilə bağlı bildirir ki, bu hal məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiq olunmadığından özünü müdafiə xarakterli mövqe kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəydən görünür ki, zərərçəkmiş şəxs avtomobilin onu vurması nəticəsində xəsarət alması ilə bağlı X9 PHŞ-nə müraciət etmiş və müayinə olunmuş, müayinə nəticəsində onda sol dirsək oynağı nahiyəsinin sol bazuya və sol saidə keçən dərialtı hematoması; sağ əlin sıyrığı; sağ dirsək oynağı nahiyəsinin və sağ baldırın qançırları kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər müəyyən edilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-3943/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3943/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver