Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3956/2022 28.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu DYPŞ Yol patrul xidmətinin inspektoru polis baş serjantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X7 küçəsi, 9 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.2.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ Yol patrul xidmətinin inspektoru X2 tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 05 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsinə görə və nəqliyyat vasitəsinin baş şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə AR İXM-nin 333.1 və 342.2.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, o, polis tərəfindən saxlanılan zaman metodan qəbul etmişdir. Lakin o, həmin preparatı həkim göstərişi ilə qəbul edir və bu ona pis təsir etmir, sərxoşluq vəziyyəti yaratmır. Əksinə həmin preparatı qəbul etmədikdə özünü pis hiss edir. Hesab edir ki, o, müvafiq preparatı həkim göstərişi ilə qəbul etdiyindən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Sədrlik edənin sualına cavab olaraq Şəxs həmin dərmanı hər gün, bəzi hallarda isə bir gündən bir qəbul etdiyini, həmin preparatı qəbul etməsə özünü normal hiss etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi bildirmişdir ki, sürücü Şəxs saxlanılan zaman onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunmuş, müayinə zamanı onun sidiyində MTD aşkar edilmiş və sərxoş olduğu müəyyən edilmişdir. Şəxs AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə müvafiq preparat həkim göstərişi ilə qəbul edilsə də, sərxoşluq vəziyyəti yaratdığından şəxsin o qaydada avtomobili idarə etməsi AR İXM-nin 333.1-ci maddəsinin tərkibini yaradır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş və nəqliyyat vasitəsinin baş şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkmişdir. 05 iyul 2022-ci il tarixli, 1/3351 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin gün, saat 10:30-da müayinəyə aparılmış, onun sidiyində MTD aşkar edilmiş və sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Şəxs izahatından görünür ki, o, izahatında göstərmişdir ki, “Tofaş Şahin” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Maştağa qəsəbəsi, H.Heybətov küçəsi ilə hərəkət edərək polis əməkdaşı tərəfindən saxlanılmış, sərxoş vəziyyətdə avtomobili idarə etməsinə şübhə yarandığından narkoloji dispanserə dəvət olunmuşdur. Müayinə zamanı sərxoş olması və metodon tərkibli uyuşdurucu psixotrop maddə qəbul etdiyini etiraf etmişdir. Avtomobili idarə edərkən sərxoşluğu olmuşdur. Məhkəmə baxışı zamanı X5 tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs F11-1 opioidlərin qəbulundan yaranan psixi və davranış, zərərli istifadə diaqnozu ilə müxtəlif tarixlərdə Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsində könüllü surətdə stasionar müalicədə olmuşdur. 13 fervral 2017-ci il tarixdən Metadonla əvəzedici terapiya proqramının iştirakçısıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair akt və inzibati materialda olan digər sənədlərlə yanaşı, barəsində inzibati qaydada icraat sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Şəxs tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş arayışa münasibətdə isə məhkəmə qeyd edir ki, şəxsin həkim göstərişi əsasında müvafiq psixotrop maddə qəbul etməsi onun həmin maddəni qəbul edərək onun təsirindən yaranmış sərxoşluq vəziyyətində nəqliyyat vasitəsini idarə etməsinə haqq qazandırmamaqla şəxsin AR İXM-nin 333.1-ci maddəsi ilə məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Məhkəmə baxışı zamanı Şəxs hər gün həmin maddəni qəbul etdiyini və taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir ki, belə olan halda məhkəmə xüsusi olaraq vurğulayır ki, hər gün psixotrop maddə qəbul edən şəxsin o maddənin təsiri altında sürücülük fəaliyyəti ilə məşğul olması, nəinki həmin şəxsin özünün, o cümlədən, cəmiyyətin digər üzvlərinin (məsələn həmin taksidən istifadə edən sərnişinin, yolu keçən piyadanın) həyat və sağlamlığı üçün real təhlükədir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi Şəxs törətdiyi inzibati xətanı etiraf edərək peşman olduğunu, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 342.2.4-cü maddəsi ilə məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 342.2.4-cü maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, X3 AR İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətə məhdudlaşdırılsın. X3 AR İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər X3 AR İXM-nin 342.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova İş № 3(011)-1383/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 19 mart 2021-ci il Bakı şəhəri X9 Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 12:00-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlmiş, lakin səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Sədrlik edən proses iştirakçısının şəxsiyyətini müəyyənləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs – xx.xx.1974-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayonunun Düz Qırıqlı kəndində qeydiyyatda olan. Sədrlik edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsinin mümkünlüyü barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin fikrini dinləyir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini xahiş etdiyini bildirdi. Məhkəmə yerində müşavirə edərək, Qərara aldı: - Səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə icası davam etdirilsin. Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və iştirakçıdan azərbaycan dilində başa düşməsini və danışa bilməsini soruşur. İşdə iştirak edən şəxs azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə iclasına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlunun sədrlik etdiyini, məhkəmə iclas katibinin Səfərov Orxan Novruz oğlu olduğunu elan edir, proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxsə onun İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçısı hüquq və vəzifələrinin ona aydın olunduğunu bildirir. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatı: - özümü təqsirli bilirəm, inzibati xəta törətmişəm. Spirtli içki qəbul etmişəm. Əməlindən peşmançılıq çəkməyimi və ilk dəfə inzibati xəta törətdiyimi bildirirəm. Sual daxil olmadı. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən çıxış üçün proses istirakçısına söz verir. Barəsində inzibati xəta haqqında icraat aparılan: - Hörmətli hakim! Maddi imkanım cəriməni ödəməyə yetərli olmadığından nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini xahiş edirəm. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən işdə iştirak edən şəxsdən əlavəsinin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxsə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüququnun olmasını izah edir. Məhkəmə iclası saat 12:10-da bağlı elan olunur. Protokol 19 mart 2021-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib: BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ № İş materiallarına əlavə edilmiş sənədlərin Vərəq Qeyd SİYAHİSİ 1 Protokol, qərardad, məktub və ona əlavə olunmuş sənədlər, zərf, məktub, 01 – 09 2 Əlaqə nömrələri, bildirişlər, reyestr, portal çıxarışı, protokol, qərar, məktub, 10 – 19 3 Reyestr. 20 – 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 Cəmi: ___ ___ vərəq Məhkəmə iclas katibi ________________ İMZA AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri M.Hadi küç.249.(Ukrayna dairəsi) Tel.: 374-96-30: *** ** ** (faks)E-mail: Elektron ünvan İş № 3(011)-1383/2021 13 aprel 2021-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 3(011)- 1383/2021 saylı qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərar və AE 324269 nömrəli sürücülük vəsiqəsi 03 vərəq, 01 nüsxə. Hakim Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(008)-3956/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3956/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver