Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3958/2022 22.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin TP ******* nömrəli, 25 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin TP ******* nömrəli, 25 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 11 iyun 2022-ci il tarixdə barəsində AR İXMnin 327.2-ci maddəsi üzrə tərtib edilmiş inzibati xəta haqqında işin baxılmasında iştirak etməsi üçün 25 iyun 2022-ci il tarixdə, saat 11:00-də Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, 9-da yerləşən Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nin 2 nömrəli otağına dəvət edilmiş, həmin gün o, idarəyə yaxınlaşmış, saat 12:20 radələrinə qədər gözləsə də, baş leytinant Əlizadə S-nin işə dönmədiyini gördükdə orada olan polis nəfərinə yaxınlaşaraq gözləməyə vaxtının olmadığını bildirmiş, polis nəfəri isə ona yazılı foto, video faktlarının ünvana gələcəyini bildirmiş, o isə polis şöbəsini tərk etmişdir. Lakin inzibati xəta haqqında qərarda iştirakım olmadan inzibati tənbeh haqqında qərarın qəbul edildiyi göstərilmişdir. Həmin inzibati xəta tərəfindən törədilməmişdir. Bakı şəhəri Nərimanov rayon DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X3 şikayətdə qeyd olunanları təsdiq edərək əlavə olaraq göstərmişdir ki, o, özünü AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilməsədə artıq inzibati xəta haqqında qərarla müəyyən edilmiş cəriməni ödəmişdir. Lakin inzibati xəta haqqında qərar onun iştirakı olmadan qəbul edildiyindən və özünü həmin maddə ilə təqsirli bilmədiyindən Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin TP ******* nömrəli, 25 iyun 2022-ci il tarixli qərarının ləğv ediməsini xahiş edir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq X3 inzibati xəta haqqında protokola baxılmasının yeri və vaxtı barədə bildirişi qəbul etdiyini, qərarla müəyyən edilmiş cəriməni isə həmin məbləğin üzərinə faizlərin hesablanmaması üçün ödədiyini bildirmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli, 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, X3 barəsində tərtib edilmiş 11 iyun 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyindən AR ixm-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı məlimatlandırılmaqla 25 iyun 2022-ci il tarixə, saat 11-ə Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, 9-da yerləşən Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nin 2 nömrəli otağına dəvət edilmişdir. AsanPay ödəniş sistemindən çıxarılmış sənəddən görünür ki, X3 Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin TP ******* nömrəli, 25 iyun 2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş 60 manat məbləğində cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. İş materiallarından görünür ki, X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı məlimatlandırılmaqla 25 iyun 2022-ci il tarixə, saat 11-ə Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, 9-da yerləşən Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nin 2 nömrəli otağına dəvət edilmiş, bu barədə X2 rəsmi qaydada bildiriş göndərilmiş və həmin bildiriş onun tərəfindən qəbul edilmişdir. Həmin tarixdə qəbul edilmiş qərarla müəyyən edilmiş cərimə məbləği isə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında X3 özünü AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bimədiyini və inzibati cəriməni üzərinə faizlərin hesablanmaması üçün ödədiyini bildirsə də, məhkəmə barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar çıxarılmış şəxsin müvafiq inzibati xətanı törətmədiyini iddia etdiyi halda inzibati cərimənin üzərinə faizlərin hesablanması səbəbindən müvafiq inzibati cəriməni ödəməsinə dair irəli sürdüyü dəlili əsaslı hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin TP ******* nömrəli, 25 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəməp QƏRARA ALDİ: X1 Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin TP ******* nömrəli, 25 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-3958/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3958/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver