Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3963/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, Məhkəmə iclasının katibi Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon DYPŞ Yol patrul xidməti tərəfindən daxil olmuş 02 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmin tarixdə, saat 02:47 radələrində “Mercedes Benz C180” minik markalı 77CF881 dövlət qeydiyyat nişanlı avtomobili ilə işıq cihazlarında istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsini etibarnamə olmadan və sərxoş vəziyyətdə idarə etmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hadisə günü çox az miqdarda içki qəbul etmiş, xüsusi texniki vasitənin göstəricisi ilə razı deyil. Əslində o, saxlanılan zaman yolda hərəkətdə olmamış, sadəcə məhlədə maşını idarə edərək park edirdi. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs xüsusi texniki vasitədə tarixın yanlış, yəni 2007-ci il tarixdə göstərməsinin səbəbinin ola bilər ki, xüsusi texniki vasitənin enerjisinin bitməsi olduğunu, onun xüsusi texniki vasitənin tarixini dəyişməyi unutduğunu, xüsusi texniki vasitənin qeydiyatdan nə zaman keçdiyini bilmədiyini və bu barədə sənədinin olmadığını, protokolda şəxsin izahatının göstərilməsini unutduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs həmin tarixdə, saat 02:47 radələrində “Mercedes Benz C180” minik markalı 77CF881 dövlət qeydiyyat nişanlı avtomobili ilə işıq cihazlarında istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. 10 yanvar 2007-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında qəbzdən görünür ki, həmin tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti xüsusi texniki vasitəylə müəyyən edilərkən sonuncuda alkoqolun konsentrasiyası 4,177 promill həddində olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Belə ki, iş materiallarında AR İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut yoxdur. İş materiallarında əlavə edilmiş və əsas sübut növü olan xüsusi texniki vasitənin göstəricisindən görünür ki, həmin göstərici 10 yanvar 2007-ci il tarixdə qeydə alınmış göstəricidir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, inzibati xəta haqqında protokolda müvafiq xüsusi texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar öz əksini tapmamışdır. Halbuki, AR İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Bununla yanaşı, iş materiallarından görünür ki, nə inzibati xəta haqqında protokolda, nə də protokola əlavə edilmiş sənədlər arasında barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı öz əksini tapmamışdır. Halbuki, AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, iş materialları və inzibati xəta haqqında protokolda göstərilən məlumatlarla inzibati xətanın nə zaman, harada törədilməsini müəyyən etmək mümkün deyil. AR İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş materiallarda Şəxs AR İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən bir dənə də olsun sübut yoxdur ki, bu da məhkəmənin inzibati xəta hadisəsinin olmaması qənaətinə gəlməsinə əsas verir. Məhkəmə qeyd edir ki , inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edildiyindən, hazırda iş materiallarında yeganə sübut kimi qiymətləndirilə bilən xüsusi texniki vasitənin göstəricisi illər öncə olan tarixi əks etdirdiyindən və sübut kimi qiymətləndirilə bilmədiyindən məhkəmə hesab edir ki, bütün şübhələr Şəxs xeyrinə həll edilməlidir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 329.3 və 332.1-ci maddələri ilə məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətalara hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 329.3 və 332.1-ci maddələri nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətaların törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməli, Şəxs AR İXM-nin 329.3 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-nə göndərilməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Şəxs AR İXM-nin 329.3 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-nə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində AR İXM-nin 129-cu maddəsində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova İş № 3(011)- 934/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 26 fevral 2021-ci il Bakı şəhəri X14 Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 16:45-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və şahid məhkəmə iclasına gəlmişlər. Sədrlik edən məhkəmə iclasına gəlmiş şahidi şahidlər üçün ayrılmış otağa aparılması, digər şəxslərlə ünsiyyətdə olmasının qarşısının alınması, şahidlər üçün ayrılmış otaqda ləyaqətli şəraitin yaradılması barədə icra məmuruna göstəriş verir. Şahid icra məmurunun müşayəti ilə şahidlər üçün ayrılmış otağa aparılmaqla məhkəmə iclas zalından kənarlaşdırılır. Sədrlik edən işdə iştirak edən şəxslərə izahat verməyi təklif edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X4 izahatı: - Şəxs 10 yanvar 2021-ci il tarixdə saat 10:00 radələrində «Vaz 21063» minik markalı 90BH183 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən dönmə işıqlarında istifadə etmədiyindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədiyindən, barəsində 02 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X8 oğlunun izahatı: - hadisə günü spirtli içki içməmiş, sərxoş olmamışam. Lakin hadisədən bir gün əvvəl, yəni 09 yanvar 2021-ci il tarixdə bir bakal pivə içmişdim. Daha sonra yaşadığım mənzilə getmiş, səhər saatlarında işim olduğundan istifadəmdə olan «Vaz 21063» minik markalı 90BH183 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hərəkətə başlamış, bundan sonra yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, xüsusi texniki vasitə ilə müayinə edilən zaman polis əməkdaşı mənə sərxoş olduğumu bildirmişdir. Mən, sərxoş olmadığımı xüsusi texniki vasitənin göstəricisilə razı olmadığımı bildirmiş, polis əməkdaşları mənə əgər sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokola imza atmağımı və getməyimi bildirmişlər. Orta məktəbdə oxumadığımdan yaza bilmir, xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda olan yazı mənim tərəfimdən yazılmamış, mən sadəcə protokola imza atmışdım. Buna baxmayaraq mənim barəmdə protokol tərtib edildiyini gördüyümdən sərxoş olmadığımı sübut etmək üçün həkim müayinəsindən keçərək sərxoş olmamağımla bağlı akt almışdım. Nadir hallarda spitli içki qəbul edir, ümumiyyətlə səhər saatlarında heç vaxt spirti içki içməmişdim. Sual daxil olmadı. Sədrlik edən şahidi məhkəmə iclas zalına dəvət edir və şəxsiyyətini müəyyən edir. Şahid: X5 – xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan. Sədrlik edən şahidə İnzibati Xətalar Məcəlləsinin 67.5-ci maddəsində əsasən bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında xəbərdarlıq edərək ondan bununla bağlı iltizam alır. X1 izahatı: - BPİ DYPİ-nin YPX inspektoru vəzifəsində çalışıram. 10 yanvar 2021-ci tarixdə saat 10:00 radələrində Bakı şəhərinin Sabunçu rayonu Nobel prospekti ilə hərəkətdə olan «Vaz 21063» minik markalı 90BH183 dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, sürücüdən spirt qoxusu gəldiyindən xüsusi texniki vasitə ilə sürücünün sərxoşluğu yoxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olması müəyyən edilmişdir. Sürücüyə tibbi müayinəyə getmək təklif edilmiş, lakin sonuncu alkotestrin nəticəsi ilə razılaşmış, həkimə getməyə ehtiyac olmadığını bildirmişdir. Bundan sonra, sürücü barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Suallar daxil olmadı. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən çıxış üçün proses istirakçılarına söz verir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi: Hörmətli hakim! Şəxs tənbeh edilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında icraat aparılan: - Hörmətli hakim! Qeyd edilən xüsusatların nəzərə alınaraq barəmdə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərdən əlavələrinin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 17:00-da bağlı elan olunur. Protokol 26 fevral 2021-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib: İş № 3(011)-934/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 17 fevral 2021-ci il Bakı şəhəri X14 Vaqif oğlunun sədrliyi Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclas saat 16:45-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir və proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Katib məruzə edərək bildirir ki, səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməsi üçün məhkəmə iclası 19 fevral 2021-ci il tarixə, saat 16:00-a təxirə salınsın. Məhkəmə iclası saat 16:50-də bağlı elan olunur. İclas protokolu 17 fevral 2021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib: İş № 3(011)-934/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 19 fevral 2021-ci il Bakı şəhəri X14 Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 16:30-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlmiş, lakin səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Sədrlik edən işdə iştirak edən şəxsin şəxsiyyətini müəyyənləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs – 12 noyabr 1986-cı il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 3i ünvanında qeydiyyatda olan. Sədrlik edən işdə iştirak edən şəxsdən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsinə münasibət bildirməyi təklif edir. İşdə iştirak edən şəxs səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsini və məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına gedir, müşavirə otağından qayıdır və sədrlik edən qərardadı elan edir. Səlahiyyətli orqanın məhkəmə iclasında iştirakı təmin edilməsi üçün məhkəmə iclası 24 fevral 2021-ci il tarixə, saat 16:30-a təxirə salınsın və işə baxılması bir ay müddətinə qədər uzadılsın. Məhkəmə iclası saat 16:35-də bağlı elan olunur. İclas protokolu 19 fevral 2021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib: İş № 3(011)- 934/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 24 fevral 2021-ci il Bakı şəhəri X14 Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 16:30-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və şahid məhkəmə iclasına gəlmişlər. Sədrlik edən məhkəmə iclasına gəlmiş şahidi şahidlər üçün ayrılmış otağa aparılması, digər şəxslərlə ünsiyyətdə olmasının qarşısının alınması, şahidlər üçün ayrılmış otaqda ləyaqətli şəraitin yaradılması barədə icra məmuruna göstəriş verir. Şahid icra məmurunun müşayəti ilə şahidlər üçün ayrılmış otağa aparılmaqla məhkəmə iclas zalından kənarlaşdırılır. Sədrlik edən proses iştirakçısının şəxsiyyətini və səlahiyyətini müəyyənləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs – 12 noyabr 1986-cı il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 3i ünvanında qeydiyyatda olan. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi: X7 – Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin əməkdaşı. Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və iştirakçılardan azərbaycan dilində başa düşmələrini və danışa bilmələrini soruşur. İşdə iştirak edən şəxslər azərbaycan dilində başa düşdülklərini və sərbəst danışa bildiklərini bildirdilər. Sədrlik edən məhkəmə iclasına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlunun sədrlik etdiyini, məhkəmə iclas katibinin Səfərov Nihad Asif oğlu olduğunu elan edir, proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə onların İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçıları hüquq və vəzifələrinin onlara aydın olunduğunu bildirdilər. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərdən vəsatətlərinin olub-olmamasını soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şifahi vəsatət verərək, onda alkoqol sərxoşluğu vəziyyətinin müəyyən edilməsi məqsədi ilə Respublika Narkoloji Mərkəzinə sorğu verilməsini və bu məqsədlə məhkəmə iclasını sorğuya cavab məhkəməyə daxil olunana qədər təxirə salınmasını xahiş etdi. Sədrlik edən işdə iştirak edən şəxslərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə etirazlarının olub-olmamasını soruşur. Etirazlar daxil olmadı. Məhkəmə yerində müşavirə edərək, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onda alkoqol sərxoşluğu vəziyyətinin müəyyən edilməsi məqsədi ilə Respublika Narkoloji Mərkəzinə sorğu verilməsinə dair sorğusu təmin edilsin və bu səbəblə məhkəmə iclası 26 fevral 2021-ci il tarixə, saat 16:45-ə təxirə salınsın. Məhkəmə iclası saat 16:35-də bağlı elan olunur. İclas protokolu 24 fevral 2021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib: İş № 3(011)-934/2021 QƏRARDAD BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 19 fevral 2011-ci il Bakı şəhəri X14 Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsindən daxil olmuş 02 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmin tarixdə saat 10:00 radələrində «Vaz 21063» minik markalı 90BH183 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən dönmə işıqlarında istifadə etmədiyindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılması bir ayadək uzadıla bilər. Beləliklə, əlavə halların müəyyən edilməsi zərurəti, eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə 15 gün müddətində baxılmalı olduğunu və hazırki inzibati xəta haqqında materialın məhkəməyə 04 fevral 2021-ci il tarixində daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, işin baxılma müddəti bir ayadək uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 61, 111 və 114-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala baxılması bir ay müddətinə qədər uzadılsın. İşə baxılması 24 fevral 2021-ci il tarixinə saat 16:30-a təxirə salınsın. İşə baxılmasının yeri və vaxtı haqqında işdə iştirak edən şəxslərə məlumat verilsin. Sədrlik edən: Hüseyn Cavid BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ № İş materiallarına əlavə edilmiş sənədlərin Vərəq Qeyd SİYAHİSİ 1 Protokol, qərardad, məktub və ona əlavə olunmuş sənədlər, zərf, məktub, 01 – 10 2 Bildiriş, reyestr, protokol, bildiriş, protokol, məktub, bildiriş, protokol, 11 – 19 3 Qərardad, məktublar, portal çıxarışı, sür/v-nin surəti, iltizam, protokol, 20 – 27 4 Qərar, məhkəmə qəbzi, məktub, reyestr. 28 – 34 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 Cəmi: ___ ___ vərəq Məhkəmə iclas katibi ________________ İMZA AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri M.Hadi küç.249.(Ukrayna dairəsi) Tel.: 374-96-30: *** ** ** (faks)E-mail: Elektron ünvan İş № 3(011)-934/2021 19 mart 2021-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 3(011)- 934/2021 saylı qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 04 vərəq, 01 nüsxə. Hakim Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(008)-3963/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3963/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver