Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3966/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Tələbklar "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş materiala əsasən Bakı şəhəri 17 Saylı Notariat Kontorunun 3930 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindəki 2133 manat borcun ödənilməsi ilə bağlı tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Bu barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən MN № ******* saylı, 26 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru X5 göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri 17 Saylı Notariat Kontorunun 3930 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə olan 2133 manat məbləğində borcunu tələbkara ödənilməsindən üzrsüz səbəbdən yayınır. Ona görə də Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri 17 Saylı Notariat Kontorunun 3930 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində qeyd olunan 2133 manat məbləğində borcu ödəməkdən yayınmır. Ona borcu tam məbləğdə ödəməsi üçün 15 gün müddət vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" ASC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Bakı şəhəri 17 Saylı Notariat Kontorunun 3930 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində qeyd olunan 2133 manat məbləğində borcu tam şəkildə ödənilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı tələbklar "xxxx" ASC-nin nümayəndəsi X2 qətnamə ilə müəyyən edilmiş 2133 manat borclu tərəfindən 15 gün müddətində ödənilməsi ilə bağlı razılıq verdiyindən 26 iyul 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş etmiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru 26 iyul 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin və icra məmurunun mövqeyini dinləyib, iş materiallarını araşdıraraq Şəxs barəsində Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 26 iyul 2023-ci il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokolun geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsnun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialları Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-3966/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3966/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver